Tanınmış şair Nüsrət Kəsəmənlinin xatirəsi anılıb
Tarix: 16.12.2016 | Saat: 13:35:00 | E-mail | Çapa göndər
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Zirə Eko Parkda şair, publisist Nüsrət Kəsəmənlinin anadan olmasının 70 illiyi ilə əlaqədar anım tədbiri keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə şairin qələm dostları, ailə üzvləri və digər qonaqlar iştirak ediblər.
Şairlə bağlı xatirələrini bölüşən qələm dostları və yaxınları onun yaradıcılıq xüsusiyyətlərindən, insani keyfiyyətlərindən danışıblar. Bildirilib ki, Nüsrət Kəsəmənli şəxsiyyəti ilə poeziyası bir-birini tamamlayan söz adamlarından olub. Məhəbbət, gənclik, sevgi şairi Nüsrət Kəsəmənli ümumbəşəri, milli dəyərlərə önəm verdiyi üçün zamanın fövqündə dayanan qələm sahiblərindən biri idi. Onun 150-dən çox şerinə musiqi bəstələnib. “Boş kəndlərin harayı”, “Mövzu üzrə improvizasiya”, “Ənbizlərin keşiyində”, “Sovet Azərbaycanına səyahət” və s. sənədli filmlərin, “Afroditanın qolları”, “Qarabağ əhvalatı” bədii filmlərin ssenari müəllifıdir. “Dünyaya pəncərə” sənədli televiziya verilişinin ssenari müəllifi və aparıcısı olub.
Tədbirdə müğənnilərin ifasında Nüsrət Kəsəmənlinin şerlərinə bəstələnmiş mahnılar dinlənilib.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.04.2018
Natali Portman İsrailin nüfuzlu mükafatından imtina edib
20.04.2018
Sona Vəliyevanın “Qar ətri” kitabı ingilis dilində işıq üzü görüb
20.04.2018
Mayası gülüş və musiqi ilə yoğurulmuş ömür
20.04.2018
Füzuli Dram Teatrında “Ələddinin sehrli çırağı”
18.04.2018
El şairləri ədəbi proseslərdə yaxından iştirak edirlər

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9067

1 Mətanət Səmədova: “Əslində, peşəkar müəllim olmaq üçün heç də yaşlanmaq əsas deyil”
2 “Gənclərimiz dövlətin etimadını hər addımda doğruldurlar”
3 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
4 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
5 İlham Əliyevin andiçmə mərasimi olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info