Sumqayıt Şəhər Uşaq Xəstəxanası təmir olunur
Tarix: 23.12.2016 | Saat: 16:30:00 | E-mail | Çapa göndər
Sumqayıt Şəhər Uşaq Xəstəxanası təmir olunur, müasir avadanlıqlarla təchiz edilir. Xəstəxana ərazisində yeni qazan və generator quraşdırılıb ki, bu da tibb ocağının fasiləsiz istilik və elektrik enerjisi ilə təminatına imkan verəcək.
AZƏRTAC xəbər verir ki, xəstəxananın dördmərtəbəli yoluxucu korpusunun kommunikasiya xətləri və döşəməsi müasir tələblərə uyğun yenilənib, havalandırma sistemi quraşdırılıb. Binanın qapı və pəncərələri dəyişdirilib. Palatalar, avadanlıqlar yenilənib. Bir sözlə, uşaqların müayinə və müalicəsi üçün hər cür şərait yaradılıb.
Təmirə ehtiyacı olan digər hissədə isə yenidənqurma işləri mart ayında yekunlaşacaq.
Xəstəxananın üçmərtəbəli somatik korpusunda da təmir işləri aparılıb, istilik xətləri yenilənib. Yeni doğulmuşların reanimasiya zalında körpələrin sağlamlığının qorunması üçün lazımi şərait yaradılıb. Şöbədə manipulyasiya və fototerapiya otağı da yenidən qurulub.
Qeyd edək ki, son bir ildə Sumqayıtda aparılan genişmiqyaslı tikinti, abadlıq və yenidənqurma işləri şəhərin simasını büsbütün dəyişib. Müasir görkəm alan şəhərin tibb müəssisələri də yenilənib. Yola salmağa hazırlaşdığımız ildə Sumqayıtın bir sıra tibb ocaqları - doğum evi, şəhər poliklinikası, qadın məsləhətxanası, onkoloji xəstəxana əsaslı təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması və yaradılan şərait Prezident İlham Əliyevin şəhərə olan diqqətinin bariz nümunəsidir.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.01.2018
20 Yanvar faciəsi xalqımızın mübarizliyini, əyilməzliyini və məğrurluğunu əks etdirən qəhrəmanlıq salnaməsidir
16.01.2018
Mərkəzi Elmi Kitabxananın fonduna AXC-nin yüz illiyinə həsr edilmiş nəşr daxil olub
16.01.2018
Naftalan Şəhər Xəstəxanası əhaliyə ən müasir tibbi xidmətlər göstərəcək
16.01.2018
Fənn olimpiadasının qalibləri mükafatlandırılıb
16.01.2018
40 kilometrlik yol təmir edilir

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8185

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 “2018-ci ildə də Azərbaycanın idman uğurlarının sayı çoxalacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info