“Elektron Azərbaycan” Dövlət Proqramının müsbət nəticələri
Tarix: 15.12.2016 | Saat: 20:29:00 | E-mail | Çapa göndər
İKT-dən effektli və geniş istifadə hər bir ölkənin sosial-iqtisadi inkişafına böyük təsir göstərir

Hazırda bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin indiki səviyyəyə çatmalarında müasir informasiya kommunikasiya texnologiyalarının (İKT) tətbiqi, onun üstünlüklərindən istifadə böyük rol oynayıb. Dünya təcrübəsi sübut edir ki, İKT-dən effektli və geniş istifadə hər bir ölkənin sosial-iqtisadi inkişafına böyük təsir göstərir. Buna görə də bir çox dövlətlər inkişaf üçün mövcud potensialdan faydalana bilmək üçün İKT-nin inkişafı, onun geniş tətbiqini prioritet sahəyə çeviriblər.

Bu gün Azərbaycanda da sürətli sosial-iqtisadi inkişaf gedir, iqtisadiyyatın artım sürəti bütün dünyanın diqqətini cəlb edir. Bu, əsasən, ümummilli lider Heydər Əliyevin yeni neft strategiyasının və Prezident İlham Əliyevin bu böyük iqtisadi proqramı müvəffəqiyyətlə həyata keçirməsilə əlaqədardır. Azərbaycanda aparılan dövlət siyasəti İKT-nin yeni bir prioritet sahə kimi inkişafına əlverişli şərait yaradır. Artıq bu istiqamətdə bir neçə dövlət proqramı həyata keçirilib. Prezident tərəfindən imzalanan “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı” (Elektron Azərbaycan)” buna əyani sübutdur.
Nəzərə çatdıraq ki, bu gün informasiya kommunikasiya texnologiyaları sosial-iqtisadi, siyasi və mədəni inkişafa təsir etməklə dünyada yeni quruluşun - informasiya cəmiyyətinin əsasını qoyur. Bu baxımdan yaxın illərdə İKT sahəsinin dinamik yüksəlişini, ölkədə geniş tətbiqini və onun imkanlarından əhalinin bəhrələnməsini təmin etmək üçün bu dövlət proqramının əsas məqsədi ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasının inkişafı naminə informasiya kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın (2003-2012-ci illər)” ilkin dövründə reallaşdırılmış “Elektron Azərbaycan” Dövlət Proqramının icrasından əldə olunan nəticələrin davam etdirilməsi və genişləndirilməsi idi. Dövlət proqramına uyğun olaraq, üç il ərzində ölkədə informasiya cəmiyyətinə keçidin təmin edilib, İKT-nin inkişafı ilə informasiya və biliklərə əsaslanan iqtisadiyyat qurulub, dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqi və elektron xidmətlərin inkişaf etdirilməsi, həmçinin cəmiyyətin informasiya məhsul və xidmətlərinin tələbatın dolğun ödənilib.

Müxtəlif sahələri əhatə edən ölkə əhəmiyyətli İKT layihələri icra edilib
Dövlət proqramı çərçivəsində müxtəlif sahələri əhatə edən ölkə əhəmiyyətli İKT layihələri həyata keçirilib. Belə ki, təhsil, səhiyyə, mədəniyyət, ədliyyə, vergilər və digər sahələrdə ayrı-ayrı dövlət qurumları tərəfindən ölkə əhəmiyyətli İKT layihələri icra edilib. Onların arasında “Dövlət orqanlarının vahid multiservis rabitə şəbəkəsinin inkişaf etdirilməsi”, “Təhlükəsiz şəhər”, “Vətəndaşların Elektron sağlamlıq kartı”, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin İnkişafı”, “Sahibkarlıq fəaliyyəti sahəsində universal telefon məlumat xidməti”nin və “Mədəniyyət və turizm üzrə vahid informasiya portalı”nın yaradılması layihələrini, xüsusən, vurğulamaq lazımdır.
Qeyd edilənlərlə yanaşı, yeni proqram çərçivəsində dövlət qurumları, biznes sektoru və cəmiyyətə dünya standartlarına uyğun xidmətlərin göstərilməsini şərtləndirən ölkə əhatəli layihələr reallaşdırılıb. “Rəqəmli televiziya yayımına keçid”, “E-ticarətin inkişaf etdirilməsi”, “Mərkəzləşdirilmiş avtomatik radiomonitorinq sisteminin yaradılması”, “Poçt şəbəkəsində poçt-maliyyə xidmətlərin inkişafı”, “E-imza sisteminin tətbiqi” və s. layihələri bunlara aid etmək olar.
Bu gün istənilən sahədə İKT-yə keçid prioritet sayılır. Elə məlum dövlət proqramı da bu işin köklü və sürətlə həyata keçirilməsi üçündür. Dövlət Proqramında kadr hazırlığı baxımından işlər görülüb. Xüsusən İKT, o cümlədən informasiya təhlükəsizliyi üzrə kadr hazırlığına xüsusi diqqət yetirilib.
Bütün hallarda bu işlərin görulməsi cəmiyyət üçündür. Əsas məsələ cəmiyyətimizin İKT-dən istifadəyə nə dərəcədə hazır olmasıdır. Düzdür, əhalinin İKT-dən istifadəetmə səviyyəsinin artırılması Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin diqqət mərkəzindədir və bu istiqamətdə ardıcıl addımlar atılır. İnternet istifadəçilərinin və əhalinin istifadəsində olan kompüterlərin sayının artırılması, əhalinin kompüter savadlılığının yüksəldilməsi üçün tədbirlər görülür.
Vətəndaşların e-xidmətlərdən istifadə edə bilməsi üçün internet və kompüterlərdən istifadə səviyyəsini artırmaq lazımdır. “Elektron Azərbaycan” dövlət proqramı çərçivəsində informasiya cəmiyyətinə keçid üçün şəraitin yaradılması istiqamətində işlər görülüb. Bu tədbirlər, həmçinin digər sahələrdə, xüsusilə də təhsildə həyata keçirilən İKT layihələri ümumilikdə cəmiyyətin İKT-dən istifadə səviyyəsini xeyli yüksəldib.

