Sorğu: “Çinli ailələrin yarıdan çoxu ikinci uşaq istəmir”
Tarix: 23.12.2016 | Saat: 14:55:00 | E-mail | Çapa göndər
“Bir uşaq siyasəti”nin ləğv olunmasına baxmayaraq, çinli ailələrin 50 faizindən çoxu ikinci uşaq istəmir. Bunu Ümumçin Qadınlar Assosiasiyasının keçirdiyi rəy sorğusu göstərib.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, bu ilin aprelindən başlayaraq 10 vilayətdə altı ay müddətində keçirilən sorğuda 15 yaşadək bir uşağa malik 10 min ailə iştirak edib. Sorğunun nəticələrinə əsasən məlum olub ki, ailələrin 53,3 faizi ikinci uşaq arzulamır. Fikri soruşulanların 26,2 faizi hələ bir qərara gəlmədiklərini, yalnız 20,5 faizi ikinci uşaq istədiklərini bildirib. İkinci uşaq istəməyənlərin ən çoxu Pekində qeydə alınıb – 62 faiz.
Xatırladaq ki, 1970-ci illərin sonlarında Çində əhali artımının tənzimlənməsi üçün “Bir ailə-bir uşaq” siyasəti tətbiq olunub. Belə ki, şəhərlərdə yaşayan ailələr yalnız bir uşağa, kənd yerlərində isə birinci uşaq qız olduğu təqdirdə ikinci uşağa malik ola bilərdilər. Vaxt keçdikdən sonra bu siyasət ölkədə gender disbalansı və əhalinin yaşlanması kimi demoqrafik problemlərə gətirib çıxarıb.
2014-cü ilin sonlarında Çinin əhalisi 1,37 milyard nəfər olub. Əhalinin ümumi sayında kişilər 51,2 faiz, qadınlar 48,8 faiz, yaşı 60-dan yuxarı insanlar 15,5 faiz təşkil edib. 2013-cü ildə hakimiyyət orqanları yaranmış problemlərin həlli məqsədilə “Bir uşaq siyasəti”ni yüngülləşdirmək qərarına gəlib. Bu il yanvarın 1-dən isə bu siyasətin ləğv olunmasına dair qanun qüvvəyə minib.
İlkin hesablamalara görə, “İki uşaq siyasəti” 90-100 min ailəyə şamil olunur ki, bu da 2030-cu ildə ölkədə əhali sayının 1,45 milyard nəfərə çatması ilə nəticələnəcək.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.01.2018
Lavrov Rusiya qoşunlarının Afrindən çəkilməsini təkzib edib
19.01.2018
Rusiya Afrindən çəkilir: Türkiyə ordusu Suriyada hərbi əməliyyat keçirəcək
19.01.2018
“Afrin əməliyyatı keçiriləcək“
19.01.2018
“The Washington Times”: “Mədəniyyətlər və sivilizasiyalar Bakıda görüşür”
18.01.2018
Yeni dünya nizamı: Rusiya və Çin ABŞ-a alternativ yaratmağa nail olub

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8209

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
3 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
4 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info