Səbinə Əzimova beynəlxalq turnirin ilk qalibi olub
Tarix: 22.12.2016 | Saat: 20:44:00 | E-mail | Çapa göndər
Ağır Atletika Akademiyasının yarış zalında Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə beynəlxalq turnir start götürüb.
Sayca 16-cı dəfə təşkil olunan turnir artıq ikinci dəfədir beynəlxalq statusda keçirilir. Yarışın keçirilməsində məqsəd Milli Qəhrəman Fəxrəddin Şahbazovun timsalında Vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulması, F.Şahbazovun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, ağır atletikanın təbliği və inkişaf etdirməsi, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır. Körpücük üzərinə əvvəlcə 17 yaşadək qızlar çıxıblar. Bu qrupda medallar uğrunda maraqlı və gərgin mübarizə aparılıb. Türkiyəli, bolqarıstanlı və azərbaycanlı atletlərin mübarizəsində qalib adını Səbinə Əzimova qazanıb. Gümüş medala Bolqarıstan atleti Qalya Şatova, bürünc mükafata isə türkiyəli Qamze Yaylaya layiq görülüblər. Yarışın hazırlanmasına və keçirilməsinə ümumi rəhbərlik Azərbaycan Ağır Atletika Federasiyası, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən həyata keçirilir. Bakıda və regionlarda fəaliyyət göstərən idman təşkilatlarının üzvlərinə turnirdə iştirak etmək hüququ verilib. Yarışda Azərbaycan ilə yanaşı, daha 12 ölkədən - ABŞ, Ukrayna, Moldova, Belarus, Rusiya, Türkiyə, İran, Bolqarıstan, İsrail, Gürcüstan, Tacikistan, Polşadan ağırlıqqaldıranlar çıxış edirlər.




 
Bölməyə aid digər xəbərlər
21.08.2017
“Raul Qarsiyaya 50 milyon verə bilmərik”
21.08.2017
Neymar “Barselona“ rəhbərliyini tənqid etdi
21.08.2017
Ramil Quliyev daha bir qızıl medal qazanıb
18.08.2017
Messi “Barselona“da onu görmək istəyir
18.08.2017
Ruslan Lunyov reytinq cədvəlində irəliləyib

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7160

1 Ən gənc professor Prezidentə təşəkkür ünvanladı
2 “Hər kəs bacardığı sahədə çalışsa Vətənə daha çox xeyir verə bilər”
3 Prezident DSX-nın hərbi qulluqçularını təltif edib - SİYAHI
4 Fransada yaşayan erməni iş adamı: “Ermənistan normal dövlət olmağa layiq deyil”
5 2017-ci ildə Avropada köləlik rekord həddə çatdı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info