Vüqar Abbasov: “Yerli Niderland parlamentinə və mətbuatına müraciətlər etməyi düşünürük“
Tarix: 21.12.2016 | Saat: 16:06:00 | E-mail | Çapa göndər
Vim van Embden: “Marağı olan Niderland şirkətlərini Azərbaycanla birgə iş görməyə həvəsləndirə, inandıra bilərik” 

Niderlandda fəaliyyət göstərən Connect təşkilatının əsas məqsədlərindən biri də Niderland və Azərbaycan iş adamları arasında əlaqələrin yaradılmasına, güclənməsinə nail olmaqdır. Təşkilat bunun üçün hansı addımları atır? Bu istiqamətdə nəyə nail olub?
Bu və digər bu kimi suallara cavab almaq üçün təşkilatın sədri, həmyerlimiz Vüqar Abbasov və təşkilatın katibi Vim van Embdenlə əlaqə saxladıq.
- İlk sualım ümumi xarakterlidir. Təşkilatınızın işləri necə gedir?
Vüqar Abbasov:
- İşlər qaydasında, öz axarı ilə gedir. Noyabr ayının dördündə Niderlandda Azərbaycanı yerli insanlara daha da yaxşı tanıtmaq məqsədilə tədbir keçirtdik. Tədbirə yerli bələdiyyə başçısı, iş adamları və çoxsaylı niderlandlılar qatılmışdılar. Hazırda gələcək planlar üzərində işləyirik. Gələcəkdə yerli Niderland parlamentinə, mətbuatına müraciətlər etməyi düşünürük. Bəzi planlarımız var ki, həyata keçməmiş onlar barədə danışmaq istəmirik.
- Təşkilatınızın əsas məqsədlərindən biri də, bizim bildiyimizə görə, iki ölkənin iş adamları arasında əlaqələrin yaradılmasına nail olmaqdır.
Vüqar Abbasov:
- Bəli, doğru qeyd etdiniz, bu bizim əsas məqsədlərimizdən biridir. Hesab edirik ki, hər iki ölkədə bunun üçün lazımi imkanlar var. Qalır ki, qarşılıqlı istək olsun. Biz də hazırda bu istəyin nə qədər olmasını araşdırmaqdayıq.
Vim:
- Bizim bildiyimiz qədər Azərbaycanda bir neçə Niderland şirkəti fəaliyyət göstərir. Bu da bizə deməyə əsas verir ki, biz də marağı olan Niderland şirkətlərini Azərbaycanla birgə iş görməyə həvəsləndirə, inandıra bilərik. Bu günlərdə yerli şirkətlərdən biri, kifayət qədər tanınmış bir şirkətlə görüşümüz var. Baxaq görək, onlar bizim təkliflərimizə nə deyəcəklər və ümumiyyətlə bu barədə düşüncələri nədir. Ancaq bizim məktublarımıza reaksiyaların verilməsi ilkin istəyin olmasından xəbər verir. Ancaq açığını deyim ki, Azərbaycan tərəfə göndərdiyimiz məktublara heç də həmişə müsbət cavab almırıq, yaxud da bir çox halda heç cavab verməyi də lazım bilmirlər. Bura həm dövlət qurumları, həm də ayrı-ayrı şirkətlər daxildir.
- Belə başa düşürəm ki, Azərbaycan tərəfinə çoxsaylı müraciətlər göndərmisiniz.
Vüqar Abbasov:
Düzdür, bu cür müraciətlərimiz olub. Ancaq bu müraciətlər çoxdurmu, azdırmı deyə bilmərəm (gülümsəyir). Ona görə ki, “çox” və ”az” yanaşmalara görə dəyişə bilər. Həm də göndərilən məktublar düzgün ünvana, daha doğrusu cavabdeh şəxsə çatırmı, yoxsa yox, bu da başqa söhbətin mövzusudur.
Vim:
- Mən bu məsələdə Vüqarla bir o qədər də razılaşa bilmirəm, xüsusən onun fikrinin ikinci hissəsi ilə. Biz məktubları göndərdiyimiz qurumların internet səhifələrindən əldə etmişik. Elə hesab edirəm ki, hər hansı bir şirkətə, təşkilata bizim göndərdiyimiz məzmunda məktub göndərilirsə, məktubu alan şəxs rəhbərliyinə, qərar vermək imkanında olan şəxsə bu barədə məlumat verməlidir. Əgər bunu etmirsə bu, düzgün deyil. Bizim təkliflərimiz sırf işgüzar anlamdadır. Hər iki tərəfin iş adamları üçün bizim qapımız açıqdır. Deyək ki, kimsə gəlib Niderlandda iş görmək, burada restoran, dükan açmaq istəyir, buyursun müraciət etsin. Yaxud da kimsə burada, Niderlandda istehsal olunan hər hansı məhsulu Azərbaycan bazarına təklif etmək istəyir və s. Yenə də bizə müraciət edə bilər. Hazırda bir neçə belə müraciətin üzərində çalışırıq, ancaq bunu kifayət hesab etmirik. Hədəflərimiz böyükdür və çalışacağıq ki, buna nail olaq. Ancaq təkrar qeyd etmək istəyirəm ki, bu tək bizdən asılı deyil, qarşı tərəflərin də müvafiq istəyi olmalıdır. Niderland tərəfdə bizim imkanlarımız genişdir və biz “yox sözü bizdə yoxdur” şüarı ilə çalışmağa çalışırıq. Bu o deməkdir ki, bizə müraciət edən hər kəs, şirkət və s. mütləq bizdən müsbət cavab alacaq.
- Hazırda sizə olan müraciətlər yetərincədirmi?
Vüqar Abbasov:
- (Gülümsəyir) Biz elə bir işlə məşğuluq ki, müraciət nə qədər çox olsa da yetərincə adlandıra bilmərəm. Təkrar qeyd etmək istəyirəm ki, daha çox müraciətə cavab verəcək gücdəyik. Bəzən deyirlər ki, nahaq bu işlərlə məşğulsunuz, uğursuzluğa düçar ola bilərsiniz. Mən hər zaman Çörçilin bir sözünü misal gətirirəm. O, deyir ki, uğura o vaxt çata bilərsən ki, qarşılaşdığın uğursuzluq səni həvəsdən salmasın. Hələlik biz həvəsliyik və iş adamlarının arasında yarada biləcəyimiz hər hansı bir əlaqə bizi daha da həvəsləndirəcək. Yeri gəlmişkən, fürsətdən istifadə edərək Azərbaycandakı iş adamlarına, bu müsahibəni oxuyanlara müraciət etmək istəyirəm ki, əgər onları maraqlandıran bir məsələ varsa çəkinmədən stichtingconnect@gmail.com və yaxud mənim şəxsi emailim vasitəsilə, vugarabbasov@hotmail.com bizimlə əlaqə saxlaya bilərlər. Bir daha qeyd edirəm ki, çox təkliflər vermək olar ki, hazırda insanlarımız ondan faydalana bilər. Məsələn, alternatif enerji istehsal edən panellər, deyək ki, günəş enerjisi ilə işləyən işıqlandırma sistemləri və s. Bir sözlə, Niderlanddan kənd təsərrüfatı mallarından tutmuş nanotexnologiyaya qədər bir çox məhsulları ölkəmizə göndərmək mümkündür. Eyni zamanda, iki ölkənin iş adamlarının görüşlərini, birgə müəssələrin yaradılmasını və s. təşkil edə bilərik.


