Naxçıvanda müasir rabitə sistemi yaradılıb
Tarix: 19.12.2016 | Saat: 12:30:00 | E-mail | Çapa göndər
Muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli poçt-rabitə xidmətlərinin göstərilməsi sahəsində həyata keçirilən tədbirlər ötən ay da uğurla davam etdirilib. Bu gün muxtar respublikanın bütün yaşayış məntəqələrində sürətli və genişzolaqlı internetdən istifadə imkanları yaradılıb. Bu da istifadəçilərin sayının artmasında özünü göstərir. Belə ki, ötən ay, ümumilikdə, muxtar respublika üzrə 3240 metr fiber-optik kabel xətti çəkilib, 484 abunəçi genişzolaqlı internetlə təmin olunub.
Əhalinin telefon çəkilişinə olan tələbatı nəzərə alınaraq Babək rayonunun Hacıvar kəndində 384, Şərur rayonunun Ərəbyengicə kəndində 304, Arbatan, Çəmənli və Arpaçay kəndlərində isə 384 nömrətutumlu yeni avtomat telefon stansi¬yaları quraşdırılıb. Bu dövrdə Şərur rayonunun Yuxarı Daşarx, Kürkənd, Dərəkənd, Babək rayonunun Naxışnərgiz, Xal-xal və Şahbuz rayonunun Gömür kəndlərində mövcud avtomat telefon stansiyaları 384 nömrətutumlu yeni nəsil NGN tipli avtomat telefon stansiyaları ilə əvəz olunub. Bu sahədə həyata keçirilən tədbirlər nəticəsində 270 yeni telefon nömrəsi istismara verilib.
Naxtel 4G nömrələrinin və ödəmə kartlarının poçt bölmələrində satışının həyata keçirilməsi üçün “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müvafiq işlər görülür. Belə ki, Naxçıvan şəhərində yerləşən bütün poçt bölmələrində və Şərur rayonunun 10 poçt bölməsində Naxtel nömrələrinin və ödəmə kartlarının satışı üçün avadanlıqlar quraşdırılaraq şəbəkəyə qoşulub.
Naxçıvanda yeni texnologiyaların tətbiqi və inkişafı bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasını da zəruri edir. İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində təşkil olunan kompüter kursları bu mənada mühüm əhəmiyyət daşıyır. Ötən ay mərkəzdə 95 dinləyicinin cəlb olunduğu 9 ümumi və 15 fərdi qrup yaradılıb.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
11.12.2017
Belarusun nümayəndə heyəti Qəbələyə səfər edib
08.12.2017
Cəlilabadda humanitar aksiyada 150 nəfər qan verib
08.12.2017
Atabəy Eldəgəzin adı olan mis pullar tapılıb
08.12.2017
Tovuzda 170 min tona yaxın kartof toplanıb
08.12.2017
İçərişəhərdə sərgi açılıb

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7896

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 “Daha yüksək səviyyədə təşkilatlanmalı və bir səngərdən dövlətin maraqlarının qorunması üçün mübarizə aparmalıyıq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info