Rusiyanın Azərbaycandakı səfirliyi bəyanat yaydı
Tarix: 20.12.2016 | Saat: 14:47:00 | E-mail | Çapa göndər
Rusiyanın Azərbaycandakı səfirliyi Ankarada səfir Andrey Karlovun öldürülməsi ilə bağlı bəyanat yayıb.
 
Bəyanatda deyilir ki, mürəkkəb bir dövrdə Rusiya-Türkiyə münasibətlərinin normallaşması prosesinə mühüm töhfə verən yüksək ixtisaslı diplomat, peşəkar və mehriban bir insan arxadan açılan atəşlə öldürülüb: “Azərbaycanda işləyərək biz istənilən an xarici siyasi məsələlərin həllində Ankaradakı həmkarlarımız və şəxsən Rusiyanın Türkiyədəki səfirindən güclü dəstək və lazımi yardım göstərmək istəyini daim hiss etmişik”.
 
Cinayətin cəzasız qalmayacağına əminliyini vurğulayan Rusiyanın Azərbaycandakı səfirliyinin kollektivi hadisədən sarsıldığını ifadə edib və öldürülən diplomatın yaxınlarına başsağlığı verib. 
 
Qeyd edək ki, ötən gün axşam Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Rusiyanın bu ölkədəki səfiri Andrey Karlov qətlə yetirilib.
 
Hadisəni törədən polis əməkdaşı Mert Altıntaş təhlükəsizlik əməkdaşları tərəfindən öldürülüb.
Tural




 
Bölməyə aid digər xəbərlər
30.05.2017
“Azərbaycanda demokratik inkişaf modeli kiminsə xoşuna gəlmək üçün seçilməyib”
30.05.2017
Əli Əhmədov: “Azərbaycan ən yüksək inkişafa nail olmuş azsaylı ölkələrdən biridir “
26.05.2017
“Serbiyanın Azərbaycanla hərtərəfli əməkdaşlığı və strateji əlaqələri uğurla inkişaf edəcək”
26.05.2017
“Çin Azərbaycanın əldə etdiyi müvəffəqiyyətlərə sevinir”
26.05.2017
Prezident Azərbaycan Xalq Cümhuriyyəti abidəsini ziyarət edib YENİLƏNİB

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
N.Ə.Əhmədova
Flora Ələsgərova
Psixoloq Fərqanə Mehmanqızı
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6579

1 “Vətəndən kənarda yaşasaq da, ölkəmizin bir nümunəsi, siması sayılırıq”
2 ADNSU-nun prorektoru Qasım Məmmədov: “Universitetimizdə ingilis dilində tədris edilən ixtisasların sayı artıb”
3 Müsabiqəyə rekord sayda vakant müəllim yeri çıxarılacaq
4 “Qarabağ həqiqətlərinin təbliği Stavropol vilayətindəki diasporumuzun diqqət mərkəzindədir”
5 “Tələbə nəzəri biliyinə görə deyil, tədqiqat işlərinə görə qiymətləndirilməlidir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info