İsrailli eskpert: “2016-cı ildə Azərbaycan hərbi gücünü nümayiş etdirdi”
Tarix: 23.12.2016 | Saat: 15:38:00 | E-mail | Çapa göndər
Başa çatmaqda olan 2016-cı il çoxvektorlu diplomatiya siyasətini davam etdirən Azərbaycanın xarici siyasəti üçün uğurlu olub. Bunu Trend-ə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut deyib.
Ekspert qeyd edib ki, rəsmi Bakı ölkənin milli maraqlarına əsaslanan kifayət qədər praqmatik xarici siyasət yürüdür.
A.Qut deyib: “Azərbaycan region dövlətləri ilə - Rusiya, Türkiyə və İranla yaxşı münasibətlər qura bilib”.
Onun sözlərinə görə, bu il İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana tarixi səfəri baş tutdu. Bu, bir daha İsrail və Azərbaycan arasında əməkdaşlığın vacibliyini təsdiq edir.
Ekspert bildirib: “İran prezidenti Həsən Ruhaninin Ermənistana səfər etməsinə baxmayaraq, Azərbaycan İranla sabit münasibətləri saxlaya bilir. Azərbaycan dostunun və düşməninin harada olduğunu yaxşı bilir”.
Qutun sözlərinə görə, bu il Dağlıq Qarabağ münaqişəsi nöqteyi-nəzərindən də uğurlu il olub.
Ekspert deyib: “Bu ilin aprelində erməni və Azərbaycan qoşunları arasında ciddi toqquşma baş verdi. Azərbaycan ordusu yeni İsrail texnologiyalarından da istifadə etməklə sərt reaksiya göstərdi. Aprel toqquşmaları onu göstərdi ki, Azərbaycan ötən əsrin 90-cı illərində olan ölkə deyil. Bu gün Azərbaycan işğal olunmuş ərazilərini azad etməyə hazırdır. Rəsmi Bakı heç vaxt status-kvoya razı olmayacaq və Cənubi Qafqazda ikinci erməni dövlətinin qurulmasına imkan verməyəcək”.
O əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin “açarı” Yerevanda yox, Moskvadadır:
“Bu ilin aprel ayındakı hadisələr göstərdi ki, Rusiya kiminlə iş görməli olduğunu gözəl başa düşür. Azərbaycan Rusiya üçün çox vacib iqtisadi və sənaye tərəfdaşıdır. Ermənistana isə Rusiya yalnız maliyyə yatırır və əvəzində heç nə əldə etmir".

Mahmud




 
Bölməyə aid digər xəbərlər
27.02.2017
Ermənistan döyüş meydanından meyitlərin çıxarılması barədə razılığı pozub 
27.02.2017
İlham Əliyevin İslam həmrəyliyi təşəbbüsü müsəlman dünyasına xoş bir çağırışdır
24.02.2017
“Məruzə Azərbaycana qarşı təzyiq gözləntisində olanların bütün ümidlərini puç etdi”
24.02.2017
Fransa parlamentində ermənipərəst qüvvələrin Azərbaycana qarşı təxribatı iflasa uğradı
24.02.2017
“Ermənilər yüz ildən çoxdur ki, türk toplumuna qarşı kin-küdurətlə yaşayırlar”

Şərh əlavə olunmayıb



    ,    
Azər Allahverdiyev
Aydan Abdullayeva
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5566

1 “Gənclərimiz artıq boş vaxtlarından səmərəli yararlanmağı bacarırlar”
2 Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib
3 Sözün bədii və poetik ifadəsi bitmir
4 “Azərbaycan Cocuq Mərcanlını bərpa etməklə işğalçı Ermənistana nümunə göstərəcək”
5 Ad gününə dörd gün qalmışdı
24.02 19:50 “Şuxi“ salatı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info