Elektron sistemlər təkmilləşdirilib
Dövlət proqramına uyğun olaraq, elektron sistemlərin inkişaf etdirilməsi və təkmilləşdirilməsi istiqamətində işlər görülüb. Dövlət proqramında qarşıya qoyulmuş məqsədlərin reallaşdırılması üçün dörd əsas istiqamət üzrə fəaliyyət həyata keçirilib. Bu istiqamətlərdən biri və ən əhatəlisi dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqi səviyyəsinin yüksəldilməsi və xidmətlərin elektron şəkildə təqdim olunmasıdır. Bu istiqamət üzrə dövlət idarəetməsində e-hökumət həllər tətbiq edilib. Həmçinin müxtəlif dövlət orqanlarında mövcud olan informasiya sistemləri və resursları inkişaf etdirilib.
İlk növbədə ayrı-ayrı dövlət qurumlarında toplanan informasiyalara əsaslanan “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri”, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi, Vətəndaşların “Elektron sağlamlıq kartı” sistemi, “Dövlət Qulluqçuları Reyestri”, “Təhlükəsiz şəhər” avtomatlaşdırılmış idarəetmə sistemi və “Nümunəvi tibbi-informasiya sistemi” təkmilləşdirilib və genişləndirilib. Eyni zamanda dövlət proqramına uyğun olaraq, dövlət qulluğuna qəbul prosesinin müasir tələblər səviyyəsində təşkili məqsədilə “Dövlət qulluğuna qəbul” informasiya sistemi, Azərbaycan dilində terminlərin elektron bazasının formalaşdırılmasını nəzərdə tutan “Azərbaycan terminoloji informasiya sistemi” və Azərbaycan diaspor təşkilatlarının nümayəndələrinin iştirakı ilə virtual konfransların təşkili üzrə informasiya sistemi yaradılıb.
Bu tədbirlərə paralel olaraq dövlət orqanlarında e-imzanın və e-sənəd dövriyyəsinin mərhələlərlə tətbiqi, həmçinin dövlət orqanlarının vahid informasiya mübadiləsi şəbəkəsinin inkişaf etdirilməsi ilə bağlı işlər aparılıb. Bütün bunlar vətəndaşların, təşkilatların hökumət orqanları ilə əlaqələrinin daha sadə və münasib olan elektron üsullarla həyata keçirilməsinə geniş imkanlar yaradıb.

Əhali İKT-dən istifadəyə aktiv cəlb olunub

“Elektron Azərbaycan” Dövlət Proqramının həyata keçirilməsi özünün müsbət nəticəsini göstərib. Belə ki, dövlət proqramında nəzərdə tutulmuş məqsəd və vəzifələrin reallaşması ölkə əhalisinin İKT-dən istifadəyə aktiv cəlb olunmasına, kompüterlərin və internetin yayılma səviyyəsinin artmasına və respublika daxilində "rəqəmli geriliyin" azalmasına səbəb olub. Bütün bunlar da öz növbəsində ölkəmizdə informasiya cəmiyyətinə keçid üçün əlverişli şərait yaradıb. E-hökumət həllərinin geniş tətbiqi dövlət idarəetməsində şəffaflığın, operativliyin və səmərəliliyin artmasına, vətəndaşların asan və sərbəst şəkildə dövlət orqanları ilə əlaqə yaratmasına gətirib çıxarıb.
Fiziki və hüquqi şəxslərə keyfiyyətli və qənaətbəxş İKT xidmətlərinin təqdim olunması, milli informasiya resurslarının formalaşdırılması, maddi-mədəni irsin qorunub saxlanılması və təbliğində İKT-dən istifadənin təmin olunması, e-ticarət həllərinin geniş tətbiq edilməsi, İKT bazarının inkişafı, milli İKT şirkətlərinin potensialının güclənməsi, yeni iş yerlərinin açılması və məhsul ixracı imkanlarının artırılması buna əyani sübutdur.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
23.06.2017
“Xaricdəki soydaşlarımız Qarabağ mövzusunda kifayət qədər məlumatlandırılırlar”
22.06.2017
“Ermənistanın işğalçılıq siyasəti: regionda təhlükəsizlik və humanitar fəlakət”
21.06.2017
Brüsseldə Azərbaycanın qaçqın və məcburi köçkünlərindən danışılıb
20.06.2017
BMT nümayəndəsi: “Cocuq Mərcanlının timsalında məcburi köçkünlərin ilk qayıdışı münasibətilə Azərbaycanı təbrik edirəm“
19.06.2017
Status-kvonun dəyişməsi üçün işğalçıya təzyiq edilməlidir

Şərh əlavə olunmayıb



    ,    
Ülvi Hüseynli
Mübariz Nuriyev
Şəmsi Gülverdi
Aysel İbrahimova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6770

1 “Peşəkarlıq yaşa baxmır”
2 “Ruhuma daha yaxını müəllimlikdir”
3 BANM-in dekanı: “BANM öz tələbələrinin gələcək karyera imkanlarına böyük əhəmiyyət verir”
4 “Özünüzə yaxşı müəllim seçin”
5 “Uşaqların sevgisi məni bu ucqar kənd məktəbinə bağladı”
23.06 15:08 Ayaqlar üçün vanna
23.06 12:00 Formula 2 başladı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info