Beyləqanda “Ağıllı tədris otağı” layihəsinin açılış mərasimi keçirilib
Tarix: 21.12.2016 | Saat: 14:28:00 | E-mail | Çapa göndər
Beyləqan şəhər Təbiət və humanitar fənlər liseyində “Ağıllı tədris otağı” layihəsi çərçivəsində İKT avadanlığı ilə təmin olunmuş tədris otağının açılış mərasimi keçirilib.
Mərasimdə Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev, Milli Məclisin deputatı Şahin İsmayılov və bir sıra rayon rəsmiləri iştirak ediblər.
Təbiət və humanitar fənlər liseyində yaradılmış tədris otağı 20 planşet, 1 proyektor, 1 noutbuk və 1 smart lövhə ilə təchiz olunub. Ağıllı tədris otağında dərs deyən müəllimlər yeni “Ağıllı tədris otağı” modeli üzrə təlimdən keçib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İT-in İnkişafı Dövlət Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində təqdim olunan avadanlıq müvafiq proqramlar ilə təmin edilib. Bununla yanaşı təqdim olunmuş elektron versiya əsasında şagirlər üçün nümunə kimi bir sıra fənlərin rəqəmsal dərsliyi və elektron məzmun hazırlanıb.
Tədbirdə çıxış edən Beyləqan rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev layihəni təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə müasir texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Həmçinin, çıxış edən Milli Məclisin deputatı Şahin İsmayılov layihənin fərqləndirici xüsusiyyətləri haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, belə sinifdə dərs vəsaiti kimi bir sıra proqramlardan istifadə olunur. Bu proqramlarla şagirdlərin interaktiv tədris prosesinə marağı artır, dərs zamanı müəllim və şagirdlərə yaradıcılıq imkanları təmin edən proqram həllləri təqdim olunur. Bu proqram həm də müəllimə sinfi, dərs prosesini, şagirdlərlə qarşılıqlı ünsiyyəti daha dəqiq və rahat idarə etmə imkanını verir.




 
Bölməyə aid digər xəbərlər
22.09.2017
UNEC-in Zaqatala filialının tələbələri Aİ haqqında məlumatlandırılıb
22.09.2017
Qubada yeni məktəb binası istifadəyə verilib
22.09.2017
Vüsal Quliyev: “Azərbaycan cəmiyyətini QHT-lərsiz təsəvvür etmək mümkün deyil”
22.09.2017
Gələn ay Alma bayramı və Xalça festivalı keçiriləcək
22.09.2017
Naxçıvanın qaz təsərrüfatı yaxşılaşdırılır

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7346

1 “İngiltərənin parlament üzvlərinin Dağlıq Qarabağ münaqişə ilə bağlı məlumatları var”
2 Xarəzm və Xivə əhalisinin ləhcəsi Azərbaycan dilinə çox yaxındır
3 Özbək səmimiliyi: “Siz qəzetə yazın, bizsə qəlbimizə yazırıq”
4 Prezident BMT-də Ermənistanı "işğalçı" adlandırdı
5 Sumqayıtda SOCAR-ın bir sıra obyektləri istifadəyə verilib
22.09 20:10 Badamlı peçenye
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info