Füzulidə məcburi köçkün ailələri yeni qəsəbəyə köçürülür
Tarix: 15.12.2016 | Saat: 13:42:00 | E-mail | Çapa göndər
Füzuli rayonu ərazisində fin tipli qəsəbədə müvəqqəti məskunlaşan məcburi köçkün ailələri onlar üçün yeni inşa edilən qəsəbəyə köçürülürlər. Köçürülmə prosesi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. 417 hektar sahəni əhatə edən qəsəbədə 400 ev, məktəb, uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib. Bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə inşa edilən qəsəbədə evlərin ümumi yaşayış sahəsi 21 min 511 kvadratmetrdir. Mənzillərdən 20-si birotaqlı, 200-ü ikiotaqlı, 168-i üçotaqlı, 12-si isə dördotaqlıdır.
Məcburi köçkünlər yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər. Yeni qəsəbədə mənzillə təmin edilən məcburi köçkün Elza Abdıyeva AZƏRTAC-a müsahibəsində deyib: “20 ildən artıqdır fin tipli qəsəbədə çətin şəraitdə yaşayırdıq. Bu gün isə yaraşıqlı, hər cür şəraiti olan üçotaqlı evimiz var. Prezidentimiz hər zaman problemlərimizin həllinə xüsusi diqqət və qayğı göstərir. Məcburi köçkünlər adından dövlətimizin başçısına dərin minnətdarlığımı bildirirəm. İnanıram ki, bu cür sevinci doğma torpaqlarımıza qayıdanda da yaşayacağıq”.
Məcburi köçkün ailələrin yeni qəsəbəyə köçürülməsi yaxın günlərdə başa çatacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.02.2017
Pedaqoji fikrimizə layiqli töhfə
23.02.2017
Naxçıvan Universitetində elmi-praktik konfrans keçirilib
23.02.2017
Bərdənin elektrik təsərrüfatı yenidən qurulur
22.02.2017
Göyçayda və Gəncədə gənclər maarifləndirilib
22.02.2017
Neftçalada 64 mindən çox sakin pulsuz müayinədən keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Azər Allahverdiyev
Aydan Abdullayeva
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5566

1 “Gənclərimiz artıq boş vaxtlarından səmərəli yararlanmağı bacarırlar”
2 Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib
3 Sözün bədii və poetik ifadəsi bitmir
4 “Azərbaycan Cocuq Mərcanlını bərpa etməklə işğalçı Ermənistana nümunə göstərəcək”
5 Ad gününə dörd gün qalmışdı
24.02 19:50 “Şuxi“ salatı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info