“Bakı sülh platformasının erməni üzvünün həbsi çox narahatverici amildir”
Tarix: 15.12.2016 | Saat: 20:44:00 | E-mail | Çapa göndər
“Azərbaycan siyasi ekspertləri və hüquq müdafiəçiləri tərəfindən yaradılan Ermənistan-Azərbaycan sülh platforması Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı müxtəlif qruplar arasında əlaqələrin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətlidir”. Bunu Trend-ə Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
M.Mard bildirib ki, Aİ Azərbaycan ilə Ermənistanın vətəndaş cəmiyyətləri və müxtəlif insan qrupları arasında əlaqələrin qurulmasına dəstək verir: “Bizim Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Avropa tərəfdaşlığımız var və bu bizə imkan verir ki, Azərbaycan ilə Ermənistan arasında bu cür əlaqələrin qurulmasına dəstək verək. Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində müxtəlif qruplar arasında dialoqun inkişaf etdirilməsi üçün Azərbaycanın da Bakı platforması kimi müxtəlif formatlar yaratması vacib əhəmiyyət kəsb edir”. Bakı platformasının Dağlıq Qarabağda yaşayan erməni üzvlərindən birinin Ermənistanda həbs olunması məsələsinə gəlincə, M.Mard bununla bağlı narahatlığını ifadə edib: “Mən bu məsələ ilə bağlı məlumatı mətbuat vasitəsilə aldım və bu çox narahatverici bir məsələdir. Bu həm də onu göstərir ki, medianın Bakı platforması ilə bağlı məsələləri və ümumilikdə cəmiyyətdə baş verən hadisələri izləməsi çox vacibdir”.

Aureliya Qriqoriu:

“Ermənistan fundamental insan hüquqlarını pozur”
Moldova İctimai palatasının rəhbəri, siyasi xadim Aureliya Qriqoriu sülh platformasına qatılmış Lusine Nersisyanın həbsini şərh edərkən deyib ki, Ermənistan tərəfinin addımları Avropa İnsan Haqları Konvensiyası ilə nəzərdə tutulan fundamental insan hüquqlarını pozur. A.Qriqoriunun sözlərinə görə, Ermənistan Avropa İnsan Haqları Konvensiyasının şəxsi toxunulmazlıq və ədalətli məhkəmə istintaqı barədə maddələri pozub: “Bütün bu pozuntuları Ermənistan və Dağlıq Qarabağ separatçıları cəzasızlıq səbəbi ilə edirlər. Dünya ictimaiyyəti artıq insan haqlarını pozan və işğalçı olan bu ölkəyə qarşı təsiredici tədbirlər görməlidir”.

Ermənistanda Azərbaycanla dinc dialoq tərəfdarı olan şəxslər təqib olunur

“Baku Network” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov isə “Trend”ə deyib ki, Ermənistanda sülh platformasını dəstəkləyən və Azərbaycan xalqı ilə dinc dialoq tərəfdarı olan şəxslər təqib olunur: “Ermənistanda xalqlarımızın barışması məqsədilə bir qrup erməni və azərbaycanlı tərəfindən imzalanmış Bakı deklarasiyası sərt qarşılanır”. O qeyd edib ki, bununla bağlı daha bir yolverilməz addım Xankəndi sakini, deklarasiyaya dəstəyini ifadə etmiş Lusine Nersisyanın həbsi olub. E.Ələsgərov deyib: “O, bir qrup radikal millətçinin yaratdığı bu münaqişənin qarabağlılara gətirdiyi bəlalardan danışıb.” E.Ələsgərovun sözlərinə görə, erməni KİV-ləri bu barədə susur və xalqların barışması fikrinə qarşı çıxan xətt yürüdür: “Bəzi beynəlxalq təşkilatlar da bu proses barədə susur. Qərb mətbuatı da bu barədə susmağa çalışır, çünki bu onların barışıq anlayışına uyğun deyil. Onlar “barışıq masası” başında özlərini görmək istəyir və problemi öz maraqlarına uyğun həll etmək istəyir. Burada isə birbaşa dialoq aparılır və bu çoxlarını qane etmir”. E.Ələsgərov qeyd edib ki, Bakı platformasının əvvəlki QHT, jurnalistlər, təşkilatlar arasında görüşlərdən fərqi ondan ibarətdir ki, burada Dağlıq Qarabağ məsələsi müzakirə olunmayıb və Dağlıq Qarabağın Azərbaycana məxsusluğu sual altına alınmayıb. Onun sözlərinə görə, Bakı deklarasiyasını dəstəkləyən ermənilər Azərbaycan və Ermənistan arasında ünsiyyətin ədalətli xarakter daşımasına tərəfdar çıxır: “Onlar deyir ki, erməni və Azərbaycan xalqlarının bəlaları Qarabağ problemi ilə başladı və bu məsələ beynəlxalq qanunlar çərçivəsində həll olunmalıdır. İndi erməni cəmiyyətində Qarabağ klanının idarəetməsi ilə razı olmayan şəxslər Bakı deklarasiyasına qoşulur. Bu, xalqların barışığı nöqteyi-nəzərindən müsbət bir addımdır”.
Anar




 
Bölməyə aid digər xəbərlər
23.06.2017
“Azərbaycanın təcrübəsindən istifadə etmək lazımdır”
21.06.2017
Dövlət niyə jurnalistə ev verməlidir?
21.06.2017
“Möhtəkirlər nefti ucuzlaşdırır“
19.06.2017
“Müəllimlər millətin gələcəyini müəyyən edir”
19.06.2017
İrana qarşı təxribatlar cavabsız qalmayacaq

Şərh əlavə olunmayıb



    ,    
Ülvi Hüseynli
Mübariz Nuriyev
Şəmsi Gülverdi
Aysel İbrahimova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6769

1 “Peşəkarlıq yaşa baxmır”
2 “Ruhuma daha yaxını müəllimlikdir”
3 “Özünüzə yaxşı müəllim seçin”
4 BANM-in dekanı: “BANM öz tələbələrinin gələcək karyera imkanlarına böyük əhəmiyyət verir”
5 “Uşaqların sevgisi məni bu ucqar kənd məktəbinə bağladı”
23.06 15:08 Ayaqlar üçün vanna
23.06 12:00 Formula 2 başladı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info