Qərb terrora qarşıdırmı?
Tarix: 21.12.2016 | Saat: 20:02:00 | E-mail | Çapa göndər
“Libre Belgique” nəşri: “2015-2016-ı maliyyə ilində Belçika banklarındakı hesablardan terrorçuların fəaliyyətinin dəstəklənməsinə 10 milyon avroya qədər vəsait yönəldilib”

Dünyanı bürüyən terror dalğası hər gün onlarla insanı canını alır. Terror aktlarının sayı o qədər artıb ki, artıq dünya terrorla yaşamağa öyrəşib, ya da öyrəşdiriblər. Elə qardaş Türkiyədə baş verən qanlı olaylar terrorun indiki mahiyyətini anlamaq üçün yetərlidir. Müəyyən güc mərkəzləri Türkiyəni öz maraqlarına tabe etmək üçün qanlı yola əl atıblar.
PKK terrorlarının sayının artması, “İŞİD” silahlılarının Türkiyədə həyata keçirdiyi ardıcıl terror aktlarının arxasında onlara dəstək verən siyasi güclər dayanır. Yəni, Türkiyədə yaşanan və artıq gündəlik baş verən olaya çevrilən terror aktları təsadüfü, lokal xarakterli deyil. 15 iyul dövlət çevrilişi də daxil olmaqla baş verən hadisələrin analizi göstərir ki, rəsmi Ankaranın siyasəti artıq başda ABŞ olmaqla Qərbi narahat edir. Qərbin Suriyada həyata keçirdiyi plan Türkiyənin maraqlarına uyğun deyil. Ona görə də bu gün Türkiyə ordusu Suriya ərazisində əməliyyat həyata keçirir. Və təəssüf ki, Türkiyə ordusu dünən Suriyada “İŞİD”in hücumuna məruz qalıb, ölən və yaralanan əsgərlər var. Ssenari davam edir. Türkiyənin Suriya siyasəti, Rusiya ilə yaxınlaşma, “Türk axını” kimi layihələr Qərbi narahat etdiyi üçün bu gün qardaş dövlət terrorla savaşır. Təyyarənin vurulması ilə Rusiya və Türkiyə az qala müharibə həddinə çatmışdı. Amma sonradan baş verən dövlət çevrilişi cəhdi Ankara və Moskvanı məsələyə bir qədər soyuq başla yanaşmağa vadar etdi. Məlum oldu ki, Qərb Rusiyanın Türkiyə ilə yaxınlaşmasını istəmir. Suriyada Türkiyəni, maraqlarını saya saymayan ABŞ-dan fərqli olaraq Moskva bu məsələdə Ankaraya loyal münasibət ortaya qoyur. Son Hələb razılaşması, Suriya ərazisində əməliyyatlara verilən razılıq da bunu təsdiqləyir. Bu yaxınlaşma Türkiyənin qanlı terror olayları yaşamasına, Rusiya səfirinin qətlə yetirilməsi səviyyəsinə qədər irəliləyib. Elə səfiri qətlə yetirən FETO-çunun NATO hərbçilərinin istifadə etdiyi tapançadan istifadə etməsi də, kələfin ucunun harada olduğunu anlamaq üçün yetərlidir. PKK-nın bu qədər asanlıqla terror aktları həyata keçirməsi, “İŞİD” terror təşkilatının həm texniki, həm, maliyyə, həm də informasiya təminatı baxımından yüksək səviyyədə olması onların arxasında böyük güclərin dayanmasına şübhə yeri qoymur. Avropa dövlətlərinin terrora verdikləri gizli dəstək əvvəl-axır onların öz başında da sınacaq. Avropa dövlətləri bütün halda terrora dəstək vermədiklərini iddia edirlər. Hərçənd özlərinin də terror təşkilatı kimi tanıdığı PKK nümayəndələri Avropa Parlamentinə də, Bundestaqa da rahat şəkildə daxil ola bilirlər. Belçikanın “Libre Belgique” nəşrində çap edilən məqalə Avropa dövlətlərinin terrora hansı formada dəstək verdiyini təsdiqləyir. Deməli, “Libre Belgique” nəşri yazır ki, 2015-2016-ı maliyyə ilində Belçika banklarındakı hesablardan terrorçuların fəaliyyətinin dəstəklənməsinə 10 milyon avroya qədər vəsait yönəldilib. Nəşr bu xəbəri çirkli pulların yuyulmasına qarşı mübarizə aparan dövlət orqanına istinad edərək yayıb. Məlumatda o da vurğulanır ki, qeyd edilən vəsait 2011-ci illə müqayisədə 5 dəfə çoxdur. “2015-2016-cı maliyyə ili ilə bağlı aparılan yoxlamalar nəticəsində müəyyən olunub ki, minimum 400 bank hesabından terrorçuların fəaliyyətinin dəstəklənməsinə vəsait yönəldilib”- deyə məlumatda qeyd edilir. İndi bu məlumatdan sonra Avropa dövlətlərinin terrora qarşı mübarizəsinə necə inanasan?
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2017
Özbək səmimiliyi: “Siz qəzetə yazın, bizsə qəlbimizə yazırıq”
18.09.2017
Dünya əhalisinin 11 faizi aclıqdan əziyyət çəkir
14.09.2017
“Başqa dildə yazılmış ədəbiyyatımızın tərcüməsi, nəşri və təbliği milli məsələlərdən biridir”
07.09.2017
“Azərbaycan turizmdə ən çox irəliləyiş göstərən ölkələr siyahısında ikincidir”
06.09.2017
Çəltikçiliyin inkişafında yeni mərhələ: düyü ixrac edə biləcəyik

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7334

1 “İngiltərənin parlament üzvlərinin Dağlıq Qarabağ münaqişə ilə bağlı məlumatları var”
2 Prezident BMT-də Ermənistanı "işğalçı" adlandırdı
3 Özbək səmimiliyi: “Siz qəzetə yazın, bizsə qəlbimizə yazırıq”
4 Azərbaycanlı güləşçi Özbəkistanda çempion olub
5 Bakı Atatürk Liseyində yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info