Muxtar respublikada muzey bələdçiləri üçün seminar-treninqlər davam etdirilir
Tarix: 21.12.2016 | Saat: 17:19:00 | E-mail | Çapa göndər
Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində muzey bələdçiləri üçün keçirilən seminar-treninqdə bələdçilərin davranış qaydaları barədə ətraflı söhbət açılıb.
AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi muzey bələdçilərinin fəaliyyətini stimullaşdırmaq, onların peşə hazırlığını yüksəltmək, ekskursiya işinin təşkili ilə əlaqədar mövcud nöqsan və çatışmazlıqları aradan qaldırmaq, eyni zamanda, muzeylər arasında qarşılıqlı əlaqələrin inkişafına kömək göstərməkdən ibarətdir.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Məmiyeva qeyd edib ki, seminar-treninqlər ötən ildən başlayaraq muxtar respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən muzeylərdə keçirilir. Bu tədbirlər muzey bələdçilərinin nəzəri biliklərinin artırılmasına müsbət təsir göstərir.
Tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olduqdan sonra onlara bələdçi mətninə və bələdçinin etik davranış qaydalarına dair metodik tövsiyələr verilib.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında muxtar respublikaya 368 min 845 nəfər turist gəlib. Bu da 2015-ci ilin müvafiq dövründəki göstəricidən 4,9 faiz və ya 17 min 248 nəfər çoxdur. Qədim diyara turist axınının artması mədəniyyət müəssisələrinin fəaliyyətini daha da yaxşılaşdırmasını və iş prinsiplərinin müasir dövrün tələbləri çərçivəsində qurulmasını gündəmə gətirir. Muzey bələdçiləri üçün keçirilən seminar-treninqlər bu istiqamətdə görülən tədbirlərin tərkib hissəsidir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.02.2017
Naxçıvan-İslam Mədəniyyətinin incisi
20.02.2017
Universitet əməkdaşları Naxçıvan Dövlət Tarix Muzeyində
20.02.2017
Salyanda quşçuluq təsərrüfatında yumurta da istehsal olunacaq
20.02.2017
Naxçıvanda yeni mis və molibden yataqları aşkarlanıb
17.02.2017
“Kaspi”- maarifçilik meydanı” kitabının təqdimatı olub

Şərh əlavə olunmayıb



    ,    
Azər Allahverdiyev
Aydan Abdullayeva
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5512

1 “İzmirdəki QHT-lərimiz Qarabağ mövzusunu bacardıqları qədər gündəmdə saxlayırlar”
2 “Macarıstan heç də hamının xəyalında qurduğu Avropa ölkəsi deyil”
3 “Gəncə gəncləri İslam Həmrəyliyi Oyunlarına öz töhfələrini verəcəklər”
4 Rufiz Qonaqov Türkiyənin Azərbaycandakı səfiri görüşüb
5 “Qafqaz Gənclər Evi” platforması üzərində işləyirik”
20.02 12:27 Yazın ilk çiçəyi
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info