“Avropa İttifaqı sazişi imzalamayacağımız halda, hakimiyyəti dəyişməklə təhdid edirdi”
Tarix: 16.12.2016 | Saat: 20:06:00 | E-mail | Çapa göndər
“Mən, Avropa İttifaqının ayrı-ayrı rəhbər şəxslərinin dövlətin sazişi imzalamaq və ya ondan imtina etməklə bağlı mütləq suveren hüququna reaksiyasından heyrətə gəlmişdim”

Ukraynanın keçmiş baş naziri Nikolay Azarov maydan hadisələri ilə bağlı keçirilən məhkəmə prosesində maraqlı açıqlamalar verib. Azarov bildirib ki, Avropa İttifaqı rəsmi Kiyevi assosiativ əməkdaşlıqla bağlı sazişi imzalamayacağı təqdirdə hakimiyyəti dəyişəcəyi ilə hədələyib.
Qeyd edək ki, Ukrayna parlamentinin keçmiş deputatı Vladimir Oleynik 2014-cü il hadisələrinin dövlət çevrilişi olması ilə bağlı məhkəmədə iş qaldırıb. Azarov bu iş çərçivəsində məhkəmədə ifadə verib. Ukrayna Prezident Administrasiyasının keçmiş rəhbəri Andrey Klyuev, keçmiş daxili işlər naziri Vitali Zaxarçenko və eks-prokuror Viktor Pşonka da məhkəmədə ifadə verəcəklər. Azarov məhkəmədə bildirib ki, 2014-cü ilin hadisələrini birmənalı şəkildə dövlət çevrilişi kimi qiymətləndirir: “Mən, Avropa İttifaqının ayrı-ayrı rəhbər şəxslərinin dövlətin sazişi imzalamaq və ya ondan imtina etməklə bağlı mütləq suveren hüququna reaksiyasından heyrətə gəlmişdim. Bu, istisnasız prezidentin səlahiyyətindədir. Bizim mövqeyimiz belə idi ki, ölkənin iqtisadi enişinə, böhrana səbəb ola biləcək sazişi imzalaya bilmərik.

“Biz 21-ci əsr sivilizasiyasına yox, xutor təsərrüfatına doğru gedirik. Ona görə də bu gün Ukraynada baş verənlər fəlakətdir. Ölkəni ən azı 20 il geri salıblar. Ukraynanın gələcəklə bağlı ümidi yoxdur. Hələ onu demirəm ki, Ukrayna ölüm səviyyəsinə görə dünyada birinci yerə çıxıb. Müstəqilliyin ilk illərində 52 milyon nəfər idik, indi heç 40 milyon da olmaz. Ölüm səviyyəsi il ərzində doğumu 300 min nəfər üstələyir”

Sənədi imzalamaqdan imtinadan sonra Avropa Komissiyasında Ukrayna rəhbərliyi ilə “sərt söhbət” oldu. Söhbətlərdən biri Avropa komissarı Ştefan Füle ilə oldu. O, açıq şəkildə bildirdi ki, “əgər, siz bu sənədi imzalamsanız, onda sənədi başqa baş nazir və prezident imzalayacaq”. Azarov bildirib ki, 2013-cü ilin sonu və 2014-cü ildə baş verən Maydan hadisələri vaxtı Qərb dövlətləri Ukraynanın daxili işinə kobud şəkildə müdaxilə ediblər: “Buna heç bir şübhə ola bilməz. Əgər həmin o amerikalı senator (MakMmaydanda çıxış edərək hakimiyyəti devirməyə çağırış edirsə, başqa söz danışmağa ehtiyac yoxdur”. Qeyd edək ki, Azarov “RİA Novosti”yə verdiyi müsahibədə bildirib ki, bu gün Ukrayna iqtisadiyyatında fəlakətli vəziyyət yaranıb: “Maydan hadisələrindən əvvəlki ildə bizim ixrac 90 milyard dollar olduğu halda, bu gün 30 milyarda enib. Keyfiyyətli torpaqları, iqlimi olan ölkənin bu vəziyyətdə olması fəlakətdir. 13 milyon kəndlinin öz kiçik təsərrüfatı var. Bunun hesabına xalq acından ölmür, yaşayır. Biz 21-ci əsr sivilizasiyasına yox, xutor təsərrüfatına doğru gedirik. Ona görə də bu gün Ukraynada baş verənlər fəlakətdir. Ölkəni ən azı 20 il geri salıblar. Ukraynanın gələcəklə bağlı ümidi yoxdur. Hələ onu demirəm ki, Ukrayna ölüm səviyyəsinə görə dünyada birinci yerə çıxıb. Müstəqilliyin ilk illərində 52 milyon nəfər idik, indi heç 40 milyon da olmaz. Ölüm səviyyəsi il ərzində doğumu 300 min nəfər üstələyir.

