“Bakıda açılan Belarus mağazalarına 1,5 milyon dollarlıq məhsul göndərilib”
Tarix: 19.12.2016 | Saat: 11:49:00 | E-mail | Çapa göndər
“Belarusun müxtəlif ölkələrdən olan ticari tərəfdaşlarının bu ölkədən alınan məhsulların keyfiyyətinə iradları yoxdur”.
BELTA agentliyi bildirir ki, Belarus Baş nazirinin müavini Mixail Rusıy bu fikirləri “Belarus-1” kanalının “Qlavnıy efir” proqramında söyləyib.
Baş nazirin müavininin sözlərinə görə, Belarus dövləti 58 ölkə ilə ticarət edir və bu tərəfdaşların Belarusdan narazılığı yoxdur. Hazırda Azərbaycanla fəal əməkdaşlıq edilir. Yaxın vaxtlarda Bakıda səkkiz Belarus mağazası açılıb. Qısa müddətdə həmin mağazalara 1,5 milyon dollarlıq məhsul göndərilib. Gürcüstanın paytaxtında iki Belarus mağazası işləyir. Baş nazirin müavininin fikrincə, müəyyən xidmətlər arasında yaranan problemləri qısa müddətdə araşdırmaq və qaydaya salmaq lazımdır.
M.Rusıy daha sonra bildirib ki, Belarusun emal sənayesi hər bir investor üçün cəlbedicidir: emal zavodu tikmək müvafiq ferma tikintisinə sərmayə qoymaqdan qat-qat sərfəlidir, çünki həmin zavodun tikintisinə çəkilən xərc 3-4 ildən sonra ödəniləcək, ferma tikintisi üçün çəkilən xərcin isə tezliklə qaytarılacağını gözləməyə dəyməz.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.08.2017
Ərdoğan Azərbaycana gəlir
18.08.2017
Fernando Uanakuni Mamani Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
18.08.2017
“Azərbaycan və Niderland arasında ikitərəfli əlaqələr siyasi sahədə yaxşı inkişaf edib”
18.08.2017
“Barselonada törədilmiş terror  aktlarını qəti şəkildə pisləyirik”
18.08.2017
Bir şəklin tarixçəsi

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7148

1 Gürcüstandakı gənclərimiz film çəkiblər
2 “Əcnəbilərə əvvəlcə mədəniyyətimiz tanıdılmalı, sonra Qarabağ həqiqətləri təbliğ edilməlidir”
3 Ən gənc professor Prezidentə təşəkkür ünvanladı
4 Mədəniyyət obyektlərinin tikintisinə vəsait ayrıldı
5 Gənclərimiz Azərbaycanın Mərakeş Krallığındakı səfirliyində olublar
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info