Füzulidə aqropark yaradılacaq
Tarix: 22.12.2016 | Saat: 14:51:00 | E-mail | Çapa göndər
Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən ümumrayon müşavirəsində 2016-cı ildə Füzuli rayonunda kənd təsərrüfatı sahəsində görülmüş işlər və aqrar bölmənin inkişafı ilə bağlı qarşıda duran vəzifələr müzakirə edilib.
Kənd təsərrüfatı üzrə aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələrinin, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, fermerlərin, taxıl, pambıq, barama istehsalçılarının, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi müşavirədə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, 2016-cı ildə rayonda kənd təsərrüfatı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələr barədə danışıb. Bildirib ki, Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi barədə tapşırıqları Füzuli rayonunda uğurla icra olunur.
Diqqətə çatdırılıb ki, rayonda strateji məhsul olan taxılçılığın inkişafına xüsusi diqqət yetirilir, məhsul bolluğu yaradılması istiqamətində ciddi işlər görülür. Cari ildə 35 min 818 hektar sahədən 121 min tondan artıq məhsul istehsal edilib.
Qeyd olunub ki, 2016-cı ildə ənənəvi təsərrüfat sahələrindən olan pambıqçılığın və baramaçılığın inkişafına da xüsusi diqqət yetirilib. 600 tona yaxın pambıq, 3,5 tondan artıq barama istehsal olunub. Prezident İlham Əliyevin dekabrın 6-da imzaladığı Fərmanla təsdiqlənmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə müəyyənləşdirilən hədəfləri diqqətə çatdıran Alı Alıyev 2017-ci ildə qarşıda duran vəzifələrdən danışıb, aidiyyəti təşkilatların rəhbərlərinə tapşırıq və tövsiyələrini verib. Bildirilib ki, rayonda 4 iri fermer təsərrüfatı yaradılıb. Gələn ilin məhsulu üçün 36 min 82 hektar sahəyə taxıl səpilib, 2000 hektar sahədə pambıq əkilməsi üçün yerlər müəyyənləşdirilib. 2017-ci ildə 30 tona yaxın barama istehsal olunması nəzərdə tutulub. Artıq rayon ərazisində 50 minə yaxın çəkil ağacı əkilib. Rayonda aqroparkın yaradılması istiqamətində iş aparılır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.08.2017
Naxçıvan sakinlərinə səyyar xidmət göstərilib
18.08.2017
Qazaxda tütün əkilən sahələr 100 hektaradək genişləndiriləcək
17.08.2017
Xaçmazda modul tipli məktəb binaları quraşdırılır
17.08.2017
Qazaxda Qaratel Hacımahmudovanın xatirəsi anılıb
17.08.2017
Naxçıvan əhalisinin sayı açıqlanıb

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7152

1 Gürcüstandakı gənclərimiz film çəkiblər
2 Ən gənc professor Prezidentə təşəkkür ünvanladı
3 “Əcnəbilərə əvvəlcə mədəniyyətimiz tanıdılmalı, sonra Qarabağ həqiqətləri təbliğ edilməlidir”
4 Mədəniyyət obyektlərinin tikintisinə vəsait ayrıldı
5 Gənclərimiz Azərbaycanın Mərakeş Krallığındakı səfirliyində olublar
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info