2017-ci il dünya iqtisadiyyatı: İKT və dağ-mədən sənayesində inkişaf olacaq
Tarix: 19.12.2016 | Saat: 20:53:00 | E-mail | Çapa göndər
Artıq 2016-cı il başa çatır və cari il dünya iqtisadiyyatında bir sıra gərginliklərlə yadda qaldı. Mütəxəssislər qarşıdan gələn 2017-ci ildə isə iqtisadiyyatın müxtəlif sektorlarında dəyişikliklərin olacağını proqnozlaşdırırlar. “Dunya.com” saytının məlumatına görə, yeni ildə bir sıra sahələrdə irəliləyişlər, bəzilərində isə geriləmələr öz əksini tapacaq.
Dünya iqtisadiyyatının kiçik addımlarla irəlilədiyi 2016-cı ildə, mərkəzi banklar iqtisadiyyata dəstək olmaq üçün aşağı faizlərə davam etdi. Hətta bir çox mərkəzi bank mənfi faizə keçdi. 2017-ci ildə dünya banklarında aşağı faizlərin davam etməsi gözlənilir. Bunun bir əksi olaraq qlobal ticarətin yeni ildə yalnız 3 faiz ətrafında böyüməsi gözlənilir.
Aşağı ölçüdə böyümə 2017-ci ildə bir çox sektorda özünü göstərəcək. Bunların arasında maliyyə sektoru, reklamdan aldığı pay azaldığı üçün media, aşağı neft qiymətlərinin yaratdığı təzyiqlə enerji sıxıntılı bir dövr keçirə bilər. Təhlükəsizlik qayğılarının artması isə müdafiə və aerokosmik xərclərini dəstəkləyəcək. Çində kinoya marağın artması əyləncə sektorunu canlandırır. İri iqtisadiyyatların özünü düzəltməsi səhiyyə sektorunu yaxşılaşdıracaq. İT proqram və xidmət sektoru da 2017-ci ildə parlaq günlər keçirəcək. Sənaye əmtəə qiymətlərində meydana gəlməsi gözlənilən artımın köməyilə mədənçilik də 2017-ci ildə işlərin yaxşı getdiyi sektorlardan olacaq.

Mega sazişlər sona çatır
Digər tərəfdən iş dünyasındakı böyük ölçüdə birləşmələr və satınalma müqavilələrinin 2017-ci ildə də yavaşlaması gözlənilir. Son 1.5 əsrdir ki, Qərb dünyasında 7 böyük birləşmə dalğası var. Bunlardan, maliyyə böhranından sonra 2012-ci ildə başlayan son dalğada dünyada 18 trilyon dollarlıq müqaviləyə imza atılıb. 2017-ci ildə isə bu dalğa üç səbəblə bağlı yavaşlayacaq. Birincisi, iri şirkətlərin birləşməsi, ikincisi, populizm razılaşmaları çətinləşdirəcək. Məsələn, İngiltərədə Baş nazir Teresa May, xaricilərin bəzi satınalma cəhdlərini məhdudlaşdıracağını söyləyib. Eləcə də qloballaşmanın yavaşlaması səbəbiylə investorlar razılaşmalar vasitəsilə çoxmillətli nəhənglər yaratmaq mövzusunda narahatlıq duya bilərlər. Amerikanın transmilli şirkətlərinin xaricdəki sərmayələrinin gəliri 2008-ci ildəki 12 faizdən 8 faizə geriləmiş vəziyyətdədir.
2017-ci ildə iqtisadiyyatın ayrı-ayrı sektorlarını nə gözləyir?

Elektrikli avtomobillərə
investisiya sürətlənəcək

Almaniyanın “Volkswagen” şirkətinin yaşadığı emissiya probleminin təsiri 2017-ci ildə də davam edəcək. Elektrikli avtomobillərə investisiya sürətlənəcək. Dünyada 2017-ci ildə minik avtomobil tələbinin 3 faiz artması gözlənildiyi halda, elektrikli avtomobil satışlarının digərlərindən 15 qat sürətli artacağı təxmin edilir. Digər avtomobillərin yanında elektrik yük maşını və avtobuslar dabazara çıxmağa hazırlanır. ABŞ-da avtomobil satışlarında artım 2 faizi keçə bilməyəcək. Çində yerli istehsalçılar bazar paylarını geri qazanmağa başlayacaq. Hindistan yenə önəmli bazarlardan olacaq. Sektorda texnoloji inkişaflar davam edir. Sürücüsüz avtomobillərlə bağlı işlər davam edəcək. “Uber” və “Volvo” 300 milyon dollarlıq bir ortaqlıq çərçivəsində sürücüsüz avtomobil istehsal edəcək, sınaqlar 2017-ci ilin sonunda başlayacaq. “Uber” 2017-ci ildə xalqa təqdim olunacaq.