Fuad




 
Bölməyə aid digər xəbərlər
24.04.2017
ABŞ-dakı azərbaycanlı şagird yaşlı diaspor üzvlərinə çağırış etdi
24.04.2017
BANM-in müəllimi: “Məzunlarımız BANM-in adını hər zaman layiqincə yaşadacaqlar”
21.04.2017
İctimai səhiyyə üzrə bakalavr təhsili alan ilk azərbaycanlı
18.04.2017
Azərbaycanı tanıdan albaniyalı tarixçi
17.04.2017
Ədəbi tənqid gələcəklə bağlı elmdir

Şərh əlavə olunmayıb



    ,    
Psixoloq Fərqanə Mehmanqızı
Mahmud Əyyub
Elsevər Məmmədov
Rauf Qərib Alagöz
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6294

1 Bakı Mühəndislik Universitetində YAP-ın təsis konfransı keçirilib
2 Albert Aqarunovun xatirəsinə həsr olunan Karate–Do üzrə çempionat keçirilib
3 Suraxanıda Milli Qəhrəman Albert Aqarunovun xatirə lövhəsi açılıb
4 ABŞ-dakı azərbaycanlı şagird yaşlı diaspor üzvlərinə çağırış etdi
5 Azərbaycan məhsullarının xarici KİV-lərdə təbliğində diasporun rolu
28.04 13:16 Neft bahalaşıb
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info