Xalq yazıçısının əsərinin Rus Dram Teatrında nümayişi keçirilib
Tarix: 19.12.2016 | Saat: 16:16:00 | E-mail | Çapa göndər
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında "Cəhənnəm Sakinləri" tamaşasının nümayişi keçirilib. ADDIM Gənclər Təşkilatının gənclər arasında mədəniyyət ocaqlarına getmə ənənəsini təbliğ etmək məqsədilə Teatra Addımla lozunqu adı altında həyata keçirdiyi layihənin bu dəfə ulduz qonağı Əməkdar artist Sevda Ələkbərzadə olub. Layihə çərçivəsində gənclər yazıçı Elçinin "Cəhənnəm sakinlər" tamaşasını izləyiblər. Tamaşanın nümayişində eləcə də əsərin müəllifi, Azərbaycan Respublikası Baş Nazirinin müavini , Xalq yazıçısı, dramaturq Elçin Əfəndiyev iştirak edib. O, gənclər və layihənin iştirakçıları ilə xatirə fotosu çəkdirib onlarla bərabər tamaşanı izləyib. Əməkdar artist Sevda Ələkbərzadə isə tamaşanı sona qədər məmnunəyyətlə izlədiyini və belə layihələri cəmiyyətimiz üçün  əhəmiyyətli olduğunu söyləyib. 
Qeyd edək ki, tamaşada baş rolları Səfa Mirzəhəsənov, Mələk Abbaszadə və Oleq Amirbəyiov ifa edirlər. Tamaşada hadisələr 1937-ci ildə cərəyan edir və dövrün mövcud problemlərini əks etdirir. Tamaşanın rejissoru artıq 30 ildən çox Finlandiyada yaşayıb fəaliyyət göstərən Kamran Şahmərdan, musiqi tərtibatı finlandiyalı bəstəkar Erik Tompinen, tərtibatçı rəssam isə Tatyana  Tarakanovadır.

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.04.2018
Fidan Hacıyeva “Cümhuriyyət İli” çərçivəsində silsilə konsertlər verəcək
25.04.2018
Azərbaycanlı pianoçu ilk dəfə Amstredam Filarmoniyasında çıxış edib
24.04.2018
Məhərrəm Hüseynovun yaradıcılığında təcnislərə daha çox rast gəlirik
24.04.2018
İranda Azərbaycan dilində film çəkilişinə icazə veriləcək
24.04.2018
Qədim yaşayış məskənində tapılmış kömürün yaşı təyin edilib

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9093

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 TADF erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
3 Ermənistanın ifşası üçün növbəti geopolitik həmlə...
4 Rusiyalı və Azərbaycanlı Tarixçilərin Assosiasiyası yaradılacaq
5 Nazirlər Kabinetində boş qalmış vəzifələrə təyinatlar olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info