Müdafiə və aviasiya
“Kəmər sıxma” proqramlarının yumşalmasından sonra qlobal müdafiə xərclərində artım meydana gələcək. Təhlükəsizlik qayğılarındakı artım da sektordakı xərcləri dəstəkləyir. “Moody `s”, gələn il bu sahədə xərclərdə artım nəzərdə tutur. Xüsusilə raket və mərmi müdafiə etmə sistemləri satışlarında illik böyümənin 5 faiz olduğu diqqət çəkir. Ucuz neft təyyarə tələbini artırır. Asiyanın gənc hava yolu şirkətlərinin yeni ildə “Airbus” və “Boeing” üçün yaxşı müştəri olması gözlənilir. “Boeing 787”-yə rəqib olacaq “Airbus”un geniş gövdəli “A330 neo” modeli 2017-ci ilin sonunda istifadədə olacaq.

Qlobal turizm xərcləri 4 faiz artacaq
2017-ci ildə qlobal turizm xərcləri 4 faiz artaraq 5 trilyon dollardan çox olacaq. Aşağı neft qiymətləri hava yolu şirkətlərinə yarayacaq. Artan rəqabət Asiyada təyyarə bileti qiymətlərini 1 faiz aşağı endirəcək. Xüsusilə Cənub-Şərqi Asiyadakı ucuz biletli hava yolu şirkətləri arasındakı rəqabət artacaq. Çinin üç böyük hava yolu şirkəti hər həftə 100 pilotu işə almaq məcburiyyətində qalacaq. Uzaqmənzilli istiqamətlərdə də rəqabət böyüyür. Avropadakı hava yolu şirkətlərinin terror səbəbiylə narahatlıqları davam edəcək.

Neftin qiyməti 54 dollar olacaq

OPEC üzvlərinin istehsalın azalmasında anlaşa bilməməsi səbəbilə qlobal təklif 2017-ci ildə artımını davam etdirəcək. Kartelin istehsalı ABŞ-ın qaya nefti inqilabının təsirini azaltsa da , 2017-ci ildə bu sahədə sabitlik gözlənilir. Avtomobil sayındakı artım və inkişaf edən iqtisadiyyatlardakı böyüməyə bağlı olaraq neft tələbi 2013-cü ildən bu yana ilk dəfə təklifi geridə buraxacaq. Brent markalı neftin orta barel qiyməti 2017-ci ildə 54 dollar olacaq. Onu da qeyd edək ki, qlobal kömür tələbi daha sakit bir dövrə girəcək.

Qida və kənd təsərrüfatı
sahəsində qiymətlər artacaq

“The Economist Intelligence Unit”in (EIU) kənd təsərrüfatı qiymət indeksi 2 faizdən aşağı yavaş bir artım göstərəcək. İnkişaf etməkdə olan ölkələrdə gəlirin artması, əhalinin çoxalması və zövqlərin dəyişməsindən qaynaqlanaraq tələb artımı qiymətləri artıracaq. 2017-ci ildə AB-də qiymətdəki 10 faiz artımla bağlı şəkər istehsalına kvota tətbiq olunacaq. AB, yenidən şəkər ixracatçısı olacaq. 2015-ci ildə bəzi kənd təsərrüfatı məhsullarında ixracat vergisini qaldıran Argentinanın buğda istehsalında 2016/17 mövsümündə 25 faiz artım qeydə alınacaq. Bu vaxt nəhəng qəhvə zənciri “Starbucks”, Asiyada 16 bazarda “Teavana” adı altında çayını satacaq. Hədəf 9,4 milyard dollarlıq Çin bazarıdır.

Səhiyyə xərcləri gələn il 4 faiz artacaq
Yenidən artmağa başlayan səhiyyə xərcləri 2017-ci ildə dünyada 4 faiz yüksələcək. Yaxın Şərq və Afrikadakı bazarların sürəti bir az azalacaq. Məsələn, Səudiyyə Ərəbistanında səhiyyə xərclərinin ÜDM-də payı 5-dən az olacaq. Dünya ortalaması 10,5 faiz Asiyada olduğu halda, Hindistan, Pakistan, Filippin, İndoneziya səhiyyə xərclərinin sürətli böyüdüyü bazarlardır.