“2014-cü ildə baş verən Maydan hadisələri vaxtı Qərb dövlətləri Ukraynanın daxili işinə kobud şəkildə müdaxilə ediblər”


Kəndlərdə insanlar təsərrüfatın hesabına birtəhər yaşa bilirsə, şəhər yerində 1200 qrivna təqaüdlə yaşamaq mümkün deyil. Bu kiminsə fikirləşdiyi faciə deyil, Ukrayna reallığıdır. Ona görə də hakimiyyətin əsas gücü nasist hücum qüvvələridir. Onları insanları döyməyə, öldürməyə görə cəzalandırmırlar”. Azarov bildirib ki, 2014-cü ilin dövlət çevrilişinin əsasında Rusiyaya qarşı olan layihə dayanırdı. Üstündən 3 ilə yaxın vaxt keçəndən sonra bəlli olur ki, bu layihə iflasa uğrayıb: “Amerikada Tramp hakimiyyətə gəlib. O, çətin ki, Kiyev xuntasına qeyd-şərtsiz dəstək versin. Bu hakimiyyəti heç olmasa yarım ay maliyyə yardımsız qoysalar, çökər”. Azarov bildirib ki, ölkə xaricdən idarə olunduğu üçün əsl sahiblə, məsələn amerikalılarla danışmaq lazımdır: “Cənab Tramp, siz Ukraynadan nə istəyirsiniz? Sizin marağınız nədir? Moskva ilə toqquşmamı? Çətin ki, bu, sizə lazım olsun. Bundan sonra da xuntanı maliyyələşdirməkmi istəyirsiniz? Axı, bu, sizin nəyinizə lazımdır. Amerikalılarla danışıb-raşılaşmaq lazımdır ki, marionetkalarını rədd etsinlər, müxalifət partiyalarının fəaliyyətinə qadağanı götürsünlər. ABŞ, Rusiya, Almaniya və Fransanın nəzarəti altında keçid dövrü yaşana, yeni seçki keçirilə bilər. Ancaq belə nəyəsə nail olmaq olar. Yoxsa, indiki hakimiyyətlə seçki keçirmək mümkün deyil”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
22.11.2017
Ovannes İgityan:”Xaricdən idarə olunan Ermənistanda hər hansı bir islahatın keçiriləcəyinə ümid bəsləmək olmaz”
16.11.2017
Latviyada məktəblərin yarısı bağlanır
13.11.2017
Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
03.11.2017
«Tert.am»: ”Miqrasiya ermənilərin dövlətə qarşı etirazının bir formasıdır”
31.10.2017
Əliyev-Putin-Ruhani görüşü: Azərbaycan beynəlxalq səviyyəli tranzit mərkəzə çevrilir

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7765

1 Gənclər Təşkilatları Milli Şurası 22-ci ilini qeyd edir
2 Bakı Atatürk Liseyində Turan Yazqanın xatirəsinə həsr olunmuş tədbir keçirilib
3 “Azərbaycanımızı tanıtmağa davam edəcəyik”
4 Azərbaycanda multikulturalizm modeli
5 Xeyirxahlığından həzz alan insan
24.11 12:24 Sənə doğru
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info