İnteraktiv açıq dərsdə muxtar respublikanın 195 məktəbi iştirak edib
Tarix: 22.12.2016 | Saat: 12:41:00 | E-mail | Çapa göndər
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən reallaşdırılan “İnteraktiv açıq dərs” layihəsi çərçivəsində Naxçıvan Dövlət Texniki Kollecində ingilis dili müəllimi Gülcahan Hacızadə tərəfindən müasir metodla ingilis dilində açıq dərs keçilib.
AZƏRTAC xəbər verir ki, açıq dərsdə tələbələr 4 qrupa bölünüb və onlara qrup işləri verilib. Qrup işi fərqli tapşırıqlardan ibarət olub. Məktəblilər sualları ingilis dilində cavablandırıb, verilən tapşırıqları yerinə yetiriblər. Onlar ölkəmiz, onun bölgələri, eləcə də muxtar respublika barədə məlumatlı olduqlarını nümayiş etdiriblər. Açıq dərs qiymətləndirmə ilə sona çatıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamı muxtar respublikada elektron təhsilin tətbiqinin genişləndirilməsinə, təhsil müəssisələrində virtual tədris mühitinin formalaşdırılmasına, tədrisin əyaniliyinin və səmərəliliyinin daha da artırılmasına təkan verib. 2014-cü il iyulun 18-də muxtar respublika Ali Məclisində təhsil müəssisələrində tədrisin vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə Ali Məclis Sədrinin distant təhsilin muxtar respublikada tətbiqi üçün müvafiq qurumlara tapşırıqlar verməsi, tapşırıqların uğurlu icrası bu sahədə yeni-yeni nailiyyətlər qazanılmasına imkan yaradıb.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
11.12.2017
Belarusun nümayəndə heyəti Qəbələyə səfər edib
08.12.2017
Cəlilabadda humanitar aksiyada 150 nəfər qan verib
08.12.2017
Atabəy Eldəgəzin adı olan mis pullar tapılıb
08.12.2017
Tovuzda 170 min tona yaxın kartof toplanıb
08.12.2017
İçərişəhərdə sərgi açılıb

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7897

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 “Daha yüksək səviyyədə təşkilatlanmalı və bir səngərdən dövlətin maraqlarının qorunması üçün mübarizə aparmalıyıq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info