Mixael Kindsqrab regionlara səfər edib
Tarix: 15.12.2016 | Saat: 12:08:00 | E-mail | Çapa göndər
Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab dekabrın 12-13-də Şəki və Gəncəyə səfər edib.

Səfirlikdən verilən məlumata görə, səfərin əsas məqsədi iqtisadiyyat və ətraf mühitlə bağlı məsələlər, eləcə də Almaniya tərəfindən maliyyələşən layihələrə baxış olub.

Səfir Baş nazirin müavini Abid Şərifovun rəhbərliyi altında Almaniya İnkişaf Bankı tərəfindən maliyyələşən “Gəncə və Şəkidə su təchizatı, kanalizasiya və çirkab suyun emalı“ layihəsinin müzakirəsinə həsr olunmuş rəhbər komitə iclasında iştirak edib.

O, baş nazirin müavininə bu mürəkkəb və eyni zamanda mühüm layihəyə göstərdiyi güclü dəstəyə görə təşəkkürünü bildirib.

Şəki icra başçısı Elxan Usubovla keçirilən görüşdə bölgənin xüsusilə kənd təsərrüfatı və turizm sahələrində iqtisadi potensialı əsas müzakirə mövzuları olub.

Səfir şirkətlərin iqtisadiyyatın şaxələndirilməsi sahəsində cəhdlərini yüksək qiymətləndirib və Almaniya-Azərbaycan iqtisadi əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğunu xüsusi qeyd edib. O, şəhərin su və kanalizasiya qurğularının yenilənməsi ilə bağlı aparılan tikinti işləri tanış olub, Şəki İpək fabrikində və XVIII əsrdə tikilmiş Şəki Xan Sarayına gedib.

Səfir Zaqatalada icra başçısı Mübariz Əhmədzadə ilə də görüşüb və ətraflı müzakirələr aparıb. Alman inkişaf əməkdaşlığının dəstəyi ilə həyata keçirilən “Zaqatala-Balakən biomüxtəliflik layihəsi”nə baxış qorunan ərazilərin yaxınlığında yaşayan insanların müasir istifadə etmə konsepsiyasına böyük maraqlarının olduğunu aydın göstərib. M. Kindsqrab həmçinin Zaqatalanın fındıq və tütün zavodlarında olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2017
ABŞ Cocuq Mərcanlıda proqram həyata keçirməyə başlayıb
26.09.2017
Naxçıvanda layihələrə 134 milyon 590 min manatdan çox kredit ayrılıb
25.09.2017
BSU-nun rektoruna fəxri professor adı verilib
22.09.2017
UNEC-in Zaqatala filialının tələbələri Aİ haqqında məlumatlandırılıb
22.09.2017
Qubada yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7361

1 Xarəzm və Xivə əhalisinin ləhcəsi Azərbaycan dilinə çox yaxındır
2 “Məqsədim seçicilərimin səsini və ümidini doğrultmaqdır”
3 Özbək səmimiliyi: “Siz qəzetə yazın, bizsə qəlbimizə yazırıq”
4 Fuad Muradov: “Gənclər dövlət siyasətinin tərkib hissəsidir”
5 Sumqayıtda SOCAR-ın bir sıra obyektləri istifadəyə verilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info