UNEC Gəncə Dövlət Universiteti ilə yeni əməkdaşlıq müqaviləsi imzalayıb
Tarix: 22.12.2016 | Saat: 20:53:00 | E-mail | Çapa göndər
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Gəncə Dövlət Universiteti (GDU) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. UNEC-in rektoru, professor Ədalət Muradovla GDU-nun rektoru, professor Yusif Yusibov arasında imzalanan sənəddə universitetlər arasında müəllim və tələbə mübadiləsinin aparılması, birgə ikili diplom proqramlarının reallaşdırılması, elmi-tədqiqat işlərinin görülməsi və elmi konfransların təşkili nəzərdə tutulur.
Distant təhsil, elektron universitet modeli, informasiya texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsi, universitetlər arasında antiplaqiat sahəsində təcrübə mübadiləsinin aparılması da müqavilədə öz əksini tapıb. Danışıqların nəticəsi olaraq, qeyd edilən layihələrin reallaşdırılması məqsədi ilə mütəmadi işgüzar görüşlər keçiriləcək. Həyata keçirilən əməkdaşlığın əsas məqsədi UNEC-in region universitetlərilə əlaqələrinin təkmilləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.
Anar




 
Bölməyə aid digər xəbərlər
24.04.2017
Lənkəranda beynəlxalq konfrans keçirilir
21.04.2017
Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri Avropa İttifaqının ekspertləri ilə görüşüblər
21.04.2017
Əmək yarmarkasında 42 nəfərə işə göndərişi verilib
21.04.2017
Naxçıvan Dövlət Universitetində növbəti ustad dərsi təşkil olunub
20.04.2017
MOK baş katibinin müavini Respublika Velotrekində olub

Şərh əlavə olunmayıb



    ,    
Elsevər Məmmədov
Rauf Qərib Alagöz
Aysel İbrahimova
Fikrət Yusifov
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6253

1 Biznesmen diaspor üzvlərindən təkliflər var
2 İctimai səhiyyə üzrə bakalavr təhsili alan ilk azərbaycanlı
3 “Rumıniyada ermənilərin bizim əleyhimizə hansısa ciddi işlər görməsinə şərait yaradılmayıb”
4 Bakı Mühəndislik Universitetində növbəti `Maliyyə Günü` keçirilib
5 Azərbaycanı tanıdan albaniyalı tarixçi
24.04 12:38 Qlaukoma nədir?
24.04 12:18 Neft bahalaşıb
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info