Naxçıvan Dövlət Universiteti semestrə yekun vurub
Tarix: 22.12.2016 | Saat: 14:13:00 | E-mail | Çapa göndər
Naxçıvan Dövlət Universitetində 2016-2017-ci tədris ilinin birinci semestrinin yekunlarına həsr olunmuş tədbir keçirilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri giriş sözü ilə açaraq universitetin sona çatmaqda olan semestr ərzində tədris, beynəlxalq əlaqlər, tələbə mübadiləsi, maddi-texniki bazanın gücləndirilməsi, idman, incəsənət sahəsində qazandığı çoxsaylı uğurlardan danışıb, tələbə gəncliyi təhsildə və ictimai işlərdə fəal olmağa, elmi-nəzəri biliklərə dərindən yiyələnməyə səsləyib. Universitetin İqtisadiyyat kafedrasının müəllimi İsmayıl Bağırov Azərbaycan Dövlət İqtisad Universitetində universitein Azərbaycan Respblikasının Vergilər Nazirliyi ilə birgə təşkil etdiyi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Vergilər” mövzusunda onuncu olimpiadanın gedişi, ölkənin 15 ali məktəbinin 300-ə dək tələbə və magistrantının iştirak etdiyi olimpiadada universitetin qələbə qazanması, digər 2 təmsilçimizin isə III yerlərə layiq görülməsi haqqında məlumat verib. Universitetin Tələbə İdman Klubunun sədri, dosent Məmmədəli Rəhimov kollektivin fziki tərbiyə və idman sahəsində qazandığı uğurlardan danışıb, cari tədris ilində I kurs tələbələri arasında idmanın 6 növü üzrə 10 fakültə arasında keçirilən seçmə yarışlar barədə məlumat verib. Qeyd olunub ki, Naxçıvan Dövlət Universitetinin qızlardan ibarət voleybol komandası Naxçıvan şəhər birinciliyinin qalibi olub. Tələbə idmançılarımız idmanın boks, peyntbol, ekstremal turizm və yüngül atletika növləri üzrə muxtar respublika birinciliyinin qalibi, II və III yerlərin sahibi olublar. Tələbələrimiz Əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisi Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında boks üzrə ənənəvi beynəlxalq turnirdə, Türkiyə Cümhuriyyətinin Ərzurum Atatürk Universitetinin təşkil etdiyi beynəlxalq turnirdə, respublika səviyyəli yarışlarda da universiteti layiqincə təmsil ediblər. Sonra təltifetmə mərasimi başlayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu tərəfindən keçirilən “Naxçıvan: dünən və bu gün" yaradıcılıq müsabiqəsində üçüncü yerə layiq görülənlərə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Vergilər” mövzusunda onuncu ümumrespublika olimpiadasının qalibinə və yüksək nəticə göstərmiş iştirakçılarına diplomlar təqdim olunub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun təşkilatçılığı ilə 10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsinə həsr olunmuş Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında yarışların qalibləri - universitetin “Karvan” Şən və Hazırcavablar Komandasının, “Nuh yurdu” intellektual oyunun qalibi “Təbriz” komandasının üzvləri, fakültələrarası elektron bilik yarışmasının qalibləri və təşkilatçıları da diplomlarla təltif olunub. Müxtəlif idman növləri üzrə universitetdaxili yarışıların, muxtar respublika birinciliklərinin qaliblərinə və yüksək nəticə göstərən iştirakçılara da diplom və fəxri fərmanlar təqdim olunub. Sonda idmanın 6 növü üzrə I kurslar arasında keçirilən fakültələrarası seçmə yarışların ümumi nəticələrinə xal hesabı ilə liderlik edən fakültələrə, yarışların təşkilində və keçirilməsində xüsusi əməyi olan universitet əməkdaşlarına da diplomlar təqdim olunub.

Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
23.06.2017
Tovuzun elektrik təsərrüfatı yenilənir
22.06.2017
“Turizm xidmətləri müasir tələblər səviyyəsində qurulmalıdır”
22.06.2017
Gürgən qəsəbəsində abadlıq-quruculuq işləri həyata keçirilir
22.06.2017
Naxçıvanda 927 milyon 900 min manatdan çox ÜDM istehsal olunub
22.06.2017
Culfada istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış təşkil edilib

Şərh əlavə olunmayıb



    ,    
Ülvi Hüseynli
Mübariz Nuriyev
Şəmsi Gülverdi
Aysel İbrahimova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6780

1 BANM-in dekanı: “BANM öz tələbələrinin gələcək karyera imkanlarına böyük əhəmiyyət verir”
2 “Ruhuma daha yaxını müəllimlikdir”
3 “Uşaqların sevgisi məni bu ucqar kənd məktəbinə bağladı”
4 Azərbaycanda etnik, dini dözümlülük mühiti tarixi ənənələrdən bəhrələnən milli siyasətin nəticəsidir
5 Qurtuluş dastanından Əlincə zirvəsinə
23.06 15:08 Ayaqlar üçün vanna
23.06 12:00 Formula 2 başladı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info