Cüdo üzrə ölkə çempionatı müəyyənləşib
Tarix: 23.12.2016 | Saat: 17:17:00 | E-mail | Çapa göndər


Cüdo üzrə Azərbaycan çempionatının ilk günündə final görüşləri maraqlı və gərgin idman mübarizəsi şəraitində keçib. Bakı İdman Sarayında təşkil olunan yarışlarda kişilər arasında 60 və 66 kiloqram, qadınlarda isə bütün çəki dərəcələrində qaliblər müəyyənləşib. Qızların yarışında Aişə Qurbanlı (48 kq), Nəzakət Əzizova (52 kq), Şəhanə Alməmmədova (57 kq), Gülsədəf Kərimova (63 kq), Kristina Jukovets (70 kq), Günel Həsənli (78 kq) və Şəms Hacıyeva (78 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Oğlanların mübarizəsində Oruc Vəlizadə (60 kq) və Emin Həsənov (66 kq) respublika çempionatında birinci olublar. Mükafatlandırma mərasimində gənclər və idman naziri Azad Rəhimov, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov, Olimpiya çempionları, veteran cüdoçular və tanınmış idman xadimləri iştirak ediblər. Qaliblərə medallar, fəxri diplomlar və pul mükafatları təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
25.06.2018
“Rusiya 2018”: Kolumbiya-Polşa 3-0
24.06.2018
Yaponiya və Seneqal qarşılaşmasında heç-heçə nəticə əldə edilib
24.06.2018
Bu turnirdə rəqabət çox güclüdür
24.06.2018
“Rusiya 2018“: Almaniya İsveç millisini məğlub edib
23.06.2018
DÇ-2018: Cənubi Koreya – Meksika - 1:2

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9459

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info