ABŞ son 45 ildə yaponlara ən böyük torpaq sahəsini qaytarır
Tarix: 21.12.2016 | Saat: 20:12:00 | E-mail | Çapa göndər
ABŞ silahlı qüvvələri hərbi təlimlər üçün istifadə etdiyi ərazini Yaponiyaya qaytarmağa hazır olduğunu bildirib. “Kyodo” agentliyinin yaydığı məlumata görə, bu münasibətlə xüsusi mərasim keçiriləcək. Yaponiyaya qaytarılacaq ümumi ərazi dörd min hektara bərabərdir.
Bu, 1972-ci ildə Okinava adası yaponların tabeliyinə qaytarıldıqdan sonra ABŞ-ın Yaponiyaya geri verəcəyi ən böyük torpaq sahəsidir. Agentlik bildirir ki, bu torpaq sahəsinin əvəzinə həmin rayonda ABŞ-ın “Osprey” konvertoplanlarının istifadə edəcəyi altı helikopter meydançası inşa edilib. Həmin aparatlardan birinin bu yaxınlarda Okinava sahillərində qəzaya uğraması yerli sakinlərin böyük narahatlığına səbəb olub. “Kyodo”nun məlumatına görə, Okinavanın qubernatoru Takeşi Onaqa “Osprey”lərin prefekturadan çıxarılmasına çalışır və torpaq sahəsinin qaytarılması mərasimində iştirak etmək niyyətində deyil. Okinavadakı ABŞ hərbi qüvvələrinin komandanı general-leytenant Lorens Nikolsonun sözlərini sitat gətirən agentlik yazır: “Okinavadakı təlim sahəsinin kiçildilməsi Yaponiyanın özünümüdafiə qüvvələri qarşısındakı öhdəliklərimizə və birgə fəaliyyət barədə razılaşmaya heç bir ziyan vurmayacaq”. Nikolson əlavə edib ki, ABŞ hərbi qüvvələrinin azaldılması barədə Okinava sakinlərinin xahişini nəzərə alaraq gələcəkdə yaponlara əlavə torpaq sahələri də qaytarılacaq. Qeyd edilən ərazinin qaytarılmasına baxmayaraq, Okinavada hələ də ABŞ hərbi obyektlərinin 70 faizi cəmləşib. Okinavanın yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, burada hazırda 26 min ABŞ hərbçisi, 19 min nəfər onların ailə üzvü və eyni zamanda mülki şəxslər yerləşiblər. Onu da qeyd edək ki, Yaponiya Ali Məhkəməsi Okinava prefekturasında yerləşən ABŞ hərbi aviabazasının yerinin dəyişdirilməsi barədə prefekturanın xeyrinə olmayan qərar qəbul edib.




 
Bölməyə aid digər xəbərlər
12.12.2017
Ukrayna prokurorluğu Saakaşvilinin ilə bağlı apelyasiya şikayəti verəcək
12.12.2017
Ermənistanın dövlət borcu 6 milyard 404 milyonu ötüb
12.12.2017
Erməni əsgəri öz yoldaşını öldürüb
12.12.2017
Ermənistan ordusunun daha bir əsgəri minaya düşüb
12.12.2017
Moskvada Heydər Əliyevin vəfatının ildönümünə həsr olunan anım tədbiri keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7903

1 100 ilin Çağdaş Parlamenti
2 Müəllimlər işə dəvət olunur
3 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
4 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib
5 Quba “ASAN həyat” kompleksinin açılışı olub


12.12 13:02 Neft bahalaşıb
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info