Özbəkistan portalı erməni vandalizmini sübut edən fotolar yayıb
Tarix: 16.12.2016 | Saat: 16:54:00 | E-mail | Çapa göndər


Daşkənddəki ziyouz.uz portalı erməni vandalizmi ilə bağlı Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) “Erməni vandalizmi fotolarda” sərlövhəli materialını özbək dilində yayıb. Fotoların da əks olunduğu materialda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışılır, Azərbaycan ərazisinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi bildirilir.
Məqalədə qeyd olunur ki, ermənilər işğal etdikləri Azərbaycan ərazilərində tarixi abidələri, məscidləri, qəbiristanlıqları dağıdıb, şəhər və kəndləri xarabalığa çeviriblər. Bu, sözün əsl mənasında, vandalizmdir və bunun başqa adı yoxdur. Fotoşəkillər bunu əyani şəkildə sübut edir.
Fotolar Azərbaycanın işğal edilmiş müxtəlif ərazilərində – Dağlıq Qarabağda, Sədərək rayonunun Kərki, Zəngilan rayonunun Məmmədbəyli kəndlərində, Laçın və Kəlbəcər rayonlarında, Cəbrayıl rayonunun Xələfli və Qumlaq kəndlərində və s. yerlərdə çəkilib. Həmçinin Şuşa qalasının, Şuşa məscidinin, məşhur Gövhər Ağa məscidinin, Azərbaycan qəbiristanlıqlarının, o cümlədən Yerevan yaxınlığında Ağdədə qəbiristanlığının, Ağdamdakı Çay evinin və başqa yerlərin indiki vəziyyəti əks olunub.
Bildirilir ki, BMT Təhlükəsizlik Şurası ermənilərin işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılması ilə əlaqədar dörd qətnamə qəbul edib, ancaq bu sənədlər hələ də yerinə yetirilmir.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Əfqanıstan prezidentinin mitinqində BOMBALAR PARTLADI
17.09.2019
İsraildə parlament seçkiləri keçirilir
17.09.2019
BƏƏ-yə məxsus gəmi İran tərəfindən saxlanıldı
16.09.2019
Dünyanın ilk üzən nüvə elektrik enerjisi stansiyası Pevek şəhərinə çatdı
16.09.2019
Ursula fon der Lyayen: “Xarici güclərin müdaxiləsi Avropa üçün təhlükədir”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info