İsrail XİN: “Azərbaycanla münasibətlərimiz daha da güclənməyə davam edəcək”
Tarix: 19.12.2016 | Saat: 12:39:00 | E-mail | Çapa göndər
"Israil və Azərbaycan arasında sıx münasibətlər mövcuddur”. Bu barədə İsrail və Rusiya vətəndaşı olan bloqqer Aleksandr Lapşinin saxlanmasının İsrail-Azərbaycan münasibətlərinə mənfi təsir edəcəyi ilə bağlı xəbərlərə dair APA-nın sorğusuna cavab olaraq İsrail Xarici İşlər Nazirliyindən bildirilib.
 
Məlumatda deyilir ki, bu münasibətlər İsrail baş naziri Benyamin Netanyahunun Bakıya son səfəri zamanı da özünü göstərib: “Biz əminik ki, münasibətlərimiz daha da güclənməyə davam edəcək”.
 
Xatırladaq ki, Rusiya, İsrail və Ukrayna vətəndaşı olan bloqqer Aleksandr Lapşin Azərbaycan sərhədlərini pozduğu və işğal olunmuş Azərbaycan torpaqlarına icazəsiz səfər etdiyi üçün Azərbaycan hökumətinin müraciəti əsasında Minskdə saxlanılıb. Hazırda onun Azərbaycana ekstradisiyası məsələsi həll olunur.
 
Bəzi mənbələr bu məsələnin İsrail-Azərbaycan münasibətlərinə mənfi təsir edəcəyini yazır. Həmçinin bəzi saytlarda qeyd olunur ki, İsrail hökuməti özünün Belarusdakı nümayəndələri ilə A.Lapşinin görüşünün təşkil edilməsi üçün rəsmi Minskə müraciət edib. 




 
Bölməyə aid digər xəbərlər
29.03.2017
31 mart soyqırımı Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin ən qanlı səhifəsidir
29.03.2017
Daxili işlər naziri Dubay şəhərinin polis rəisi ilə görüşüb
29.03.2017
Akademik Ramiz Mehdiyevin kitabı Moskvada nəşr edilib
28.03.2017
Sankt-Peterburqda 300 mindən çox azərbaycanlının yaşayır
28.03.2017
Azərbaycan “Təhlükəsizlik naminə birlik” adlı beynəlxalq konfransda təmsil olunub

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Fikrət Yusifov
Aytən
Şəfa Qurbanova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5983

1 “İslam Həmrəyliyi Oyunlarında tələbə könüllülərimiz aktiv iştirak edəcəklər”
2 “Yaponiyanın elm dünyasında Qarabağ mövzusuna maraq var”
3 Mir Cəlal Paşayevin əsərinə çəkilən film Çində qalib oldu
4 Azərbaycan-İsrail əlaqələrinə həsr olunmuş seminar keçirilib
5 İtaliya-Azərbaycan Dostluq Dərnəyinin başçısı mükafata layiq görülüb
29.03 13:31 Tolerantlıq məkanı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info