Naxçıvan Dövlət Tarix Muzeyinə sakinlər tərəfindən 47 eksponat təqdim olunub
Tarix: 20.12.2016 | Saat: 11:20:00 | E-mail | Çapa göndər
Dekabrın 19-da Nehrəm kənd sakini, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyev, Ordubad rayon Nüsnüs kənd sakini Oruc Əliyev, Kəngərli rayon sakini Tünzalə Ağayeva, Şərur rayonundakı Cəlilkənd sakini Tofiq Mirzəyev tərəfindən qədim mədəniyyətimizi və tariximizi əks etdirən 10 numizmatika nümunəsi, eləcə də mis kasa, şamdan, qılınc, süngü, dolça və sair olmaqla, 47 eksponat Naxçıvan Dövlət Tarix Muzeyinə təqdim edilib.
"Şərq qapısı" xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova bildirib ki, 5 minillik tarixi olan, özündə qədim, antik və orta əsr şəhər mədəniyyətini əks etdirən, tarixin müxtəlif dövrlərində Atabəylər dövlətinin, Naxçıvan xanlığının paytaxtı olmuş qədim Naxçıvan şəhəri tarix və mədəniyyət abidələri ilə də zəngindir. Arxeoloji ekspedisiyalar zamanı tapılmış yüzlərlə gil qab, boyalı qablar, tunc heykəllər, əşyalar və bəzək nümunələri vaxtilə bu torpaqda müxtəlif mədəniyyətlərin mövcudluğunu göstərir. Nuh Peyğəmbərin qəbrinin burada olması, Gəmiqaya ərazisindəki məşhur qayaüstü rəsmlər Naxçıvanı bəşər sivilizasiyasının mühüm ocaqlarından biri kimi tanımağa imkan verir. Naxçıvan Muxtar Respublikasında 29 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir ki, burada xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 112 mindən çox maddi-mədəniyyət nümunəsi mühafizə olunaraq qorunub saxlanılır. Əgər müstəqillik illərinə qədər muxtar respublika ərazisində 13 muzey fəaliyyət göstərirdisə, müstəqillik dövrünə qədəm qoyduqdan sonra Naxçıvanın tarixini və görkəmli şəxsiyyətlərinin yaradıcılığını əks etdirən 16 muzey yaradılıb.
Vurğulanıb ki, bu gün muzeylərimizi ziyarət edənlərin sayı əhəmiyyətli dərəcədə artıb və muzey işçilərinin öhdəsinə daha böyük vəzifələr qoyulub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına əsasən muxtar respublikanın nazirlik, komitə və təşkilatlarının kollektivləri mütəşəkkilliklə muzeylərimizi ziyarət edirlər. Bundan başqa, muxtar respublikada təhsil alan tələbələrin, gənclərin, həmçinin şagirdlərin, taksi sürücülərinin muzeylərə gedişi təmin edilib. Bu ilin 10 ayı ərzində muxtar respublikanın muzeylərini 273 minə yaxın insan ziyarət edib ki, bunların arasında Azərbaycanın digər regionlarından muxtar respublikamıza gələn qonaqlar, həm də xarici vətəndaşlar olub.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muzeylərimiz üçün maddi-mədəniyyət nümunələrinin toplanması işi də diqqətdə saxlanılır və bu işdə muxtar respublika sakinləri fəallıq göstərirlər. Təkcə 2016-cı il ərzində muzeylərə 1500-ə yaxın yeni eksponat daxil olub. Xalqımızın tarixini, mədəniyyətini qorumaq, əlbəttə ki, hər birimizin borcudur.
Natəvan Qədimova maddi-mədəniyyət nümunələrini muzeyə təqdim etdiklərinə görə Akif Hacıyevə, Oruc Əliyevə, Tofiq Mirzəyevə və Tünzalə Ağayevaya təşəkkürünü bildirib, mədəniyyətimizin inkişafına göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə bütün mədəniyyət işçiləri adından minnətdarlıq edib.
Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Rəhimov vətəndaşların bu təşəbbüsünü yüksək dəyərləndirib və bu eksponatların muzeyin zənginləşməsinə xidmət etdiyini bildirib.
Eksponatları muzeyə təqdim edənlərdən Akif Hacıyev, Oruc Əliyev və Tofiq Mirzəyev çıxış edərək bildiriblər ki, bu gün muxtar respublikada maddi-mədəni irsimizin qorunub yaşadılması və gələcək nəsillərə çatdırılması sahəsində davamlı tədbirlər həyata keçirilir. Muzeylərin eksponatlarla zənginləşdirilməsi, yeni muzeylərin yaradılması sahəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən həyata keçirilən tədbirlər minnətdarlıqla qarşılanır. Hər bir vətəndaş mədəni irsimizin qorunub yaşadılması sahəsində həyata keçirilən tədbirlərə öz töhfəsini verməyə çalışır. Vətəndaşlar tərəfindən qədim məişət əşyalarının muzeylərə təqdim edilməsi də bu mənada mühüm əhəmiyyətə malikdir. Bu eksponatların muzeylərimizə verilməsi zəngin mədəni irsimizin qorunub yaşadılmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir. Muxtar respublikada maddi-mədəniyyət nümunələrinin toplanmasında bundan sonra da insanlarımız fəal iştirak edəcəklər.




 
Bölməyə aid digər xəbərlər
25.07.2017
Naxçıvan Günəş Elektrik Stansiyasının istehsal gücü artırılır
25.07.2017
“24 nömrəli avtobusun hərəkəti dəyişdirilib”
25.07.2017
Duzdağ sağlamlığını bərpa etmək istəyənlər üçün əvəzolunmaz yerdir
21.07.2017
Cocuq Mərcanlı kəndi telefon və internetlə təmin olunub
21.07.2017
Naxçıvanda 1300-dək işaxtaran işlə təmin edilib

Şərh əlavə olunmayıb



    ,    
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Elsevər Məmmədov
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6999

1 İki min müəllim birbaşa müsahibə mərhələsinə buraxılacaq
2 “20 illik kirayənişin həyatımıza son qoyuldu...”
3 Vakant müəllim yerlərinin yekun sayı açıqlanıb
4 “Prezidentlərin Soçi görüşü Azərbaycanın bölgədəki nüfuzunu bir daha göstərdi”
5 Tbilisidə azərbaycanlı müəlliflərin kitablarının təqdimatı olub
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info