“Rusiya və Türkiyə daha da yaxınlaşacaq”
Tarix: 20.12.2016 | Saat: 13:16:00 | E-mail | Çapa göndər
“Rusiyanın Türkiyədəki səfirinin qətlə yetirilməsi ilk növbədə qardaş ölkənin nüfuzuna məqsədli şəkildə vurulan zərbədir”. Bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib.
S.Alıyev bildirib ki, terrorçunun kimliyi bəllidir: “Bu terrorun Türkiyə, Rusiya və İranın xarici işlər və müdafiə nazirlərinin Moskva görüşünə bir gün qalmış törədilməsi özlüyündə hər şeyi açıq-aydın göstərir. Üç dövlət Suriya məsələsində razılığa gəlmək və ümumiyyətlə, regionda yeni bir əməkdaşlıq modeli qurmaq üçün intensiv danışıqlar aparırlar. Son zamanlar bir-birinin ardınca törədilən terror aktlarıyla sanki biriləri Türkiyəyə xəbərdarlıq edir ki, bu plan, özəlliklə də Rusiya ilə sıx əməkdaşlıq ona baha başa gələcək”.
S.Alıyevin sözlərinə görə, iki ölkə rəsmilərinin verdiyi açıqlamalardan görünür ki, həm rəsmi Moskva, həm də Ankara Rusiyanın Türkiyədəki səfirinin qətlə yetirilməsinin arxasında hansı qüvvənin dayandığını yaxşı anlayırlar və bu olay ötən ilin noyabrındakı məlum insidentdən fərqli olaraq, iki ölkə arasındakı münasibətləri daha da yaxınlaşdıracaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.10.2017
Prezident: “Məscidləri dağıdan Ermənistan heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz“
20.10.2017
Əflatun Amaşov QDİƏT komitəsinin iclasında iştirak edib
20.10.2017
“Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplərdən başqa həll variantı yoxdur”
19.10.2017
Avropa Parlamentinin sədri: “Avropa Kataloniyanın müstəqilliyini tanımayacaq“
19.10.2017
DİN inspektor-tərcüməçi və həkim vəzifələrinə işçi axtarır

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7524

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Həyat 50 yaşdan sonra başlayır”
3 “Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
4 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
5 Bələdiyyə sədri Avropa Şurasının sessiyasında iştirak edir
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info