Hələbə beynəlxalq missiya yerləşdiriləcək
Tarix: 22.12.2016 | Saat: 20:24:00 | E-mail | Çapa göndər
Müxtəlif dövlətlərin xüsusi xidmət orqanları əməkdaşlarının müşahidəçi adı altında Suriyaya yerləşdiriləcəyi ilə bağlı şübhələr var


Suriya münaqişəsi ilə bağlı siyasi vəziyyət yeni mərhələyə qədəm qoyub. Hələb ətrafında gedən savaşda Rusiyanın dəstəklədiyi Bəşər Əsəd ordusu böyük üstünlük əldə edib.
Bu məsələdə Rusiya və Türkiyənin sıx əməkdaşlıq etməsi, Türkiyədə ardıcıl baş verən terror aktları ilə müşahidə edilir. Rusiya və Türkiyə müdafiə nazirlərinin, ardınca Rusiya, Türkiyə və İran xarici işlər nazirlərinin Moskva görüşləri bu dövlətlərin Suriya ilə bağlı müəyyən məsələlərdə birgə hərəkət etdiyini göstərir. BMT Təhlükəsizlik Şurasında qəbul edilmiş qərar münaqişədə yeni mərhələ sayıla bilər. Dekabrın 19-da keçirilən müzakirələr vaxtı BMT Təhlükəsizlik Şurasının bütün 15 üzvü yekdilliklə qətnamə layihəsinə səs verib. Buna əsasən müşahidəçilər Hələbdən evakuasiyalara nəzarət etməlidir. BMT baş katibi bildirib ki, əksəriyyəti Suriya vətəndaşı olan 100 nəfər hazır vəziyyətdə gözləyir: “Münasib şərait yaranan kimi, həmin qüvvələri Hələbdə yerləşdirə bilərik”. Hələbdə kütləvi qırğınların olduğunu bildirən Qərb bunda Rusiyanı ittiham edir. Görəsən, indiyə qədər Suriyada baş verən qırğınları niyə görmürdülər? BMT-nin qəbul etdiyi qərara əsasən Hələbə beynəlxalq müşahidəçilər göndəriləcək. Suriya hökuməti beynəlxalq müşahidəçiləri qəbul etməyə hazır olduğunu bəyan edib. Buna baxmayaraq, suriyalı siyasətçilər hesab edir ki, BMT müşahidəçilərinin işə qarışması münaqişənin daha da uzanmasından başqa, heç nəyə xidmət eməyəcək. Müşahidəçilərin tərkibinin necə olacağı məsələsi mübahisəlidir. Bildirilir ki, müxtəlif dövlətlərin xüsusi xidmət orqanlarının əməkdaşları müşahidəçi adı altında Suriyaya yerləşdirilə bilər. Suriya Kommunist partiyasının katibi Ammar Baqdaş “İzvestiya” nəşrinə açıqlamasında bildirib ki, rəsmi Dəməşq beynəlxalq müşahidəçilər missiyasının Hələbdə yerləşdirilməsinə razıdır və təhlükəsizliyə təminat verir: “Amma biz indiyə qədər yaşanan presedentlərə baxanda görürük ki, BMT belə vəziyyətlərdə çox vaxt daxili işə qarışmaqla məşğul olur. Digər məqam, BMT-nin vasitəçilik etdiyi münaqişələrin sonu bilinməyən müddət ərzində uzanmasıdır. Elə Kiprə bağlı vəziyyətə diqqət etmək kifayətdir. BMT 1964-cü ildən Kiprdə vasitəçilik edir, amma münaqişə həll olunmayıb. Suriyanın beynəlxalq missiyanı qəbul etməyə hazır olduğunu açıqlamasına baxmayaraq, İran bunun qəti əleyhinədir. Rəsmi Tehran hesab edir ki, Qərb dövlətləri bununla da xüsusi xidmət və hərbi orqanların əməkdaşlarını Hələbə yerləşdirəcək. Rusiyalı keçmiş diplomat və şərqşünas Vyaçeslav Matuzov hesab edir ki, beynəlxalq müşahidəçilər missiyasından başqa məqsədlər üçün istifadə edilə bilər: “Bəzi qüvvələr həmin missiyadan öz məqsədləri üçün istifadə edə bilərlər. Suriyaya göndəriləcək missiya BMT Təhlükəsizlik Şurasının mandatı əsasında fəaliyyət göstərməlidir. Hələ Suriya münaqişəsinin əvvəlində ölkədə BMT müşahidəçiləri fəaliyyət göstərib və bəzi müsbət işlər görüblər. Amma sonradan Qərb onları geri çağırdı. Suriyada Ərəb Dövlətləri Liqasının müşahidəçiləri də fəaliyyət göstərirdi, amma onları sonradan ölkədən çıxardılar”.
Anar Miriyev





 
Bölməyə aid digər xəbərlər
29.03.2017
“Brexit” Britaniyanı parçalaya bilər
29.03.2017
ABŞ Konqresi internetdə şəxsi informasiyanın qorunması qaydalarını ləğv edib
29.03.2017
İordaniyada Ərəb Dövlətləri Liqasının növbəti sammiti başlanır
29.03.2017
Danimarkanın maliyyə nazirindən Avropa İttifaqına xəbərdarlıq
28.03.2017
Britaniya Liviya ilə bağlı siyasətini dəyişir

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Fikrət Yusifov
Aytən
Şəfa Qurbanova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5989

1 “İslam Həmrəyliyi Oyunlarında tələbə könüllülərimiz aktiv iştirak edəcəklər”
2 “Yaponiyanın elm dünyasında Qarabağ mövzusuna maraq var”
3 Mir Cəlal Paşayevin əsərinə çəkilən film Çində qalib oldu
4 Azərbaycan-İsrail əlaqələrinə həsr olunmuş seminar keçirilib
5 İtaliya-Azərbaycan Dostluq Dərnəyinin başçısı mükafata layiq görülüb
30.03 11:24 Neft bahalaşıb
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info