BANM-in Prezident təqaüdçüsü: “Ən böyük arzum nanotexnalogiya sahəsində kəşfə imza atmaqdır”
Tarix: 14.12.2016 | Saat: 14:59:00 | E-mail | Çapa göndər
Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin “BANM-in prezident təqaüdçülərinə 10 sual” layihəsində sualları BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının I kurs tələbəsi Aysu Həmidli cavablandırır:

- Zəhmət olmasa, özünüz haqqında ətraflı məlumat verin.
- Mən Həmidli Aysu Natiq qızı 3 iyul 1999-cu ildə Şəki şəhərində anadan olmuşam. 2005-ci ildə Şəki şəhər liseyində təhsil almağa başlamışam. İkinci sinifdən dördüncü sinfə qədər ibtidai təhsilimi Bakı şəhəri 132 saylı orta məktəbdə almışam. 8-ci sinfə qədər təhsilimi 225 saylı orta məktəbdə davam etdirmişəm. 9-cu sinifdən etibarən təhsilimi Türkiyə Diyanət Vəqfi Bakı Türk liseyində davam etdirərək 2016-cı ildə liseyi əla qiymətlərlə bitirmişəm. 2007-2012-ci illərdə Bakı şəhəri K.Səfərəliyeva adına 16 saylı musiqi məktəbində skripka ixtisası üzrə təhsil almışam və məktəbi qırmızı diplomla bitirmişəm. 2012-ci ildə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş musiqi yarışmasında birinci yerə layiq görülmüşəm. Bu il BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına daxil olmuşam. Prezident təqaüdçüsüyəm.

- İmtahan geridə qaldı, indi həmin dövrlə bağlı hansı təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz?
- Ailə üzvlərim və müəllimlərim imtahandan öncə mənə çox böyük mənəvi dəstək oldular. Onların sayəsində mən imtahana psixoloji olaraq tam hazır idim və heç bir tərəddüd etmədən imtahanı uğurla başa vurdum.
- Nə qədər bal topladınız?
- İmtahandan 685 bal toplamışam.
- Niyə məhz BANM-i seçdiniz?
- Azərbaycanda güclü təhsil verən universitetlərdən biri olduğu üçün və gələcəkdə işlə təmin olunma şansına görə BANM-i seçdim.
- Ailənizin oxumağınızdakı rolu haqqında nə demək istərdiniz?
- Orta məktəbə getdiyim ilk illərdən bəri ailə üzvlərim hər zaman mənə dəstək olublar. Ailəmlə mənim fikir və arzularımın üst-üstə düşməsi mənim nailiyyətlərimə səbəb olub.
- Ən böyük arzunuz nədir?
- Ən böyük arzum nanotexnologiya sahəsində böyük bir kəşfə imza atmaq və Azərbaycanı bu sahə üzrə inkişaf etdirməkdir.
- İxtisasınız haqqında nə demək istərdiniz?
- Proseslərin avtomatlaşdırılması bir çox sahələrdə tətbiq olunur və hal-hazırda Azərbaycanda bu sahə üzrə təhsil alan mühəndislərə çox böyük ehtiyac duyulur.
- Hobbiniz nədir?
- Kitab oxumaq, çünki mənim fikrimcə, kitab oxuyaraq insan sadəcə yeni məlumatlar əldə etmir, həmçinin özünü kəşf edir. Skripka çalmaq, çünki musiqidən zövq almağın ən yaxşı yolu mənim üçün budur.
- Başqa hansı maraqlarınız var?
- Ən böyük marağım yapon dilini tam öyrənməkdir və bunu öyrənməkdə məqsədim texnologiya sahəsində en qabaqcıl ölkələrdən biri olan Yaponiyada təhsilimi davam etdirməkdir.
- Hansı janrda kitabları oxuyursunuz?
- Bir çox janrlarda kitablar oxuyuram, ancaq ən çox üstünlük verdiyim elmi fantastika janrına aid olan kitablardır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.06.2017
Azərbaycanda etnik, dini dözümlülük mühiti tarixi ənənələrdən bəhrələnən milli siyasətin nəticəsidir
22.06.2017
“Qazaxıstanda yaşayan həmvətənlərimizin bir-birləri ilə əlaqələri çox yaxşıdır”
20.06.2017
“Uşaqların sevgisi məni bu ucqar kənd məktəbinə bağladı”
19.06.2017
“Ruhuma daha yaxını müəllimlikdir”
16.06.2017
“Peşəkarlıq yaşa baxmır”

Şərh əlavə olunmayıb



    ,    
Ülvi Hüseynli
Mübariz Nuriyev
Şəmsi Gülverdi
Aysel İbrahimova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6771

1 “Ruhuma daha yaxını müəllimlikdir”
2 BANM-in dekanı: “BANM öz tələbələrinin gələcək karyera imkanlarına böyük əhəmiyyət verir”
3 “Uşaqların sevgisi məni bu ucqar kənd məktəbinə bağladı”
4 Qurtuluş dastanından Əlincə zirvəsinə
5 İtalyan jurnalist Simon Zapellaro: “Hamı Ermənistandan qaçır”
23.06 15:08 Ayaqlar üçün vanna
23.06 12:00 Formula 2 başladı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info