Azərbaycan və Türkiyə XİN-ləri siyasi məsləhətləşmələr aparıblar
Tarix: 22.12.2016 | Saat: 13:31:00 | E-mail | Çapa göndər
Azərbaycan və Türkiyənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib. Məsləhətləşmələrdə Azərbaycan tərəfini xarici işlər nazirinin müavini Xələf Xələfov, Türkiyə tərəfini isə xarici işlər nazirinin müavini (müstəşar) Ümit Yalçın təmsil ediblər.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüşdə ölkələrimiz arasında əlaqələrin qardaşlıq və dostluq prinsiplərinə əsaslanaraq bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyi vurğulanıb, bu əlaqələrin yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, eyni zamanda, beynəlxalq təşkilatlar səviyyəsində, hər iki ölkənin maraqlarına cavab verən şəkildə həyata keçirildiyi diqqətə çatdırılıb. Ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamının Azərbaycan və Türkiyə arasında milli, tarixi, mədəni köklərə əsaslanan qardaşlıq və dostluğun səciyyəvi rəmzi olduğu ifadə olunub.
Son zamanlar Türkiyədə baş verən hadisələrin Azərbaycanda böyük narahatlıqla izləndiyi, bu hadisələrin Türkiyənin daxili və xarici siyasətindəki sabitliyin pozulmasına yönəldiyi ilə bağlı narahatlığımız dilə gətirilib, terrorun bütün forma və təzahürlərini qınadığımız, Azərbaycanın Türkiyəyə daim dəstək verdiyi və onun yanında olduğu bildirilib. Türkiyə və türk xalqının bu çətinlikləri tezliklə dəf edəcəyi və tarixin bu sınağından qalibiyyətlə çıxacağına birgə əminlik ifadə edilib.
Həmçinin Türkiyə ilə Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan kimi üçtərəfli formatlarda əməkdaşlıqdan məmnunluq ifadə edilib, bunun regional əməkdaşlığın inkişafına önəmli töhfələr verdiyi qeyd olunub. Ölkələrimiz arasında çoxtərəfli əsasda birgə fəaliyyətin və qarşılıqlı dəstəyin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli istiqamətində birgə səylərin artırılmasına diqqət çəkilib.
Görüşdə, həmçinin Yaxın Şərq problemləri, beynəlxalq terrorizmə qarşı mübarizə, regional münaqişələrin həll edilməsi, qonşuluq siyasəti və qarşılıqlı maraq kəsb edən digər beynəlxalq məsələlər müzakirə edilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
28.04.2017
XİN başçılarının Moskva görüşü
28.04.2017
Millət vəkili: “Türkiyənin Azərbaycan kimi dostları var və Türkiyə heç vaxt təklənməyəcək”
28.04.2017
Avropa türkofobiya meyillərini yalançı demokratiya pərdəsi altında gizlədir
28.04.2017
“AŞPA-dakı təəssüf doğuran tamaşa bu assambleyaya və onun üzvlərinə şərəf gətirmir”
28.04.2017
Dağlıq Qarabağda çıxış etmiş musiqiçilər “qara siyahı“ya salınacaq

Şərh əlavə olunmayıb



    ,    
Psixoloq Fərqanə Mehmanqızı
Mahmud Əyyub
Elsevər Məmmədov
Rauf Qərib Alagöz
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6294

1 Bakı Mühəndislik Universitetində YAP-ın təsis konfransı keçirilib
2 Albert Aqarunovun xatirəsinə həsr olunan Karate–Do üzrə çempionat keçirilib
3 Suraxanıda Milli Qəhrəman Albert Aqarunovun xatirə lövhəsi açılıb
4 ABŞ-dakı azərbaycanlı şagird yaşlı diaspor üzvlərinə çağırış etdi
5 Azərbaycan məhsullarının xarici KİV-lərdə təbliğində diasporun rolu
28.04 13:16 Neft bahalaşıb
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info