“Xətai” metro stansiyasının birinci baş yolu sərnişinlərin istifadəsinə verilib
Tarix: 23.12.2016 | Saat: 14:18:00 | E-mail | Çapa göndər
2014-cü ilin sonlarından təmirə bağlanan “Xətai” metro stansiyasının birinci baş yolu sərnişinlərin istifadəsinə verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
O bildirib ki, burada stansiyaya bitişik təmir yolunun və dalan yollarının sağlamlaşdırılması işləri həyata keçirilib. Stansiya kompleksi nəzərə alınmaqla ümumilikdə 830 kubmetr betonlama işləri görülüb. Sağlamlaşdırma işləri aparılan sahədə yolun üst quruluşu elementləri tamamilə dəyişdirilib, bütün kommunikasiya xətləri və buna müvafiq avadanlıqlar yenilənib.
N.Paşayevin sözlərinə görə, stansiyanın birinci baş yolu tamamilə yenidən qurulub. Birinci stansiya yolunun platformasının yükdaşıyan və örtük konstruksiyaları, həmçinin stansiyanın yol divarı yenidən üzlənib. Sərnişin platformasında 67 ədəd dəmir-beton plitə yenisi ilə əvəz edilib, 658 kvadratmetr divar və döşəmə qranitlə üzlənib.
“Stansiyanın platforma hissəsində də təmir-bərpa işləri aparılıb. Stansiyanın orta zalı və platforma “Durlum “GmbH”” şirkəti tərəfindən korroziyaya davamlı özəl metal asma tavan, 3D divar lövhələr və LED işıqlandırma sistemləri ilə təchiz olunub. İlk dəfə istifadə olunan bu materiallarla yanaşı bəzi hissələrdə mərmər-qranit örtükdən istifadə edilib. Bütün işlər “Bakı Metropoliteni” QSC-nin daxili imkanları və müvafiq strukturları hesabına baş tutub”, - deyə N.Paşayev vurğulayıb.
N.Paşayev qeyd edib ki, artıq “Xətai” metro stansiyasının ikinci yolu təmirə bağlanıb və işlərə başlanılıb. Təmir işləri bir il müddətinə davam edəcək.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.01.2018
Keçən il Naxçıvanda 5 min 715 uşaq doğulub
19.01.2018
Baş prokuror vətəndaşları qəbul edib
19.01.2018
Dövlət Neft Fondunda vakansiya
19.01.2018
“Bank Respublika” işçi axtarır
19.01.2018
Müdir və təchizatçı vəzifələrinə işçi axtarılır

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8222

1 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
2 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə
3 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
4 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub
5 Yeni dünya nizamı: Rusiya və Çin ABŞ-a alternativ yaratmağa nail olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info