Azərbaycanlı qadın futbolçudan örnək addım
Tarix: 15.12.2016 | Saat: 20:43:00 | E-mail | Çapa göndər
Azərbaycanın U-19 millisinin və Türkiyənin "1207 Antalya Döşemealtı Belediyespor" klubunun futbolçusu Aysun Əliyevə örnək addımı ilə diqqət çəkib. Türkiyə mətbuatının yaydığı xəbərə görə, o, "Kireçburnu" ilə matçda rəqib komandann nigeriyalı oyuçusu Ljeoma Quins Danielsi belində daşıyıb.
Oyun zamanı zədələnərək meydanı tərk edən Daniels ağrısı səbəbindən ehtiyat oyunçular skamyasına gedə bilməyib. Bunu görən A.Aliyevə rəqib futbolçuya yaxınlaşaraq onu belində texniki zonaya qədər aparıb. A.Aliyevə matçdan sonra etdiyi hərəkətlə bağlı bildirib: "Danielsi əvvəlcə qolundan tutaraq aparmaq istədim. Ancaq ehtiyat oyunçular skamyasına qədər o vəziyyətdə getməyimiz uzun çəkəcəkdi. Sonra onu belimdə daşıdım. İçimdən gəldiyi üçün bu hərəkəti etdim. Çünki qızın vəziyyəti pis idi, gəzə bilmirdi. Bundan əvvəl mən də zədələnmişəm. Onun nələr yaşadığını bilirdim. Ona görə də Danielsə kömək etdim". Qeyd edək ki, Sarıyer İdman Klubunun fotoqrafı Feridun Gömleksiz A.Əliyevanın Danielsi belində daşıdığı anın şəklini çəkib. O, "Fair Play" mükafatının A.Əliyevaya verilməli olduğunu bildirib.




 
Bölməyə aid digər xəbərlər
18.08.2017
Messi “Barselona“da onu görmək istəyir
18.08.2017
Ruslan Lunyov reytinq cədvəlində irəliləyib
18.08.2017
“Dembele və Koutinyonu transfer etməyə yaxınıq“
17.08.2017
Çində təhsil alan tələbəmiz gümüş medal qazanıb
17.08.2017
Siyəzənli boksçular qalib olublar 

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7143

1 Gürcüstandakı gənclərimiz film çəkiblər
2 Ən gənc professor Prezidentə təşəkkür ünvanladı
3 “Əcnəbilərə əvvəlcə mədəniyyətimiz tanıdılmalı, sonra Qarabağ həqiqətləri təbliğ edilməlidir”
4 Mədəniyyət obyektlərinin tikintisinə vəsait ayrıldı
5 Gənclərimiz Azərbaycanın Mərakeş Krallığındakı səfirliyində olublar
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info