Azərbaycan musiqisi ilə bağlı sənədli film “Al Mayadeen” televiziyasında
Tarix: 21.12.2016 | Saat: 20:32:00 | E-mail | Çapa göndər
Məşhur livanlı müğənni Abeer Nehmənin Azərbaycan musiqisinə həsr etdiyi sənədli verilişin üçüncü hissəsi ərəb ölkələrində tanınan “Al Mayadeen” televiziya kanalının “Etnofoliya” (Ethnopholia) verilişində yayımlanıb. Üçüncü sənədli filmdə qədim milli musiqi alətlərimiz təqdim olunur, aşıq musiqisindən söz açılır.
Lahıca səfər edən livanlı müğənni burada geniş yayılan xalçaçılıq sənəti haqqında da məlumat verir. Qeyd edək ki, Abeer Nehmə müxtəlif ölkələrin milli musiqilərindən ibarət sənədli filmlər hazırlayır. O, Azərbaycanın Fransadakı səfirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə ölkəmizdə səfərdə olub və muğam, aşıq və caz musiqisinə dair üç hissədən ibarət sənədli film hazırlayıb. Filmin musiqi tərtibatçısı və koordinatoru Fransada yaşayan həmyerlimiz Aytən Muradovadır. Azərbaycan musiqisinə məftun olan Abeer Nehme ölkəmizə səfərindən sonra “Küçələrə su səpmişəm” və “Getmə-getmə” mahnılarını repertuarına daxil edib. Üçüncü filmdə məşhur livanlı müğənni “Sarı gəlin” mahnısını ifa edir. “Etnofoliya” sənədli filmlərinin musiqi məsləhətçisi Alen Veber artıq neçə illərdir ki, Azərbaycan musiqiçilərinin çıxışını Fransada, eləcə də Hindistan, Mərakeş və Belçikada özünün iştirak etdiyi musiqi festivallarının proqramına daxil edir.




 
Bölməyə aid digər xəbərlər
17.02.2018
“Balaca şahzadə” tamaşası Heydər Əliyev Sarayının səhnəsində
17.02.2018
Tanınmış rəssam Alfons Muxanın sərgisi açılıb
16.02.2018
Emin Sabitoğlu haqqında yeni kitab nəşr olunub
15.02.2018
“Müsəlman dünyasının islahatı” kitabı Strasburqda çapdan çıxıb
14.02.2018
Bakıda Sven Marquardın sərgisi açılacaq

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8421

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
4 Ermənistan mətbuatı: “Əliyev türk elementini Ermənistana qaytarmağı strateji məsələ hesab edir”
5 «ArmenianReport»: ”Yaxın vaxtlarda Ermənistanın dövlət borcu 7 milyard dolları ötəcək”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info