“Çinlə qarşı-qarşıya gəlməyə hazırıq“
Tarix: 14.12.2016 | Saat: 19:45:00 | E-mail | Çapa göndər
Çin Cənub Çin dənizində bəzi ərazilərə iddialarını davam etdirsə, ABŞ onunla qarşı-qarşıya gəlməyə hazırdır. Bu barədə ABŞ-ın Sakit Okean Hərbi Donanmasının komandanı, admiral Herri Harris bildirib. “Birgə istifadə olunan ərazinin kiminsə tərəfindən birtərəfli qadada bağlanılmasına imkan verə bilmərik. Biz bacardığımız qədər əməkdaşlıq edəcəyik, lakin lazım olsa, qarşı-qaşıya gəlməyə hazırıq”. ABŞ admiralın bəyanatının prezident seçkilərində qalib gəlmiş Donald Trampın Tayvan prezidenti ilə telefon danışığından sonra Çinlə gərginləşmiş münasibətləri bir az da gərginləşdirəcəyi gözlənilir. ABŞ rəsmilərinin iddialarına görə, son 3 il ərzində mübahisəli ərazilərdə liman, təyyarə anqarları və digər infrastruktur inşa edən Çin 1300 hektar ərazini tutub. Həmin ərazilərdə həmçinin 5 trilyon dollar dəyərində təbii ehtiyatların olduğu ehtimal edilir. Bruney, Malayziya, Filippin, Tayvan və Vyetnamın da bu ərazilərə iddiaları var. Qeyd edək ki, Haaqa Arbitraj Məhkəməsinin ilin əvvəlində çıxardığı qərarla Çinin adıçəkilən ərazilərə irəli sürdüyü iddialarının əsassız olduğunu elan edilib.




 
Bölməyə aid digər xəbərlər
22.11.2017
“Beynəlxalq təşkilatlar işğalçılığa, separatizmə qarşı effektli mübarizə aparmalıdırlar”
21.11.2017
Türkiyə NATO ilə əlaqələri kəsməyi planlaşdırmır
21.11.2017
Bakı Turizm Filmləri Festivalı İspaniya mətbuatında
20.11.2017
“Qarabağ”a qalib gəlmək asan olmayacaq”
20.11.2017
Brüsseldə separatizmlə bağlı Forum keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7757

1 Gənclər Təşkilatları Milli Şurası 22-ci ilini qeyd edir
2 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
3 Bakı Atatürk Liseyində Turan Yazqanın xatirəsinə həsr olunmuş tədbir keçirilib
4 “Azərbaycanımızı tanıtmağa davam edəcəyik”
5 Latviyada məktəblərin yarısı bağlanır
23.11 13:09 DYP işçi axtarır
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info