NASA-dan daha bir yenilik
Tarix: 22.12.2016 | Saat: 14:50:00 | E-mail | Çapa göndər
NASA tərəfindən yanğınsöndürənlər və xilasedicilər üçün hazırlanmış elektromaqnit treker onları uçqun, mağara və başqa əlçatmaz yerlərdə tapmağa kömək edəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, texnologiyaların yanğınsöndürmə və başqa xilasetmə xidmətləri üçün insan həyatını xilas etməkdə yardım etməsinə baxmayaraq, daha bir problem mövcuddur. Mürəkkəb struktura malik yerlərdə xilasetmə xidmətinin üzvünün olduğu yeri necə müəyyənləşdirmək olar? NASA-nın mühəndisləri tərəfindən bu problemin həlli üçün hazırlanmış yeni qurğu yanğınsöndürənlərə və xilasedicilərə ən çətin vəziyyətlərdə kömək edəcək.
“POINTER” adlandırılmış qurğu kvazistatik elektromaqnit sahələr generatorudur, halbuki bu sahədə aparılan araşdırmaların əksəriyyəti radiodalğalardan istifadəyə əsaslanır. Kvazistatik sahələr bir sıra üstünlüklərə malikdir və obyektləri ən mürəkkəb yerlərdə axtarmağa imkan verir. Bundan başqa, belə sahələr obyektlərin məkanda oriyentasiyasını müəyyənləşdirməyə kömək edəcək ki, bu da insanın vəziyyətindən xəbərdar olmağa imkan verəcək.
İstehsalçılar sözügedən texnologiyanın ABŞ Daxili Təhlükəsizlik Departamentində uğurlu təqdimatından sonra qurğunu təkmilləşdirməyi və ölçüsünü kiçiltməyi planlaşdırırlar. Hazırda qurğunun ölçüsü çanta boydadır.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.08.2017
Ağ koalaya ad axtarılır
23.08.2017
Qızıl boyunbağı tapılıb
23.08.2017
Əllərdəki ləkələr necə yox edilir?
23.08.2017
Köhnə avtomobildən elektromobil düzəldilib
22.08.2017
Dişləri necə sağlam saxlayaq?

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7171

1 Fransada yaşayan erməni iş adamı: “Ermənistan normal dövlət olmağa layiq deyil”
2 “Hər kəs bacardığı sahədə çalışsa Vətənə daha çox xeyir verə bilər”
3 Pedaqoq-şair Əbüfət İslamın yaradıcılıq dünyası
4 Türkiyə-Ermənistan sərhədlərinin açılması mümkünsüzdür
5 Ərdoğan Azərbaycana gəlir
23.08 11:50 Nefti bahalaşıb
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info