2016-cı il ən isti il olub
Tarix: 22.12.2016 | Saat: 15:40:00 | E-mail | Çapa göndər
2016-cı il bütün meteomüşahidə dövrü ərzində qeydə alınan ən isti il olub.
Trend Sputnik-a istinadən bildirir ki, artıq cari ilin 11 ayının göstəriciləri əsasında ötən ilin analoji dövrü ilə müqayisədə rekord hədd qeydə alınıb. Yanvar-noyabr ayları ərzində bizim planetin iqlimi 0,94 Selsi isti olub. Bu isə 2015-ci illə müqayisədə 0,07 dərəcə artıqdır. 2016-cı il həm də dekabrda müşahidə olunan ümumi yüksək temperatura görə də rekord qırıb.
Ekspertlərin proqnozlarına görə, bu ilin yekunlarına əsasən orta illik temperatur sənaye dövrünə qədərki temperaturdan 1,2 dərəcə yüksəkdir. Mütəxəssislər qeyd ediblər ki, 2016-cı ildə temperaturun yüksək göstəriciləri təkcə insanların fəaliyyəti ilə əlaqədar deyil. Hazırkı istiləşmədə El-Nino adını almış təbiət hadisəsi öz rolunu oynayıb. Söhbət Sakit okeanın səthinə qalxan iri ölçüdə isti su kütlələrindən gedir. İqlimşünaslar bildirirlər ki, insanların fəaliyyəti iqlimə ciddi təsir göstərir.
Söhbət insanların fəaliyyəti nəticəsində Yer kürəsində mövcud olan istixana effektindən gedir. Bu fəaliyyətlər təkcə planetimizdə temperaturun yüksəlməsinə deyil, müxtəlif ekstremal hava şəraitinin yaranmasına, kataklizmlərin baş verməsinə səbəb olur.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.01.2017
Sahibini üzdən tanıyan telefonlar gəlir
23.01.2017
10 min dollara təkər üzərində ev
23.01.2017
Finlandiyada orqanların köçürülməsi üzrə rekord müəyyən edilib
23.01.2017
Yeni “iPad” planşetlərinin nümayişi bu ilin ikinci yarısında olacaq
23.01.2017
Dost seçimi bizim genetik koddan asılıdır

Şərh əlavə olunmayıb



    ,    
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Tural Tağıyev
Sara ƏLİYEVA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5236

1 “Kəşfim laboratoriyamız və fakültəmiz üçün yüksək uğur kimi qiymətləndirildi”
2 Ər-Riyad xəstəxanasında çalışan azərbaycanlı həkim: “Bir gün Azərbaycana qayıdıb uşaq cərrahiyyəsini inkişaf etdirmək istəyirəm”
3 Hollandiyada 20 Yanvar şəhidlərinə həsr olunan açıq dərs keçirilib
4 Yapon məktəblilərindən məktublar
5 “Dünyanı birləşdirəcək dəmir yolu xətlərinin mərkəzi Azərbaycan olacaq”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info