Görkəmli alim Arif Mehdiyev son mənzilə yola salınıb
Tarix: 20.12.2016 | Saat: 21:12:00 | E-mail | Çapa göndər
Tanınmış alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, Əməkdar elm xadimi, dövlət mükafatı laureatı, Prezident yanında Ali Attestasiya Komissiyasının sədri, fizika-riyaziyyat elmləri doktoru, professor Arif Mehdiyev son mənzilə yola salınıb. Vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Alimin tabutu önünə Prezidentin adından əklil qoyulub. Akademik Arif Mehdiyevin həmkarları, dostları, tanışları, tanınmış elm və mədəniyyət xadimləri axın-axın akademiyanın binasına gəlib, görkəmli alimə və gözəl insana son borclarını veriblər. Matəm mitinqini AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verdiyini bildirib. Akademik A.Əlizadə ölkəmizdə informatika sahəsində mühüm xidmətləri olan görkəmli alim, akademik Arif Mehdiyevin səmərəli elmi fəaliyyətindən, Azərbaycan fizika elminin inkişafına verdiyi töhfələrdən söz açıb. Bildirilib ki, əmək fəaliyyətinə 1957-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda başlayan A.Mehdiyevin elmi araşdırmaları yarımkeçiricilər fizikası və kosmik informasiya sahəsi ilə sıx bağlı olub, onun bu sahədə yeni texnologiyaların yaradılması və elmi konsepsiyaların formalaşmasında xidmətləri təqdirəlayiqdir. Alimin tədqiqatları elmdə yeni istiqamət olan kosmik informatikanın formalaşması və inkişafına xüsusi töhfələr verib. Hələ ötən əsrin 70-ci illərində ölkəmizdə fizika sahəsinin inkişafında Arif Mehdiyevin mühüm xidmətləri olub, alim bu sahədə məktəb yaradıb. Akademik A.Mehdiyev 1973-cü ildən etibarən Azərbaycan Elmlər Akademiyasının sonralar Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutuna çevrilmiş “Xəzər” Elmi Mərkəzində direktorun elmi işlər üzrə müavini vəzifəsində işləyib. 1979-cu ildə o, həmin Mərkəzin əsasında yaradılmış Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunda baş direktorun birinci müavini vəzifəsinə təyin edilib. A.Mehdiyev Birliyin bazasında yaradılmış Azərbaycan Milli Aerokosmik Agentliyinin ilk baş direktoru olub. Qeyd olunub ki, A.Mehdiyev Yer kürəsinin kosmosdan müxtəlif texniki vasitələrlə öyrənilməsinə dair fundamental əsərlərin müəllifidir. Onun rəhbərliyi ilə aerokosmik informasiyasının alınması, çevrilməsi, ötürülməsi, emal olunması və təqdimatı sahəsində uzun illər ərzində elmi-tədqiqat və layihələndirmə işləri aparılıb. Alim bir sıra aerokosmik eksperimentlərin təşkilatçısı və elmi rəhbəri olub. AMEA-nın rəhbəri vurğulayıb ki, akademik A.Mehdiyev 2002-ci ildən ömrünün sonunadək Prezident yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsində çalışıb. Elmi və elmi-təşkilati fəaliyyəti daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilən A.Mehdiyev Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib. Tanınmış alim və pedaqoq, bacarıqlı elm təşkilatçısı və səmimi insan A.Mehdiyevin zəngin elmi irsi daim yaşayacaq, xalqımıza, elmimizə xidmət edəcək, nəsillərdən-nəsillərə ötürüləcək. Vida mərasimində akademiklər İsa Həbibbəyli, Urxan Ələkbərov, Telman Əliyev, Cavad Abdinov və rusiyalı akademik Roald Saqdeyev alimlə bağlı xatirələrini bölüşüb, onun zəngin elmi fəaliyyətindən, yüksək mənəvi keyfiyyətlərindən danışıblar. Mərhumun ailəsi adından çıxış edən Ülvi Mehdiyev alimin xatirəsinə göstərilən hörmət və ehtirama görə Prezidentə minnətdarlığını bildirib. Sonra görkəmli alimin cənazəsi son mənzilə yola salınıb. Mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb. Allah rəhmət eləsin!




 
Bölməyə aid digər xəbərlər
19.05.2017
AMEA Türkiyənin Səlcuq Universiteti ilə memorandum imzalayıb
19.05.2017
150 ölkənin alimi UNEC-də toplaşıb
19.05.2017
Şamaxıda tədbir keçirilib
19.05.2017
Səfir Naxçıvanın mədəniyyət və tarixi abidələri ilə tanış olub
18.05.2017
Mətbuat Şurası KİVDF Müşahidə Şurasına namizədlərini müəyyənləşdirib

Şərh əlavə olunmayıb



    ,    
Flora Ələsgərova
Psixoloq Fərqanə Mehmanqızı
Mahmud Əyyub
Elsevər Məmmədov
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6510

1 İzmirdəki azərbaycanlıların qüruru olan Kamal Alganer çempion olub
2 Diaspor üzvü “İgidlik və Cəsarət” Ordeni ilə təltif olunub
3 Jurnalistlərə mənzillərin verilməsinin qaydaları və şərtləri açıqlanıb
4 “Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına məsuliyyətlə hazırlaşıb”
5 “Niderlandlı iş adamlarının ölkəmizə sərmayə yatırmaq istəkləri var ”
22.05 19:56 Lahmacun
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info