“İrana dəfələrlə müraciət edilsə də, Azərbaycana uzaq mənzilli raketlər satılmasına müsbət baxılmayıb”
Tarix: 20.12.2016 | Saat: 21:10:00 | E-mail | Çapa göndər
“Azərbaycan-İsrail əlaqələri ikitərəfli xarakter daşıyır və heç bir dövlətlə münasibətlərə xələl gətirmir”. Bunu APA-ya açıqlamasında millət vəkili, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasiminin İsrail baş naziri Binyamin Netenyahunun Azərbaycana səfərinə mənfi münasibət bildirməsini şərh edərkən deyib.
Millət vəkili deyib ki, Azərbaycan İsrail əlaqələri qarşılıqlı maraqlara söykənir və ikitərəfli xarakter daşıyır: “Bu iki ölkə arasında qarşılıqlı-faydalı münasibətlər eyni zamanda dünyada və regionda sülhün, əmin-amanlığın möhkəmlənməsinə xidmət edir. Azərbaycan və İsrail etibarlı hərbi tərəfdaşlıq münasibətlərinə malikdir. Azərbaycanın silah sənayesinin formalaşmasında və ordumuzun müasir silahlarla təchiz edilməsində İsrail əhəmiyyətli müttəfiq kimi mühüm rol oynayır. Halbuki İran tərəfinə dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, bu günə kimi Azərbaycana uzaq mənzilli raketlər satılması məsələsinə müsbət baxılmayıb”. E. Nəsirov qeyd edib ki, Azərbaycan İsrailin enerji məhsulları ilə təminatında etibarlı tərəfdaş kimi çıxış edir: “İsrail idxal etdiyi neftin 40 faizini Azərbaycandan alır. İsraillə yaxşı münasibətlər Azərbaycana beynəlxalq arenada da kömək edir. Belə ki, dünya miqyasında tanınan yəhudi lobbi təşkilatları qlobal müstəvidə Azərbaycanın maraqlarının təmin olunması üçün səy göstərir. Azərbaycan-İsrail əməkdaşlığının yüksələn xətt üzrə inkişafında azərbaycanlılarla yəhudilər arasında tarixən mövcud olan güclü münasibətlərin də böyük rolu var. Hazırda Azərbaycanda çoxminli yəhudi icması, İsraildə isə on minlərlə Azərbaycan əsilli yəhudi yaşayır. Azərbaycanlılar ölkədə yaşayan yəhudilərə heç zaman özgə kimi baxmayıblar, yəhudilər də Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynayıblar. Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri yəhudi əsilli şəxs olub. Azərbaycan əsilli İsrail vətəndaşları hazırda iki ölkə arasında iqtisadi münasibətlərin inkişafına mühüm töhfə verirlər. Azərbaycanın İsraillə yaxın əlaqələri digər müsəlman dövlətləri üçün də model ola bilər. Azərbaycan-İsrail əlaqələri ikitərəfli xarakter daşıyır və heç bir dövlətlə münasibətlərə xələl gətirmir. Ölkəmiz eyni zamanda Azərbaycan-İsrail dialoquna Fələstin məsələsini qaldırmaq üçün bir platforma, imkan kimi baxır. Onu da xatırladım ki, 2012-ci ildə Azərbaycan BMT Baş Məclisində Fələstinə daimi müşahidəçi statusu verilməsinin lehinə səs verib. Fələstinin Azərbaycandakı səfirliyi də Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilir”.




 
Bölməyə aid digər xəbərlər
26.05.2017
“Dünyadakı vəziyyət nəzarətdən çıxa bilər”
26.05.2017
Tramp: “Azərbaycan ABŞ-ın dəyərli tərəfdaşıdır”
26.05.2017
Meksikada Respublika Günü qeyd edilib 
26.05.2017
“Azərbaycan öz təcrübəsini beynəlxalq səviyyədə bölüşür”
25.05.2017
Anna Finoççiaro: “TAP qaz boru kəməri İtaliya üçün strateji əhəmiyyət kəsb edir”

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
N.Ə.Əhmədova
Flora Ələsgərova
Psixoloq Fərqanə Mehmanqızı
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6579

1 “Vətəndən kənarda yaşasaq da, ölkəmizin bir nümunəsi, siması sayılırıq”
2 ADNSU-nun prorektoru Qasım Məmmədov: “Universitetimizdə ingilis dilində tədris edilən ixtisasların sayı artıb”
3 Müsabiqəyə rekord sayda vakant müəllim yeri çıxarılacaq
4 “Qarabağ həqiqətlərinin təbliği Stavropol vilayətindəki diasporumuzun diqqət mərkəzindədir”
5 “Tələbə nəzəri biliyinə görə deyil, tədqiqat işlərinə görə qiymətləndirilməlidir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info