Yosunlardan süni dəri yaradılıb
Tarix: 22.12.2016 | Saat: 16:01:00 | E-mail | Çapa göndər
Çili Katolik Universitetinin (Santiago`s Catholic University of Chile) professoru Tomas Eqan əsasını təmiz suda və dəniz ekosistemlərində rast gəlinən mikroyosunların təşkil etdiyi, prinsipcə, yeni süni dəri yaradıb. Digər süni dəri variantlarından fərqli olaraq yaşıl süni dəri fotosintez vasitəsilə oksigen, eləcə də genetik baxımdan modifikasiya edildikdə oksigenlə yanaşı, məsələn, sətəlcəmə qarşı və regenerasiya təsirli antibiotik və molekullar hasil edə bilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Medportal” resursuna istinadən yazır ki, süni dəri yaradıcıları gec-tez onda qan damarlarının olmaması problemi ilə rastlaşırlar. Onlar mövcud olmadıqda isə dərini oksigenlə təchiz etmək qeyri-mümkündür. T.Eqan qeyd edib ki, süni dərinin oksigensiz bədənə necə uyğunlaşacağı və nə qədər ömür sürəcəyi naməlumdur. Professorun kəşf etdiyi mikroyosunlar dəridə 10 günədək yaşayır və bu müddət ərzində “transplantat” dəriyə yerləşdirilir və rəngini itirir. Professorun fikrincə, belə dəri vasitəsilə yanıqlardan tutmuş, açıq yaralaradək müxtəlif travmaları müalicə etmək mümkündür. O, havanın dəriyə daxil olmasına mane olmayaraq sağalmaya imkan verir və orqanizmə infeksiyanın düşməsini qoymur.
Belçikalı plastik cərrah Haydi Debels yosunlu dərini “yaradıcı həll” adlandırıb. O bildirib ki, adətən yaraya sarılan süni dəri zədələnmiş toxumalara oksigen və qidalı maddələri almağa mane olur, lakin professor T.Eqanın kəşfində bu çatışmazlıqlar aradan qaldırılıb. Artıq yosunlu dəri heyvanlar üzərində sınaqdan keçirilib və 2017-ci ildə insanların iştirakı ilə testlərin baş tutacağı gözlənilir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.02.2017
Süni intellektdən vergi məsələlərində istifadə ediləcək
17.02.2017
Kaliforniyada “od şəlaləsi“
17.02.2017
Venerada işləyəcək kompüter çipi icad olunub
16.02.2017
Soyuq hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
16.02.2017
Ekvador parlamentinin sədrini öldürmək istəyiblər

Şərh əlavə olunmayıb



    ,    
Azər Allahverdiyev
Aydan Abdullayeva
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5501

1 “Budapeştdə 2 həftə yaşamaq bəs edər ki, burada biznes qurmaq haqqında fikirləşəsiniz”
2 “İzmirdəki QHT-lərimiz Qarabağ mövzusunu bacardıqları qədər gündəmdə saxlayırlar”
3 “Macarıstan heç də hamının xəyalında qurduğu Avropa ölkəsi deyil”
4 Qarabağ həqiqətlərinin təbliğində xaricdəki gənclərimizin rolu
5 “Gəncə gəncləri İslam Həmrəyliyi Oyunlarına öz töhfələrini verəcəklər”
17.02 16:03 Prezident Münhendə
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info