NATO Qara dənizdə Rusiya ilə toqquşmaya gedəcəkmi?
Tarix: 15.12.2016 | Saat: 20:37:00 | E-mail | Çapa göndər
XİN rəsmisi Andrey Kelin:
“Regiondan kənar üzvlərin daimi hərbi qüvvələrinin peyda olması durumunda, Rusiya buna lazımi səviyyədə cavab verəcək”

“NATO-nun Qara dəniz regionundan kənar üzvlərinin daimi hərbi qüvvələrinin dənizdə peyda olması durumunda, Rusiya buna lazımi səviyyədə cavab verəcək”. Bu fikirləri “RİA Novosti”yə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin departament rəhbəri Andrey Kelin bildirib.
XİN rəsmisinin sözlərinə görə, indiyə qədər heç vaxt alyansda Qara dənizdə NATO daimi hərbi qruplaşmsının olması ilə bağlı məsələ gündəmdə olmayıb: “Əksinə, NATO ölkələri, əsasən də Rusiya və Rumıniyanın hərbi qüvvələri Qara dənizdə “Bleksifor”, “Qar dəniz harmoniyası” adlı təlimlərdə iştiraka üstünlük veriblər. Bunlar Qara dənizdə donanmalarının həyata keçirdiyi birgə hərbi təlimlər olub və Rusiya donanması da təlimlərə qatılıb. Mən eşitmişəm ki, Türkiyə bu gün də Qara dənizlə bağlı məsələdə birgə əməkdaşlığın davam etdirilməsinin dəstəkləyir. Buraya “Qara dəniz harmoniyası” birgə hərbi təliminin keçirilməsi də daxildir. Konfrontasiyaya getməkdənsə, işi bu istiqamətdə həyata keçirmək daha yaxşı olar. İstənilən halda Moskva regiondan kənar NAO qüvvələrinin daimi hərbi qruplaşmalarının Qara dənizdə peyda olmasına laqeyd münasibət göstərməyəcək. Əksinə, belə olacağı təqdirdə Moskva lazım olan addımları atacaq”. Qeyd edək ki, Qara dənizdə NATO-nun daimi hərbi donanmasının yaradılması ilə bağlı ideya cari ilin əvvəlində Rumıniya tərəfindən səsləndirilib. Sonradan bu məsələyə Bolqarıstan və Türkiyədən də dəstək ifadə olunub. Alyans Rumıniya tərəfindən səsləndirilən ideyaya dəstək verib. Sonradan bu məsələyə ən böyük dəstək verən dövlət Ukrayna oldu. Rumıniya təklif edir ki, Qara dənizdə Almaniya, Türkiyə, ABŞ, İtaliya və digər NATO ölkələrinin gəmilərindən ibarət daimi hərbi donanma yaradılsın. Bolqarıstan sonradan bu ideyaya dəstəyini çəkib. Daha doğrusu, rəsmi Sofiya bildirib ki, onlar Qara dənizdə Rusiyaya qarşı olan hanansısa daimi hərbi donanmanın yaradılmasının əleyhinədirlər. Amma bolqarların belə bir donanma yaradılacağı halda hansı mövqe tutacağı bəlli deyil. İdeyanı irəli sürən Rumıniya da bir müddət sonra daimi donanma təklif etmədiklərini iddia etdilər. Buxarest iddia edir ki, onlar sadəcə Rumıniya, Bolqarıstan və Türkiyənin iştirakı ilə birgə hərbi təlimlərin keçirilməsini istəyirlər. Təbi ki, bu açıqlamalar sadəcə Rusiyanın təzyiqlərini azaltmağa hesablanıb. Alyans Qara dənizdə daimi əsasda donanma yaratmaq planı üzərində işləyir. Bu məsələdə əsas rol Ukraynaya ayrılacaq. Şimali Atlantika alyansının Ukrayna və Gürcüstanda möhkəmlənmək istəyinin arxasında dayanan səbəblərdən bir də elə bu məsələdir. Avropa İttifaqının Ukrayna və Gürcüstanla bağlı siyasətini bu kontekstdə dəyərləndirmək olar. Qeyd edək ki, artıq Avropa İttifaqı 2017-ci ilin yazından başlayaraq Ukrayna və Gürcüstan ilə vizasız rejim tətbiq etməyə hazırlaşır. Miqrasiya üzrə avrokomissar Dimitris Avramopulos vizasız rejimin 2017-ci ilin yazından tətbiq edilə biləcəyini deyib. Avropa Komissiyasının sədri Jan-Klod Yunker Ukrayna və Gürcüstan vətəndaşları üçün vizasız rejimin tətbiqini tezləşdirməyə çağırıb. Qeyd edək ki, Ukrayna və Gürcüstan artıq bu il Avropa İttifaqına üzv ölkələrlə vizasız rejimin tətbiqinə ümid edirdilər. Xatırladaq ki, Avropa Komissiyası bir il əvvəl adıçəkilən ölkələrin Avropa İttifaqı ilə viza liberallaşdırılması üçün bütün şərtləri yerinə yetirdiyini bildirmişdi.
Anar Miriyev






 
Bölməyə aid digər xəbərlər
24.04.2018
Mitinqdə “Erkrapa” təşkilatının sədr müavinini öldürüblər
23.04.2018
«Epress»: “Ermənistanın olub-qalan tarixi sənət nümunələrini də xarici turistlər alıb aparırlar”
23.04.2018
Ermənistanda hərbçilər nümayişçilərə qoşulublar
22.04.2018
Maksim Şevçenko: “Ermənistanda yaşananlar Qərbin dirijorluğu ilə baş verir“
22.04.2018
Armen Sarkisyan ölkədəki vəziyyəti təhlükəli adlandırıb

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9085

1 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
2 İlham Əliyevin andiçmə mərasimi olub
3 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
4 Kəskin bağırsaq infeksiyaları ilə necə mübarizə aparmaq olar?
5 “Mossad”ın keçmiş şefi: “Ərəb baharı”na kimi kəşfiyyat orqanları sosial şəbəkələrə o qədər də böyük önəm vermirdi”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info