Yaponiyada Azərbaycanla bağlı möhtəşəm tədbir olacaq
Tarix: 23.12.2016 | Saat: 14:57:00 | E-mail | Çapa göndər
2016-cı il dekabr ayının 21-22-də Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının, Yaponiyanın “Sərhədləri Ötənlər” iş adamları klubunun və HİS şirkətinin birgə təşəbbüsü və təşkilatçılığı sayəsində Yaponiyanın Hokkaydo adasının Şiretoko yarımadasının Şari şəhərinə yaponiyalı iş adamlarının səfəri baş tutmuşdur.
Səfərin iştirakçısı Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının yaradıcısı və prezidenti Əlibəy Məmmədovun sözlərinə görə səfərdə əsas məqsəd 2017-ci ilin iyul ayının 1-3-də baş tutacaq Azərbaycanla bağlı möhtəşəm tədbirə hazırlıq görməkdir. Tədbir “Sərhədləri Ötənlər” iş adamları klubunun yaradılmasının 4 illiyi ilə bağlı həyata keçiriləcəkdir. Səfərdə Yaponiyanın Tokio, Fukuoka, Nagano, Nagoya, Çiba və digər şəhərlərindən olan iş adamları və siyasətçilər iştirak etmişlər. Səfərdə iştirak edən iş adamları və siyasətçilərin iştirakı ilə tədbirə hazırlıq işlərini daha da peşəkar səviyyədə həyata keçirmək üçün təşkilat komitəsi yaradılıb. Həmyerlimiz sözügedən komitəyə sədr seçilib.
Ə. Məmmədov qeyd edib ki, gələn il baş tutacaq tədbirə Yaponiyadan 250 nəfər iş adamının qatılacağı gözlənilir. Üstəlik yerli ictimaiyyət nümayəndələrinin də aktiv iştirakı gözlənilir.
“Sərhədləri Ötənlər” iş adamları klubunun prezidenti Kazuyasu İşidanın sözlərinə görə tədbirdə dünya səviyyəsində biznes fəaliyyəti ilə məşğul olan, eyni zamanda Yaponiya daxilində deyil də, xaricdə biznes fəaliyyəti görmək istəyən yerli iş adamlarının toplaşacağı tədbirdə əsas istiqamət Azərbaycan olacaqdır. Onun sözlərinə görə son illər Yaponiya və Azərbaycan arasında olan ticari dövriyyədə inkişaf gözə çarpır. Bu inkişafa daha da böyük təkan vermək üçün tədbirin əhəmiyyəti danılmazdır deyə K.İşida vurğulayıb. Qeyd edək ki, K. İşida özü təxminən 20 dəfə Azərbaycanda səfərdə olub. Bugünədək 400 nəfərdən çox yaponiyalı biznesmenin Azərbaycana səfərlərini təşkil edib.
Eyni zamanda, Azərbaycanla bağlı yapon dilində yazılmış bir neçə kitabın müəllifidir.
Səfər iştirakçıları ilə təşkil edilmiş iclasda çıxış edən Şari şəhərinin meri Takashi Baba bildirmişdir ki, tədbirdə yaponiyalı iş adamlarına həm də Şiretokonun, Şari şəhərinin təbliğatı həyata keçiriləcəkdir. İşlər uğurlu gedərsə gələcəkdə Şari şəhəri ilə Azərbaycanın və dünyanın bir çox ölkələrinin şəhərləri ilə qardaşlaşma layihələrini də həyata keçirtmək olar.
Ə. Məmmədov vurğulamışdır ki, son iki ildə dünya bazarında neftin qiymətinin düşməsi, Azərbaycan manatının dəyərdən düşməsi Azərbaycan iqtisadiyyatına müəyyən mənada mənfi təsir göstərmiş olsa da, bunun sayəsində digər sahələrin, qeyri-neft sektorunun inkişafı üçün real şərait yaranmışdır. Azərbaycan höküməti son illər xüsusilə kənd təsərrüfatının, turizmin inkişafına xüsusi diqqət ayırır. Bunun nəticəsində artıq bir çox yerlərdə qeyri-neft sektorunun inkişafı nəzərə çarpır. Azərbaycanın kənd təsərrüfatı məhsulları artıq Yaponiya bazarına da daxil olmuşdur. Eyni zamanda Azərbaycanda turistik şirkət açan yaponiyalı iş adamları da peyda olmuşdur. Bütün bunlar iki ölkə arasında olacaq biznes sövdələşmələrinin daha da inkişafına öz töhvələrini verəcəkdir.
Onu da bildirək ki, səfər iştirakçıları arasında Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının yaradılmasında yaxından iştirak etmiş iş adamları da olmuşdur.
Qeyd edək ki, tədbirin baş tutacağı Şiretoko yarımadası 2005-ci ildə Yuneskonun təbiət irsində qeydiyyat keçmiş, zəngin təbiətə malik bir regiondur. Balıqçılıq və kənd təsərrüfatı sənayesi çox yüksək səviyyədə inkişaf etmişdir. Son zamanlar turizm sənayesi də inkişaf etməkdədir. Əsas etibarilə Cənub-şərqi Asiya ölkələrindən olan turistlərin axışdığı diyardır.

Fuad




 
Bölməyə aid digər xəbərlər
01.03.2017
“Bakı ilə birbaşa aviareysin açılmasında maraqlıyıq”
01.03.2017
“Biz UEFA olaraq, daim AFFA-nı dəstəkləyirik”
28.02.2017
“Separatçı rejimin məhv edilməsi beynəlxalq terrorizmə qarşı real mübarizənin başlanğıcı olacaq”
28.02.2017
Binəli Yıldırım: “Azərbaycanın haqlı mübarizəsində hər zaman onun yanındayıq”
27.02.2017
Macarıstan Avropa Birliyinin kvotasına riayət etməyəcək

Şərh əlavə olunmayıb



    ,    
Aytən
Şəfa Qurbanova
Azər Allahverdiyev
Aydan Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5593

1 Hansı təhsil müəssisələrinin pedaqoji heyətinin qiymətləndirilməsi keçiriləcək?
2 “Xaricdə təhsil gənclərimiz üçün böyük təcrübədir”
3 Gürcüstanda Xocalı haqqında iki videoçarx təqdim olunub
4 Ad gününə dörd gün qalmışdı
5 “Qarabağ mövzusunda keçirdiyimiz maarifləndirici tədbirlərin nəticəsini görə bilirik”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info