“Bakutel-2016” sərgisi İKT sektorunun dünyada son tendensiyalarını müzakirə etməyə imkan yaratdı
Tarix: 14.12.2016 | Saat: 19:31:00 | E-mail | Çapa göndər
Həmçinin İKT-nin Azərbaycanda inkişaf perspektivlərini müzakirə etmək üçün imkandır


Bakıda keçirilən “Bakutel-2016” XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi başa çatıb. Builki sərgi bir çox amillərlə yadda qaldı. Sərginin əsas amillərindən biri beynəlxalq təşkilatların rəhbərlərinin ölkəmizə səfəri, eləcə də sərgi çərçivəsində mühüm tədbirlərin keçirilməsi oldu. Layihəmiz də məhz İKT-nin inkişafı ilə bağlı olduğundan həmin tədbirləri geniş işıqlandırmaqda davam edirik.

Ümumdünya Poçt İttifaqının Baş direktoru “Bakutel-2016” sərgisini ziyarət etdi

"Bakutel-2016" XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransı çərçivəsində ölkəmizdə səfərdə olan Ümumdünya Poçt İttifaqının (ÜPİ) Baş direktoru Bişar Hüseyn Bakı Ekspo Mərkəzində keçirilən sərgi ilə tanış oldu. Qeyd edək ki, bu, ÜPİ-nin yüksəksəviyyəli rəsmisinin ölkəmizə üçüncü səfəridir. Keniya vətəndaşı olan Bişar Hüseyn 2012-ci ildən ÜPİ-nin Baş direktoru vəzifəsini icra edir. Sərgi ilə tanışlıq zamanı, Baş direktor Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki qurumların və müəssisələrin stendlərinin cəmləşdiyi ümumi pavilyonda olub, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ona həyata keçirilən layihələr və görülən işlər barədə ətraflı məlumat verdi. "Elektron hökumət" portalının stendi ilə tanışlıq zamanı bildirilib ki, portal vasitəsilə 418 növ elektron xidmət göstərilir. Bu günədək ölkədə 100 mindən artıq "elektron imza" istifadəyə verilib. Sonra qonağa ölkəmizə məxsus ilk regional Data Mərkəzi barədə məlumat verilib. Bildirilib ki, TIER III beynəlxalq sertifikatlı müasir dünya standartlarına cavab verən yeni yaradılmış "bulud" texnologiyası əsasında regionda ilk olan Data Mərkəzi artıq istismara tam hazırdır. Data Mərkəzi Azərbaycanda İKT sahəsinin inkişafını, həm də ölkənin informasiya sistemlərinin qlobal informasiya məkanına inteqrasiyasını sürətləndirəcək, innovasiyaya şərait yaradacaq və dövrümüzün ən müasir texnologiyası hesab olunan "bulud" texnologiyalarının dövlət və özəl sektora inteqrasiyasına təkan verəcək. Yeni yaradılan "Şəbəkə" xidmət mərkəzlərinin stendində məlumat verilib ki, bu şəbəkə vasitəsilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilən bütün xidmətlərin vahid mərkəzdən göstərilməsi planlaşdırılır ki, bununla da əhalinin telekommunikasiya, internet, poçt və digər rabitə xidmətlərindən istifadəsinə geniş imkanlar yaradılacaq, həmin xidmətlərdən istifadə zamanı vaxt itkisinin qarşısı alınacaq. Sonra innovativ ideyalara, intellektual sahibkarlıq subyektlərinə və startapçılara göstərilən dəstək və yaradılan şərait barədə məlumat verilib.
"Azərkosmos" ASC-nin stendi ilə tanışlıq zamanı məlumat verilib ki, ölkəmizin ilk telekommunikasiya peyki olan "Azerspace-1" üzərindən 44 televiziya və 14 radio kanalı yayımlanır. Yer səthinin məsafədən müşahidə peyki olan "Azersky" təsvirlərin daha sürətli və etibarlı şəkildə birbaşa alınmasını mümkün edib. Bildirilib ki, ikinci telekommunikasiya peyki "Azerspace-2"-nin SSL şirkəti tərəfindən istehsalı və "Ariannespace" şirkəti tərəfindən orbitə çıxarılması üzrə müqavilələr imzalanıb.
Yerli startapçılar tərəfindən hazırlanan məhsullarla tanışlıq zamanı qeyd edilib ki, "Made in Azerbaijan" brendi altında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan qrant almış, Yüksək Texnologiyalar Parkının İnkubasiya Mərkəzində fəaliyyət göstərən startapçıların yaratdıqları oyunlar ölkəmizdə və xaricdə uğur qazanan, yüksək keyfiyyətli qrafik oyunlardır. Bu məhsullar arasında "Bakı Treki" və müxtəlif səviyyəli innovativ oyunlar maraqla qarşılanır.
Məlumat üçün bildirək ki, Ümumdünya Poçt İttifaqı Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış müəssisələrindən biridir və dünyanın 193 ölkəsi bu təşkilatın üzvüdür. Azərbaycan 1993-cü ildən ÜPİ-yə üzv qəbul edilib.
Təşkilat ölkələrarası beynəlxalq poçt mübadiləsi məsələlərini tənzimləyir, şəbəkə və xidmətlərin inkişafında qlobal mərkəz əlaqələndirici funksiyasını həyata keçirir.
Ölkəmiz bu təşkilatla əməkdaşlıq əlaqələrini son dövrlərdə daha da möhkəmləndirib. Azərbaycan Poçtunun inkişafı üçün ÜPİ-nin texniki dəstəyi ilə müxtəlif illərdə layihələr həyata keçirilib. Cari ildə Azərbaycan, ÜPİ-nin Poçt Əməliyyatları Şurasına Poçt-maliyyə Xidmətləri adlı 4 nömrəli komissiyaya həmsədr vəzifəsinə seçilib.

Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Azərbaycan startapçıları ilə görüşdü

Sərgi çərçivəsində yadda qalan digər hadisə isə Bakıda “Bakutel-2016” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi və “İKT həftəsi” çərçivəsində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Houlin Jaonun Azərbaycan startapçıları ilə görüşü oldu.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) təşkilati dəstəyi ilə keçirilən görüşdə H.Jao BTİ-nin yürütdüyü siyasətdə startapçıların inkişafına verilən önəm və bu sahədə aparılan işlərdən danışıb. Gələcək iqtisadi inkişafda İKT sahəsinin əhəmiyyətli rola malik olduğunu deyən H.Jao bu baxımdan startapların fəaliyyətinin, bu sahədə novatorluğun və yeni ideyaların dəstəklənməsinin BTİ-nin üzv ölkələri, o cümlədən Azərbaycan üçün də prioritet istiqamət olduğunu bildirib. Baş katib Azərbaycanın neft resurslarına malik olduğunu da xatırladaraq, İKT-nin gələcək inkişafı naminə “qara qızıl”ın insan kapitalına çevrilməsi istiqamətində ölkədə aparılan ardıcıl və sistemli tədbirlərin təqdirəlayiq olduğunu deyib.
Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Azərbaycanda startapların inkişaf etdirilməsinə yönələn dövlət siyasəti haqda məlumat verib. Nazir müavini startapların fəaliyyətinin gücləndirilməsi üçün münbit şərait yaradıldığını, bu sahədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Yüksək Texnologiyalar Parkı” və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun xüsusi rol oynadığını nəzərə çatdırıb.
Görüşdə iştirak edən Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov Azərbaycanda İKT sahəsinin dinamik inkişafının qürurverici olduğunu qeyd edib.
Daha sonra BTİ-nin baş katibi startapçıların suallarını cavablandırıb.
Görüşün sonunda Azərbaycan startapçılarına gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayan Houlin Jao onlarla xatirə şəkli çəkdirib.

“Bakutel-2016”da “Microsoft”un Azərbaycan üzrə Milli Planı təqdim olunub

Sərginin mühüm amillərindən biri tanınmış şirkətlərin burada iştirakı oldu. Onlardan biri kimi “Microsoft” korporasiyası Bakıda keçirilən XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransında (“Bakutel-2016”) iştirakı idi. Şirkətin məlumatına görə, “Bakutel-2016” çərçivəsində sərgi iştirakçılarına “Microsoft Azure” və “Office 365” bulud həlləri, “Dynamic 365” biznes platforması, həmçinin fərdi və təşkilat səviyyəsində informasiya təhlükəsizliyi vasitələri nümayiş etdirilib. Təhsil müəssisələrinin nümayəndələri isə təhsil sahəsi üçün nəzərdə tutulmuş həllərin geniş spektri, tələbə imtiyazları və tədris materialları ilə tanış olublar. Bundan başqa, sərgini ziyarət edən tələbələrə “Microsoft Imagine Cup” beynəlxalq texnoloji müsabiqədə iştirakla bağlı ətraflı məlumat verilib.
“Bizim Azərbaycandakı missiyamız yüksək nailiyyətlər əldə etmək üçün hər bir insanın və təşkilatın imkanlarını genişləndirməkdir. “Microsoft” korporasiyası “Bakutel” sərgisinin daimi iştirakçısıdır. Bu il iştirakımızın əsas məqsədi “Microsoft”un Azərbaycan üzrə Milli Planını təqdim etməkdən ibarət idi. İnnovasiya sektorunun inkişafını, təşkilatların iqtisadi effektivliyinin artırılmasını və təhsil sisteminin modifikasiyasını özündə əks etdirən korporasiyanın Milli Planı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq hazırlanıb”, - deyə “Microsoft Azerbaijan” şirkətinin baş meneceri Sərxan Həşimov bildirib.
Qeyd edək ki, “BakutTel-2016” sərgisi İKT sektorunun dünyada son tendensiyalarını, həmçinin bu sahənin Azərbaycanda inkişaf perspektivlərini müzakirə etməyə imkan yaradıb.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
24.01.2017
“Sosial şəbəkələr gənclərimiz üçün çox əlverişlidir”
23.01.2017
“Bilik və təcrübələrimi daha da genişləndirmək üçün İKT-dən də geniş istifadə etməyə çalışıram”
19.01.2017
Cari ildə İKT sahəsində yeni tədbirlərin həyata keçirilməsinə başlanılıb
18.01.2017
2016-cı il İKT sahəsində bir çox yeniliklərlə yadda qaldı
17.01.2017
ADPU-da Elektron Universitet yaradılacaq

Şərh əlavə olunmayıb



    ,    
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Tural Tağıyev
Sara ƏLİYEVA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5244

1 Ər-Riyad xəstəxanasında çalışan azərbaycanlı həkim: “Bir gün Azərbaycana qayıdıb uşaq cərrahiyyəsini inkişaf etdirmək istəyirəm”
2 “Bir ölkədə nə qədər çox savadlı kadr olarsa, ölkə bir o qədər güclü olar”
3 Neftçala Sənaye Zonasında iyulda avtomobil istehsalına başlanacaq
4 Yapon məktəblilərindən məktublar
5 «Bir mətbuat konfransının tarixi» sənədli filminin təqdimatı keçiriləcək
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info