ƏƏSMN xəttilə məşğulluğu təmin edilənlərin 36,5 faizi gənclər olub
Tarix: 23.12.2016 | Saat: 16:31:00 | E-mail | Çapa göndər
Cari ilin 11 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə məşğulluğu təmin edilənlərin 36,5 faizi gənclərdən ibarət olub.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin yanvar-noyabr aylarında münasib işlərlə təmin edilən 55 118 nəfərdən 20 111 nəfəri və ya 36,5 faizi gənclərdən ibarət olub. Qeyd olunan dövrdə işçi qüvvəsinin əmək bazarında rəqabətədavamlı peşələrə yiyələnməsi üçün 3 560 nəfər (o cümlədən nazirliyin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində 320 nəfər) peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib ki, onlardan 2 345 nəfərini (66 faiz) gənclər təşkil edib. Xidmətin Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərindəki Əmək Birjaları vasitəsilə boş vaxtları ərzində əlavə qazanc əldə etmək istəyən 2926 nəfər qısa müddətli, o cümlədən birdəfəlik və ya mövsümi işlərə göndərilib. Həmin şəxslərdən 1 227 nəfəri (42 faiz), eləcə də haqqı ödənilən ictimai işlərə göndərilən 1 142 nəfərdən 315 nəfəri (27,6 faiz) gənclər olub.
Tələbə və məzunların əmək bazarına inteqrasiyasında xüsusi önəm kəsb edən “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirləri cari ildə də davam etdirilib. Bu il Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir şəhərlərində fəaliyyət göstərən 10 ali təhsil müəssisəsində keçirilən aktiv məşğulluq tədbirlərində 370 müəssisəyə aid 1 838 boş (vakant) iş yeri tələbə və məzunlara təqdim olunub. Tədbirlər zamanı tələbə və məzunlara işəgötürənlərlə ilk əlaqələrin qurulması, onlara özləri barədə məlumatları (CV) təqdim etmələri, habelə əmək bazarı barədə ətraflı məlumat almaları üçün imkanlar yaradılıb.
Yanvar-noyabr aylarında Xidmətin xətti ilə təşkil olunan peşəyönümü tədbirlərində 102 337 nəfər gənc müasir əmək bazarında peşə və ixtisaslara olan tələblər haqqında məlumatlandırılıb. Düzgün peşə və ixtisas seçmələri məqsədilə gənclərə peşəyönümü məsləhətləri verilib və əmək bazarına dair sualları cavablandırılıb, onlara aktiv məşğulluq tədbirləri barədə məlumatları əhatə edən çap materialları təqdim edilib. BMT İnkişaf Proqramı ilə birgə icra edilən “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsinin davamı olaraq, Masallı rayonunda və Gəncə şəhərindəki SYSLAB Təlim-Tədris Mərkəzlərində gənclərin SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) metodologiyası üzrə müasir iş axtarışı bacarıqlarına yiyələnmələrinə dəstək məqsədilə təlimlər təşkil edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.08.2017
ƏƏSMN-in sosial xidmət müəssisələrində 1106 nəfər daimi dövlət təminatında yaşayır
18.08.2017
Neft Daşlarında çalışanların sosial-məişət şəraiti yaxşılaşdırılır
18.08.2017
Məhkumlar üçün maarifləndirici tədbirlər keçirilib
18.08.2017
“Gəncə Marafonu-2017” üçün qeydiyyat davam edir
18.08.2017
“Dünya Skaut Komitəsinə məhz Bakıda sədr seçildiyim üçün qürur duyuram”

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7143

1 Gürcüstandakı gənclərimiz film çəkiblər
2 Ən gənc professor Prezidentə təşəkkür ünvanladı
3 “Əcnəbilərə əvvəlcə mədəniyyətimiz tanıdılmalı, sonra Qarabağ həqiqətləri təbliğ edilməlidir”
4 Mədəniyyət obyektlərinin tikintisinə vəsait ayrıldı
5 Gənclərimiz Azərbaycanın Mərakeş Krallığındakı səfirliyində olublar
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info