Naxçıvanlı sənətkar Azərbaycan sənturunu hazırlayıb
Tarix: 16.12.2016 | Saat: 13:22:00 | E-mail | Çapa göndər
Səntur qədim milli musiqi alətlərindən biridir. Naxçıvanlı sənətkar yatıq sazlar ailəsinə məxsus olan Azərbaycan sənturunu hazırlayıb.
İxtiyar Seyidov illərdir Naxçıvan Musiqi Kollecində saz ixtisasını tədris etməklə yanaşı, milli musiqi alətlərinin hazırlanması ilə də məşğul olur. O, indiyədək yüzlərlə gəncə aşıq sənətinin incəliklərini öyrədib.
Qədim musiqi alətlərimizi böyük ustalıqla hazırlayan İxtiyar Seyidov bildirib ki, sənturun ən qədim və sadə nümunələrinə Tuva və Xakas xalqları arasında rast gəlmək olar. Osmanlı türklərində iki növ səntur mövcuddur: alafranqa və türk sənturları. Quruluşuna, çalğı tərzinə, səs düzümünə və başqa cəhətlərinə görə sənturun bu növləri bir-birinə çox yaxındır. Alət 9 və 12 xərəkli olaraq düzəldilir.
İxtiyar Seyidov deyib ki, bu ilin fevral ayından Azərbaycan sənturu üzərində işləməyə başlayıb. Trapesiyaşəkilli aləti səs sisteminə toxunmadan milli atributumuz - buta formasına salıb. Bu, İxtiyar Seyidovun musiqi alətlərinin ixtirası, bərpası sahəsində son işi deyil. O, sənturun 12 xərəkli nümunəsini yaratmağı da planlaşdırır.
Qeyd edək ki, İxtiyar Seyidov, həmçinin Naxçıvan tənburu və Ovuc neyi alətlərinin də yaradıcısıdır. Sənətkar xammal kimi əsasən Naxçıvanın dağ kəndlərindən topladığı tut, qoz və armud ağaclarından istifadə edir. O, bu sahədəki səmərəli fəaliyyətinə görə 2014-cü ildə “Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə” nişanı ilə təltif olunub.
İxtiyar Seyidov bildirib ki, Möminə Xatın türbəsinin yaxınlığında yerləşən emalatxanasının qonaqları daha çox gənclər və Naxçıvana gələn turistlərdir. “Onların bu alətlərə marağı çoxdur və çalışıram ki, bizim bu milli musiqi alətlərimiz itib–batmasın. Bir alət iki-üç aya ərsəyə gəlir. Düzəltmək istədiyim çox alət var. Hazırda Zaqatala tənburu üzərində çalışıram”, - deyə sənətkar vurğulayıb.

Mahmud





 
Bölməyə aid digər xəbərlər
23.06.2017
Xalq şairi Xəlil Rza Ulutürkün xatirəsi anılıb
22.06.2017
Şəki “İpək Yolu” festivalında 10-a yaxın ölkənin musiqi kollektivi çıxış edəcək
22.06.2017
“Baku Fashion Club” təşkilatının təqdimat mərasimi olacaq
21.06.2017
Şəki Xan Sarayı və Şəkinin tarixi hissəsi UNESCO-nun Dünya İrsi Siyahısına namizədlərin sırasında
21.06.2017
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Pekində forum işə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Ülvi Hüseynli
Mübariz Nuriyev
Şəmsi Gülverdi
Aysel İbrahimova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6807

1 Azərbaycanda etnik, dini dözümlülük mühiti tarixi ənənələrdən bəhrələnən milli siyasətin nəticəsidir
2 BANM-in dekanı: “BANM öz tələbələrinin gələcək karyera imkanlarına böyük əhəmiyyət verir”
3 “Ermənistanın işğalçılıq siyasəti: regionda təhlükəsizlik və humanitar fəlakət”
4 Daxili Qoşunların Şirvandakı hərbi hissəsinin açılışı olub
5 Avropa ölkələri borc bataqlığında
23.06 15:08 Ayaqlar üçün vanna
23.06 12:00 Formula 2 başladı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info