”Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının fəaliyyəti təqdirəlayiqdir”
Tarix: 20.12.2016 | Saat: 20:25:00 | E-mail | Çapa göndər
Xəbər verildiyi kimi, bu yaxınlarda İsraildə “7+7”-Azərbaycan möcüzələri” fotosərgisi keçirilib. Azərbaycanı İsraildə tanıtmaq məqsədilə keçirilən bu sərginin təşəbbüskarı və təşkilatçısı Heydər Əliyev Fondu olub. Sərgidə Azərbaycandan da bir qrup nümayəndə heyəti iştirak edib. Səfərdə iştirak edən Qafqaz Tarixi Mərkəzinin direktoru, YUNESKO-nun dosenti Rizvan Hüseynov öz təəssüratlarını bizimlə bölüşüb. Qeyd edək ki, nümayəndə heyəti öncə Türkiyəyə, oradan isə İsrailə səfər edib.
Rizvan Hüseynov bildirdi ki, Türkiyədə öncə Azərbaycanda çəkilən “Xüsusi təyinatlı İbad” filminin təqdimatında iştirak ediblər: “Daha sonra Türkiyədə Prezident Sarayında görüşlər keçirildi. Bizi Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu qəbul etdi. O, vətənpərvərlik mövzusuna böyük önəm verir. Əsas məqsəd Türkiyə ilə Azərbaycan arasında mədəni əlaqələrin vətənpərvərlik üzrə istiqamətini inkişaf etdirməkdir. Daha sonra hakim partiyanın deputatları ilə görüşdük və onlar tərəfindən mükafatlarla təltif olunduq”.

“İsraildəki məmurlar Azərbaycanın strateji mövqeyini bilirlər”

Sonra Rizvan Hüseynov, Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı" ordeni kavaleri İbad Hüseynli və jurnalist Gülşən Behbud İsrailə yollanıblar. Orda da, qeyd etdiyimiz kimi, İsrailin Tirat Karmel şəhərində Heydər Əliyev Fondunun təşkilati dəstəyi ilə keçirilən “7+7”- Azərbaycan möcüzələri” adlı sərgiyə qatılıblar. Bu sərgidə İsrailin bir çox rəsmi nümayəndələri iştirak ediblər. Rizvan Hüseynov bildirdi ki, orda Azərbaycanla bağlı tanıtım çıxışları ediblər.
Onun sözlərinə görə, İsraildə böyük Azərbaycan icması fəaliyyət göstərir: “4 gün ərzində İsrailin 10-dan çox şəhərində mer və ya mer müavini səviyyəsində qəbul olunduq. Həmçinin Knessetdə İsrail parlamentinin deputatları, bələdiyyə sədrləri, ictimaiyyət nümayəndələri ilə çoxsaylı görüşlər keçirdik. Eyni zamanda din xadimləri ilə görüşlərimiz oldu. Səfər çərçivəsində müqəddəs yerlərə də baş çəkdik. Onların marağı odur ki, Azərbaycan-İsrail əlaqələri daha da inkişaf etsin. Ona görə ki, çox qədimdən iki ölkənin münasibəti var. Biz getdiyimiz yerlərdə Azərbaycandan gedən və orda vəzifədə işləyən həmyerlilərimizi gördük. Hətta biz gördük ki, Yerusəlim kimi şəhərdə azərbaycanlıların mövqeyi çox möhkəmdir”.
Əksər İsrail məmurlarının Azərbaycanı tanımaları Rizvan Hüseynovun daha çox diqqətini çəkib: “İsraildəki məmurlar çox dəqiq şəkildə Azərbaycanın strateji mövqeyini, tarixini, Qarabağ problemini, məişətini və s. bilirlər. Onlar anlayırlar ki, Azərbaycanla strateji münasibətlər inkişaf etməlidir. Azərbaycan adı gələndə çox yaxın, dost ölkə kimi bizi tanıyırlar və Azərbaycanla hərtərəfli münasibətlərini inkişaf etdirməkdə açıqdırlar. Onlar təklif etdilər ki, dini liderləri Azərbaycana gəlmək istəyirlər. Həmçinin bir neçə İsrail şəhəri Azərbaycan şəhərləri ilə qardaşlaşmaq memorandumu imzalayıb. Bu şəhərlərin sayını artırmaq istəyirlər”.

“İsraildə Azərbaycan səfirliyinin yoxluğu hiss olunmur”

Rizvan Hüseynov iki ölkə arasında münasibətlərin inkişafı, ölkəmizin orada tanınmasında Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (Azİz) fəaliyyətini xüsusi vurğuladı: “Orada Azİz-in çox böyük hörməti var. Azİz-in nümayəndəlikləri, demək olar ki, İsrailin bütün şəhərlərində fəaliyyət göstərir. Çox operativ şəkildə bütün məsələləri həll edirlər. Bilirik ki, İsraildə Azərbaycan səfirliyi yoxdur. Amma bu, heç də hiss olunmur. Çünki Azİz təşkilatı sanki Azərbaycanının İsraildə səfirliyidir.
Mən Azİz-in sədri Lev Spivaka, eyni zamanda bizim səfərin “döyünən ürəyi”, Azİz-in İdarə Heyətinin üzvü, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salmana xüsusi təşəkkür edirəm. O, bir ana kimi bizə hərtərəfli qayğı göstərdi və elə bir şərait yaratdı ki, səfərimiz uğurlu olsun. Bununla yanaşı, Şolumi Mərkəzinin rəhbəri ŞaulSimantov və İsrailin Miqrasiya Nazirliyinin azərbaycanlı işçisi Rauf Ağalarova da bizə göstərdiyi dəstəyə görə təşəkkür edirəm”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
19.02.2018
“Gənclər təkcə təhsilə deyil, ictimai işlərə də zaman ayırmalıdırlar”
15.02.2018
“Azərbaycan dili imperiya dilləri ilə rəqabətə girəsi dildir”
15.02.2018
“Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
14.02.2018
Buludxan Xəlilov: “Ədəbiyyat cəmiyyəti öz arxasınca aparmalıdır”
14.02.2018
“Meşələrdə yanğınların baş verməməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir”

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8455

1 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
2 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
3 “Gənclər təkcə təhsilə deyil, ictimai işlərə də zaman ayırmalıdırlar”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 «ArmenianReport»: ”Yaxın vaxtlarda Ermənistanın dövlət borcu 7 milyard dolları ötəcək”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info