Özbəkistanın yeni Baş naziri seçilib
Tarix: 14.12.2016 | Saat: 19:43:00 | E-mail | Çapa göndər


Özbəkistan parlamentinin aşağı və yuxarı palataları - Ali Məclis və Senatın bu gün keçirilən birgə iclasında yeni Prezident Şavkat Mirziyoyev çıxış edərək bildirib ki, Özbəkistan Liberal Demokrat Partiyası (ÖLDP) siyasi şurasının iki gün əvvəl keçirilən iclasında Abdulla Aripovun ölkənin Baş naziri vəzifəsinə namizədliyi irəli sürülüb. Dövlət başçısı hazırda Baş nazirin müavini vəzifəsində işləyən Abdulla Aripovun namizədliyini dəstəklədiyini deyib. Özbəkistan qanunlarına görə parlament seçkilərində ən çox deputat mandatı əldə edən partiya Baş nazirin namizədliyini irəli sürür. Hakim ÖLDP-nin isə parlament Ali Məclisində 52 mandatı var. Səsvermə nəticəsində Abdulla Aripov Özbəkistanın Baş naziri seçilib, bununla bağlı Ali Məclis müvafiq Qanun qəbul edib. İclasda Ali Məclisin və Senatın 209 deputatı Abdulla Aripovun lehinə səs verib. Yeni Baş nazir iclasda proqram xarakterli çıxış edib, görüləcək işlər haqqında məlumat verib. Senatın üzvləri çıxışlarında yeni Baş nazirə fəaliyyətində uğurlar arzulayıblar.




 
Bölməyə aid digər xəbərlər
17.06.2018
Putin Paşinyanı alçaldıb
16.06.2018
Paşinyan rus təhdidləri ilə Avropa “imkanları” arasında qalıb
16.06.2018
“Jamanak“: “Paşinyan istefa verəcək”
14.06.2018
Paşinyan hökumətində ilk çatlar
14.06.2018
Paşinyanın təyinatı ermənilərdə hiddət doğurdu

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9426

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”
3 Nə Vətən məndən doydu, nə mən Vətəndən…
4 Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başlayıb
5 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info