“Synergy Baku” dünya reytinqində dördüncü olub
Tarix: 15.12.2016 | Saat: 20:42:00 | E-mail | Çapa göndər
Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı il üçün yekun reytinq siyahısını açıqlayıb.
Azərbaycanın "Synergy Baku Cycling Project" kontinental velosiped komandası 2016-cı ildə keçirilən yarışlarda əldə etdiyi nəticələrə əsasən, planetin bütün qitələrini təmsil edən 54 ölkənin 176 kontinental klubu arasında 4-cü yerdə qərarlaşıb. Reytinq sıralanmasında Belçika hamıdan çox - 13 klubla təmsil olunur. 2016-cı ildə beynəlxalq yarışlarda Çin Xalq Respublikasının 11, Yaponiya və ABŞ-ın 10, Danimarka, Almaniya və Hollandiyanın isə 7 kontinental komandası iştirak edib ki, onlardan yalnız Belçikanın 3 klubu reytinq sıralamasında "Synergy Baku"nu qabaqlaya bilib. Yəni, ölkələr üzrə götürəndə, 54 ölkə arasında cəmi bir komandası olan Azərbaycan yalnız Belçikadan geri qalmaqla dünyada 2-ci yerə çıxıb. 2016-cı ildə “Synergy Baku” iştirak etdiyi 4 qitə yürüşü - "Tour of Croatia", "Tour d’Azerbaidjan", "Tour of Serbia" və "Tour of Szeklerland" (Rumıniya) yarışlarında komanda hesabında çempion adını qazanıb. Komandamızın təmsilçiləri il ərzində mübarizə apardıqları yarışlarda 34 dəfə fəxri kürsüyə qalxıb, 9 dəfə mərhələ qalibi olub, 5 dəfə isə bu idman növündə ən yüksək nəticə hesab olunan lider köynəyini əldə ediblər. Bir məqamı da vurğulamaq lazımdır ki, 176 kontinental və 23 pro-kontinental komandanın birgə açıqlanan reytinqində "Synergy Baku" hətta səviyyəcə özündən bir pillə yüksəkdə olan 9 pro-kontinental, yəni peşəkar qitə klubunu da geridə qoyub. Velosipedçilərimizin il ərzində əldə etdikləri nəticələr təkcə bununla yekunlaşmayıb. Qadın velosipedçimiz Yelena Pavluxina Çexiyada keçirilən "Gracia Orlova" yürüşünün qalibi olmaqla yanaşı, Çində təşkil olunan Dünya Turu yarışında və Avropa çempionatının fərdi ötüşmə növündə 9-cu yeri tutub. Trek velosipedçimiz Sergey Omelçenkonun Avropa çempionatında bu idmanın keyrin növündə 9-ci yeri tutması da ilin yadda qalan hadisələri sırasındadır. 2016-cı ilin önəmli hadisələrindən biri də ölkəmizin tarixində ilk dəfə olaraq velosipedçilərimizin Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarına 4 lisenziya qazanması olub. Beynəlxalq Velosipedçilər İttifaqının təqvimində özünəməxsus yer tutmuş “Tour d’Azerbaidjan” veloyürüşü də başa çatmaqda olan ilin əsas idman yarışlarından biri kimi tarixin yaddaşına həkk olunub. On səkkiz ölkədən 6-sı peşəkar kontinental olmaqla 21 komandanın mübarizə apardığı veloturda velospiedçilər Bakı, Sumqayıt, Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəkidən keçməklə 790 kilometrdən çox məsafə qət ediblər. "Synergy Baku" isə 5 mərhələdən 2-sində qalib olub, eləcə də ötən il olduğu kimi, bu dəfə də komanda hesabında 1-ci yeri tutmaqla azarkeşlərə sevinc dolu anlar bəxş edib.




 
Bölməyə aid digər xəbərlər
30.03.2017
“İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi əlamətdar hadisədir”
29.03.2017
“Ç elsi” rəhbərliyi baş məşqçi Antonio Konte ilə yeni müqavilə
29.03.2017
“Qalatasaray“da ciddi itki
29.03.2017
Donarumma İtaliya millisinin tarixinə düşdü
28.03.2017
Kikboksçumuz Almaniyada təşkil olunan turnirdə qalib olub

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Fikrət Yusifov
Aytən
Şəfa Qurbanova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5989

1 “İslam Həmrəyliyi Oyunlarında tələbə könüllülərimiz aktiv iştirak edəcəklər”
2 “Yaponiyanın elm dünyasında Qarabağ mövzusuna maraq var”
3 Mir Cəlal Paşayevin əsərinə çəkilən film Çində qalib oldu
4 Azərbaycan-İsrail əlaqələrinə həsr olunmuş seminar keçirilib
5 İtaliya-Azərbaycan Dostluq Dərnəyinin başçısı mükafata layiq görülüb
30.03 11:24 Neft bahalaşıb
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info