IT Proqram və xidmətləri
Müştəri əlaqələri, çağrı mərkəzi və təklif zənciri kimi mövzulardakı proqramları ehtiva edən “iş texnologiyaları”na qoyulan xərclərdə 2017-ci ildə 9 faizlik bir sıçrayış gözlənilir. Çinin informasiya texnologiyaları (IT) və kommunikasiya bazarı ABŞ-ın ardından ikinci sırada iştirak edəcək. Mühəndislik nəhənglərinin “Sənaye 4.0” və “əşyaların interneti” üçün hazırlanması, həmçinin texnologiya nəhənglərinin “bulud” ilə xidmətlərinə uyğun hala gəlmə səyləri qazancı artıracaq. “Bulud” platformlarının yaradılması və Software as a Service (istifadəçilərin ehtiyac duyduğu proqramları “bulud” üzərində təmin edən proqram təminatı xidmətləri) IT-nin ən gəlirli sahələri olacaq. Xüsusilə “SaaS” olaraq qısaldılan proqram xidmətlərində gəlir artımının 23 faiz olması nəzərdə tutulur. Proqram sektorunda xərclər 7 faiz artaraq 640 milyard dollara yüksələcək.
Sabit telefon xətlərində itki davam edir. 2017-ci il etibariylə sabit xətlərdəki azalma 25 faizə çatacaq və abunə sayı dünyada 630 milyona enəcək. Mobil telefon abunəsi isə 4,3 milyarddan 6,4 milyarda çatacaq. İnternet istifadəçilərinin sayı 3 milyardı keçəcək. Sektor üçün inkişaf etməkdə olan ölkələrdə “mobil broadband” böyük önəm daşıyır. Şərqi Avropa və Çənub-Şərqi Asiyada 3G ağıllı telefonlar iqtisadi artımın mərkəzində yer alır. Meksika və Cənubi Afrikada 4G tenderləri həyata keçiriləcək.

Metal və dağ-mədən
sənayesini yaxşı günlər gözləyir

Aşağı əmtəə qiymətlərinin mənfi təsir etdiyi dağ-mədən şirkətlərini 2017-ci ildə daha yaxşı günlər gözləyir. EIU-nun sənaye xammal indeksi gələn il 8 faiz yüksəliş göstərəcək. Yenə metal qiymətləri partlayış etdiyi illərdən geridə qalacaq. Çünki Çinin iştahı əvvəlki qədər qabarıq deyil. Bundan qaynaqlanan tələb çatışmazlığının bir qismini Hindistan və Cənub-Şərqi Asiya bağlayacaq. Çinin polad istehsalı ehtiyacından 25 faiz artıq olacaq, lakin AB və ABŞ-ın Çin poladına tətbiq etdiyi qiymətin köməyilə polad qiymətlərində 4,5 faiz artım olacaq. 2011-ci ildəki qiymətini aşa biləcək tək sənaye metal sink olacaq. Avtomobil istehsalçılarının tələbiylə sink qiymətlərində 25 faiz artım gözlənilir.

2017-ci ildə iş dünyasının istiqamətini təyin edəcək 10 trend
1) Siyahının ilk sırasında ABŞ Mərkəz Bankının faiz hücumu gəlir.
2) Əmtəə ixracatına əsaslanan ölkələrdə pərakəndə satışlar zərbə alacaq. Ən yaxşı bazarlardan biri 2 faiz artım görüləcək Braziliyadır. Digər bir Latın Amerika ölkəsi Venesuelada satışların 25 faiz düşməsi gözlənilir.
3) İnkişaf etməkdə olan ölkə şirkətlərinin iqtisadi aktivliyi artacaq.
4) Güclənən tələb neft qiymətlərini 54 dollar səviyyəsində saxlayacaq.
5) Dünya daxilində şirkətlərin üçdə birindən çoxu 2017-ci ildə “əşyaların interneti” layihəsinə sahib olacaq.
6) Silah ticarətində ən güclü artım 5 faiz ilə mərmi satışında olacaq.
7) Hindistanın avtomobil şirkətlərinin cazibəsi artacaq. 1000 adama 21 avtomobil düşdüyü ölkənin əhəmiyyətli bir böyümə potensialı var.
8) Artan gəlir və əhali, Rusiya kimi inkişaf etməkdə olan ölkələrdə iqtisadiyyatın sabitləşməyə başlaması kənd təsərrüfatı məhsullarının qiymətlərinin yüksəlməsini təmin edəcək. Ancaq artımın 2 faizi aşması gözlənilmir.
9) Çində kinoların kassa hasilatı ABŞ-ın 10,3 milyard dollarlıq gəlirinin üzərinə çıxacaq.
10) Dünyada cib telefonun abunə sayı 6,1 milyarda yüksələcək.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.09.2017
Özbək səmimiliyi: “Siz qəzetə yazın, bizsə qəlbimizə yazırıq”
18.09.2017
Dünya əhalisinin 11 faizi aclıqdan əziyyət çəkir
14.09.2017
“Başqa dildə yazılmış ədəbiyyatımızın tərcüməsi, nəşri və təbliği milli məsələlərdən biridir”
07.09.2017
“Azərbaycan turizmdə ən çox irəliləyiş göstərən ölkələr siyahısında ikincidir”
06.09.2017
Çəltikçiliyin inkişafında yeni mərhələ: düyü ixrac edə biləcəyik

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7334

1 “İngiltərənin parlament üzvlərinin Dağlıq Qarabağ münaqişə ilə bağlı məlumatları var”
2 Prezident BMT-də Ermənistanı "işğalçı" adlandırdı
3 Özbək səmimiliyi: “Siz qəzetə yazın, bizsə qəlbimizə yazırıq”
4 Azərbaycanlı güləşçi Özbəkistanda çempion olub
5 Bakı Atatürk Liseyində yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info