Cüdoçularımız “Qızıl Liqa” yarışında 1 qızıl və 1 bürünc medal qazanıblar
Tarix: 19.12.2016 | Saat: 20:01:00 | E-mail | Çapa göndər
Azərbaycan cüdoçuları ilin sonunda təşkil olunan beynəlxalq turnirdə uğurla çıxış ediblər. Cüdoçularımız bu dəfə klublararası keçirilən Avropa “Qızıl Liqa” yarışının medallarını qazanıblar. Milli komandamızın aparıcı cüdoçularından olan Nicat Şıxəlizadə (66 kq) Gürcüstanın “Sagaredjo FF Superstars” klubunun heyətində “Qızıl liqa”nın qalibi olub. Rusiyanın Qroznı şəhərində keçirilən yarışda Gürcüstan təmsilçisi əvvəl “Sportinq”i (Portuqaliya) 3:2, sonra «Abensberq»i (Almaniya) 5:0 hesabı ilə məğlub edib. Finalda həmyerlimizin komandası gərgin mübarizədə «Yavara Neva»nı (Rusiya) üstələyib – 3:2. Millimizin Olimpiya mükafatçısı Rüstəm Orücov (73 kq) da mükafatsız qalmayıb. Bütün çəki dərəcələrində dünya reytinq cədvəlinə başçılıq edən Rüstəm Orucov Portuqaliyanın “Sportinq” klubunun heyətində bürünc medal qazanıb. Fəxri kürsüyə gedən yolda Portuqaliya təmsilçisi “Edelveys” (Qroznı) və “Nalçik” (hər ikisi – Rusiya) klublarını müvafiq olaraq 3:2 və 5:0 hesabları ilə məyus edib. Yarışın mükafatlandırma mərasimində Nicat Şıxəlizadəyə Avropa “Qızıl Liqa”sının qızıl, Rüstəm Orucova isə bürünc medalı təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
21.07.2017
Kamran Ağayev Çexiya klubunda
21.07.2017
“Bu qələbə bizim üçün çox vacib idi”
21.07.2017
Azərbaycan iddiaçılar turnirinin keçirilməsinə namizəddir
20.07.2017
Əliyar Ağayev Çempionlar Liqasında oyun idarə edib
20.07.2017
“Buffondan çox şey öyrənəcəyəm”

Şərh əlavə olunmayıb



    ,    
Nigar Abdullayeva
Elsevər Məmmədov
Ülvi Hüseynli
Mübariz Nuriyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6979

1 İki min müəllim birbaşa müsahibə mərhələsinə buraxılacaq
2 “20 illik kirayənişin həyatımıza son qoyuldu...”
3 İsrail TANAP-a qoşulur
4 Azərbaycanda elm sahəsində ilk – 33 yaşlı professor
5 “Kölndə hər il sərgilərim təşkil olunur”
21.07 11:37 Neft bahalaşır
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info